Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURU İŞĞALDAN AZAD ETMƏKLƏ ÇOX BÖYÜK BİR PROSESİN ƏSASINI QOYDUQ” - RƏY

2022-12-27 16:33:39 191 baxış
Xəbər şəkil

“Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə çox böyük bir prosesin əsasını qoyduq”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Prezident İlham Əliyevin doğum günlərini bir qayda olaraq Azərbaycan xalqı və dövlətimiz üçün ciddi mahiyyət daşıyan hadisələri ilə uzlaşdırdığını qeyd edən deputat bildirib ki, bu baxımdan sonuncu ad günü də istisna olmadı:
“Ölkə Prezidenti dekabrın 24-də - öz doğum günündə Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüş keçirdi. Prezident belə bir görüşün də keçirilməsini vacibliyini vurğulayaraq geniş bir nitqlə çıxış etdi. Cənab Prezident Qərbi Azərbaycan İcmasının binasını təsadüfən seçmədiyini diqqətə çatdırdı və vaxtilə Şuşa İcra Hakimiyyətinin, həmçinin Qarabağ İcmasının həmin binada yerləşdiyini bildirən ölkə başçısı artıq Qarabağ və Şərqi Zəngəzurun işğalına son qoyduqdan sonra Qərbi Azərbaycan İcmasının məhz bu binada yerləşməsinin həm rəmzi məna daşıdığını, həm də Azərbaycanın bütün bölgədə yaratdığı yeni reallıqları və hədəflərini ifadə etdiyini bildirdi”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Qərbi Azərbaycanın tarixi Azərbaycan torpaqları olduğunu konkret faktlara əsaslandıraraq qeyd etdi ki, həmin torpaqlar ermənilər və onları himayə edənlər tərəfindən zaman-zaman ermənilərin işğalına məruz qalıb:

“Ermənilər həmin ərazilərə köçürüldükdən sonra orada yaşayan soydaşlarımız bir neçə dəfə deportasiyaya məruz qalmaqla yanaşı, onların taleyi etnik zəmində soyqırımı ilə müşahidə olunub. Tarix göstərdi ki, İrəvanın Ermənistana verilməsi ilə guya onların Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəkləri düşüncəsi yanlışdır. Hətta, Azərbaycan xalqının rəyi, iradəsi nəzərə alınmadan Qərbi Zəngəzur da bolşeviklər tərəfindən Ermənistana verildi və tarixi ərazilərimiz parçalandı. Naxçıvanla Azərbaycanın ayrılmasından sonra böyük türk dünyası ilə Azərbaycanın tarixi bağları qopdu. Ölkə Prezidenti nitqində daha çox bu kimi tarixi həqiqətlər üzərində dayandı və bildirdi ki, növbəti faciəmiz Qarabağın, həmçinin Şərqi Zəngəzurun işğalı oldu. Əvvəlki ənənələrinə söykənən ermənilər Azərbaycan torpaqlarını işğal etməkdən çəkinmədi”.

Nəhayət, 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük zəfərlə erməni işğalına son qoyulduğunu xatırladan deputat nəzərə çatdırıb ki, biz bu zaman nəinki Qarabağ və Şərqi Zəngəzur işğaldan azad etdik, eyni zamanda çox böyük bir prosesin əsası qoyduq:

“Həmin proses qədim Azərbaycan torpaqlarında xalqımızın yaşamaq haqqının tanınması və reallaşmasıdır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev böyük qayıdışın ayrı-ayrı detallarından bəhs edərək bildirdi ki, bu tarixi torpaqlarımıza sülh yolu ilə getmək istəyindəyik. Hesab edirəm ki, ölkə başçısı özünün məharətli diplomatik gedişləri ilə bu arzunu reallaşdırmaq istəyində və gücündədir”.

“Cənab Prezident son bir neçə ayda olduqca cəsarətli fikirlərini gündəliyə gətirir. Bir neçə müddət öncə üç dəfə - həm Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşündə, həm Səmərqənddə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında, həm də ADA Universitetində Beyin Mərkəzləri ilə keçirmiş olduğu toplantıda Güney Azərbaycanla əlaqədar çox ciddi fikirlər dilə gətirib. Bundan sonra Qərbi Azərbaycan İcması ilə görüşdə böyük cəsarətlə soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasının tarixi gerçəklik və zərurət olduğunu önə çəkərək bütün dünyaya bəyan etdi. Bu, kifayət qədər ciddi və böyük missiyadır. Əminəm ki, bu tarixi missiyanın müəllifi və arxitektoru dünya şöhrətli dövlət xadimi Prezident İlham Əliyev və onun rəhbərliyi ilə Azərbaycan xalqı olacaq”,- F.Ağamalı vurğulayıb.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03