Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Milli həmrəylik Azərbaycanda həyata keçirilən  dövlət siyasətinin strateji prioritetidir

2022-12-29 16:16:37 281 baxış
Xəbər şəkil

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 31 ildir ki, Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu tarixi əlamətdar bayramlardan biri kimi qarşılayırlar. 2020-ci ildən etibarən isə Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və coşqu ilə qeyd olunur. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsindəki tarixi qələbədə xalqımızın milli həmrəyliyi də böyük rol oynayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərar dünyanın ayrı-ayrı guşələrində yaşayan azərbaycanlıların ümumi vətənimizin inkişafı, çiçəklənməsi naminə bir araya gələrək vahid azərbaycançılıq ideologiyası ətrafında birləşmələrində misilsiz rol oynamışdır. 
1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi və tələbi ilə yenidən hakimiyyətə gəldikədn sonra beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından həmvətənlərimizin arasında sıx, monolit birliyə nail olunmasını dövlətimizin qarşısında duran önəmli siyasi prioritetlərdən biri kimi müəyyən etmişdir. Ümummilli Lider xarici ölkələrə səfəri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşər, problemləri, qarşılaşdıqları çətinliklərlə tanış olar, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görər, milli-mənəvi dəyərlərimizin qorunmasının, onların yad, yabançı təsirlərdən hifz olunmasının, adət -ənənələrimizə sevgi, məhəbbət ilə yanaşılmasının xüsusi önəm kəsb etdiyini tövsiyə edər, bu baxımdan uğur qazanmağın yeganə yolunun milli birlikdən, həmrəylikdən keçdiyini vurğulayardı. 
Ulu Öndərin ideyalarını ən yüksək səviyyədə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl, məqsədyönlü siyasət, göstərilən hərtərəfli diqqət və qayğı sayəsində Azərbaycanın diaspor təşkilatları daha mütəşəkkil şəkildə fəaliyyət göstərir, qarşıya qoyulan vəzifələrin həlli istiqamətində uğurlarını daha da artırırlar. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası, Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir.
Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq 2022-ci ilin aprel ayının 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı keçirilmişdir. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etmişdir. Qurultayda çıxış edən dövlət başçımız bildirmişdir ki, Azərbaycan dövləti öz fəaliyyətində həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanır, təmaslar qurur. Bütün bu tədbirlər milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük xalqları ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə Azərbaycanın inkişaf yolunda ardıcıl qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da qürurlandırır. Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, güclü iradəsi, yenilməz qətiyyəti, şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi nəticəsində möhtəşəm qələbəyə nail olundu. 30 illik Vətən, yurd həsrətinə, nisgilinə son qoyan bu tarixi zəfərin ölçüyəgəlməz sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Qürur hissi keçiririk ki, bu böyük qələbənin qazanılmasına həmyerlilərimiz də özlərinin layiqli töhfələrini vermişlər. Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi. 

Şəhla Rəhimova, 
Salyan şəhər 7 saylı məkəb-liseyin müəllimi, Əməkdar müəllim

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03