Milli məclisdə Azərbaycan - İsrail patlamentlərarası dostluq qrupunun üzvlərilə görüş keçirilib
Kanal4.az xəbər verir ki,bununla bağlı Millət vəkili Fəzail Ağamalı şəxsi facebook hesabında paylaşım edib həmin paylaşımı olduğu kimi təqdim edirik.
Bu gün parlamentdə Azərbaycan - İsrail patlamentlərarası dostluq qrupunun üzvlərilə İsrailin Azərbaycandakı səfiri cənab Corc Diklə görüşümüz oldu. Görüş çox səmimi atmosferdə keçdi, dostluq qrupunun bütün üzvləri Azərbaycan - İsrail münasibətləri üzərində ətraflı dayandılar və bu dostluğun hər iki dövlətə və xalqa verdiyi önəmli töhfələri önə çəkdilər. Parlamentar olaraq dövlətimiz və xalqlarımız arasındakı münasibətlərin bundan sonra da yüksək səviyyədə qurulması üçün töhvələrimizi verəcəyimizi xüsusi olaraq qeyd etdik.
Daha sonra cənab Corc Dik bizimlə keçirdiyi görüşə yüksək qiymət verdi və Azərbaycanda İsrailin səfiri kimi fəaliyyət göstərdiyi illərdə dövlətimiz və xalqımızın daha da yaxınlaşması, dostluq münasibətlərinin yüksək səviyyədə qurulması, iqtisadi, enerji, mədəni, siyasi və hərbi texnoloji əməkdaşlığın bəzi detalları üzərində dayandı. Eyni zamanda İsraildə Azərbaycan səfirliyinin açılmasına da yüksək qiymət verdi.