Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan jurnalistikasının məktəbi-Nasir İmamquliyev

2022-12-22 12:22:32 247 baxış
Xəbər şəkil

 

Hər şeydən öncə, reallığın güzgüsü, dövrün salnaməçisi, gələcəyin modelçisi olan, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə yaşayıb-yaradan jurnalist-ziyalılar tarixi funksiyalarını ləyaqətlə yerinə yetirmişlər. Bu xüsusiyyətləri özündə əxz edən nurlu şəxsiyyətlərdən biri, Azərbaycan milli-mətbuatında öz xidmətləri, dəsti-xətti, nəzəri-praktik fəaliyyəti ilə məktəb yaradan Nəsir İmanquliyevdir.
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. Professor Nəsir İmanquliyev bütün fəaliyyəti ərzində Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhvələr vermişdir. Onun fəaliyyəti, yaradıcılığı da, öz növbəsində, böyük simaların, jurnalist ordusunun yetişməsində tarixin əhəmiyyətli bir mərhələsi olmuşdur. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamış, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.
Nəsir İmanquliyevin şərəfli ömür kitabında fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun mənəvi keyfiyyətlərini, şəxsi dəyərlərini tamamlayır, alim-pedaqoq, peşəkar redaktor, ictimai-siyasi xadim, həmçinin zamanın nəbzini tutan publisist kimi xarakterizə edir.
Nəsir müəllim müharibə və inqilab illərindən keçən çətin, keşməkeşli, lakin şərəfli bir ömür yaşayıb. "Komunist" qəzetini səhifələrindən başlanan "Yeni yol", "Gənc işçi", "Vuruşan Krım" qəzetlərindən keçən, Bakı şəhər partiya komitəsində şöbə müdiri, Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin müavini, Mədəniyyət nazırliyi Baş Radioməlumat İdarəsinin rəisi, Azərbaycan SSR Nazırlər Soveti yanında Radio və Televiziya Komitəsi sədrinin birinci müavini vəzifəsinədək şaxələnən ömür, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən-elmi-pedaqoji fəaliyyətdən "Bakı" və "Baku" qəzetlərinə-peşəkarlığın zirvəsinədək yüksələn tale yolları... Bu yollarda zamanın sərt qaydaları, ictimai həyatın diktələri də var, inadkar yolçunun- Nəsir İmanquliyevin dünyaya fərdi baxışı, uğurları da. Bu yollarda heç vaxt əqidəsindən dönməyən, peşəkarlıqla ziyalılığın vəhdətindən doğan ziyalı obrazı və onun novator yaradıcılığı, Azərbaycan jurnalistikasında açdığı çığırı, yolu var. Və bu ömür yolunun işığı - yeganə övladı, görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva, Nəsir İmanquliyevin "on oğlana dəyişmədiyim iki qız nəvəm, yüksəklərə uçduğum qoşa qanadım" adlandırdığı Azərbaycan elm və mədəniyyətinə töhfələr verən Mehriban xanım və Nərgiz xanım Paşayevalar.
Azərbaycanın ictimai-mədəni mühitində klassik ənənələrə əsaslanan maarifçilik fəaliyyəti professor Nəsir İmanquliyevin şəxsiyyətini alim-publisist, mütərcim, redaktor kimi səciyyələndirir. Jurnalist adının məsuliyyətini dərk edib ləyaqətlə daşıyan, 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə öz töhfələrini vermişdir.
Nəsir müəllim dəyərli ziyalı, jurnalist, yüksək təkilatçılıq qabiliyyətinə malik redaktor olmaqla yanaşı, həm də peşəkar pedaqoq idi. O, elmi pedaqoji fəaliyyəti dövründə tələbələrinə qarşı həmişə həssas, qayğıkeş yanaşmış, ləyaqətini hər şeydən uca tutan müəllim imici qazanmışdır. Məhz bu səbəbdəndir ki, görkəmli alim xeyirxah əməlləri, insani keyfiyyətləri, mərhəməti və şəfqəti ilə bu gün də yetirmələrinin, tələbələrinin, sevənlərinin qəlbində yaşayır, xatirələrindən silinmir. Nəsir məllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamış, bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur. O, 1941-45-ci illər müharibəsində mətbuatın rolundan namizədlik dissertasiyasının, bir sıra dərs vəsaitinin, monoqrafiyaların müəllifi idi.
Universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayan görkəmli pedaqoq "Bakı" və "Baku"nun redaksiyalarında Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı öyrətmiş, bu qəzetləri tələbə jurnalistlərin yaradıcılıq laborotoriyasına çevirmişdir. Göründüyü kimi, pedaqoq-alim, istedadlı qələm sahibi "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı redaksiya ilə auditoriya, universitetlə mətbuat, təhsillə praktika arasında etibarlı körpü yaratmışdır. Bu fəaliyyət professor Nəsir İmanquliyevin ali jurnalistika sahəsindəki ən dəyərli, səmərəli xidmətlərindən biridir.
Nəsir İmanquliyev Milli mətbuatımızın tarixində xüsusi tipoloji xarakter daşımış "Bakı" və "Baku" qəzetlərinin təməlini qoymuş, bu nəşrlərə 30 il fasiləsiz rəhbərlik edərək peşəkar kollektiv formalaşdırmış, dövrünün, zamanının salnaməsini yaratmışır. Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olmuşdur. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən redaktor xüsusən "Bakı" və "Baku" qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən mətbu orqanın simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən professor Nəsir İmanquliyev rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Sovet dövründə, ağır senzura şəraitində xəbərin tərəfsizlik, qərəssizlik, dəqiqlik prinsiplərini reallaşdırmaq böyük cəsarət tələb edirdi. Nəsir müəllim hər zaman peşəyə sədaqət nəzəri fikrini jurnalist üçün prioritet hesab edirdi: "Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır". Peşəkar jurnalistin, nəzəriyyəçi alimin vaxtilə söylədiyi sözlər bu gün də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir.
Ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin səhifələrində respublika həyatının bütün sahələri – iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materiallar bu gün də öz aktuallığını qoruyub saxlayır. Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı" – "Baku" təcrübəsi" xüsusi yer tutur.
Böyük şəxsiyyət olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır. Jurnalistika fakültəsində çalışan müəllimlərimizin, pespublika ziyalılarının, görkəmli şəxslərin Nəsir İmanquliyev haqqında xatirələrindən bu qənaətə gəlirik ki, Nəsir müəllimi bir jurnalist, pedaqoq, istimai-siyasi xadim kimi xalqa sevdirən onun peşəkarlığı, vətənpərvərliyi, milli ləyaqətidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. O, adamları dərindən tanımaq, onların dərdinə şərik olmaq, qəlbinə yol tapmaq, kütlənin rəğbətini qazanmaq və onları öz ardınca aparmaq kimi yüksək insani və təşkilatçılıq xüsusiyyətləri ilə hər zaman fərqlənmişdir.
Göründüyü kimi, Nəsir müəllim bu və digər keyfiyyətləri ilə yanaşı, həm də yüksək mənəviyyatı, xeyirxahlığı ilə fərqlənən insanlardandır. O, ehtiyacı olan, ondan kömək uman insanlara heç vaxt biganə olmayıb. "Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir". Professor Nərgiz Paşayevanın söylədiyi bu fikir Nəsir İmanquliyev insani keyfiyyətlərini bir daha xarakterizə edir. Onun nəcib insan, xeyirxah bir ziyalı olduğunu aydın ifadə edir.
Həyatda hər şey, eləcə də insan ömrü ötəridir, fəqət, bircə insanın əməllərindən başqa. İnsan ona verilən zamanı- ömürü başa vurub, dünyadan köçəndə əzizlərindən tutmuş bütün var-dövlətinə qədər hər şeyi bu dünyada qoyub gedir. Yaddaşlarda, ürəklərdə isə onun izləri, əməlləri qalır. Məktəb içində məktəb yaradan görkəmli jurnalist, individual rəhbərlik üslubu ilə səciyyələnən peşəkar redaktor, ictimai-siyasi xadim, qayğıkeş insan, mərhum Nəsir İmanquliyevi də ölməzlik zirvəzinə ucaldan, qəlblərdə yaşadan əbədi əməlləri, xidmətləri, gələcək nəsillərə örnək ola bilən qısa, lakin şərəfli ömür salnaməsidir.

Aygül Bağırova 
AJB üzvü





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03