Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan təbii sərvətlərinin qeyri-qanuni talanmasına qarşı mübarizə yolundan dönməyəcəkdir

2022-12-16 21:37:07 291 baxış
Xəbər şəkil

Qarabağın təbii şəraiti burada aran və dağlıq ərazilərin mövcudluğu ilə fərqli ekoloji sistem təşkil edir. Bu sistemin mərkəzində nadir fauna və flora növləri var. Şuşa dərəsi, Daşaltı mağarası, Topxana meşəsi, Laçın və Kəlbəcər yaylaqları, Süsən və Şükürataz kimi yüksəkliklərə malik Kiçik Qafqaz sıra dağlarının Araza qədər yayılan aşağı ətəkləri – yaşıl kütləli düzənliklər göz oxşayır. Erməni faşistləri illər uzunu məhz bu ekosistemə qənim kəsiliblər. 
30 il ərzində ermənilər bu ərazilərin təbii sərvətlərini talan etmiş, əkinə yararlı torpaqlardan qanunsuz istifadə etmişdir. İstifadə etmədikləri yerlərdə hər yay bilərəkdən yanğınlar törədir, torpağın tərkibindəki mikroorqanizmləri məhv edirdilər ki, münbitliyi heçə ensin, ərazilər erroziyaya uğrasın və eyni zamanda, külək alovu təmas xəttinin Azərbaycan hissəsindəki əkin sahələrinə keçirsin ki, azərbaycanlıların taxıl zəmiləri yansın. Yanğınlar zamanı torpağın məhsuldar üst münbit qatı, ot və kolluqlarla birlikdə mikroiqlim yaradan yaşıl ağaclar və bütün canlılar məhv olurdu, ərazi qara rəng alır, nəticədə səthin temperatur amplitudası yüksəlirdi. Əkilib-becərilməyən yerlərdə yabanı bitkilər artır, ilan, siçan, siçovul kimi gəmiricilər, ziyanverici həşəratlar hədsiz dərəcədə çoxalır və cəbhəyanı ərazilərə yayılaraq təsərrüfatlara ziyan vururdu. 
İşğal altındakı nəzarətsiz ərazilərdə təhlükə mənbələrindən biri də “Metsamor” atom elektrik stansiyasının radioaktiv tullantılarının qəsdən bu ərazilərə basdırılması idi. Bundan əlavə, kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən gələrək Kür çayı hövzəsinə tökülürdü. Ermənistanın filiz mədənlərinin tullantıları ucbatından Oxçuçay ölü bir çaya dönmüşdü. Ekoloqlarımız tərəfindən ölkəmizin sərhəd çaylarının ekoloji vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin yanvar-iyun aylarında aparılan monitorinqlər zamanı Oxçuçaydan götürülən su nümunələrinin yerli və beynəlxalq laboratoriyalarda, o cümlədən, Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında analizi zamanı yüksək miqdarda mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır-toksik maddələr aşkar edilmişdir. 
Xaricdən gətirilərək Qarabağda məskunlaşdırılan ermənilər də, qondarma rejimin hərbçiləri də əzəli torpaqlarımızı istismar edib, qanunsuz iqtisadi fəaliyyət göstərirdilər. Aşkar faktlardan biri də bu idi ki, ermənilər tərəfindən nəzarətsiz ərazilərdə aqrotexniki qaydada narkotik bitkilər yetişdirilib və onların məhsulları gizli yollara xarici ölkələrə ötürülürdü. Separatçı rejim həmin ərazilərdə narkotik maddələrin qanunsuz kultivasiyası, becərilməsi, istehsalı və satışının inkişafı üçün bütün zəruri şərait yaratmışdı. Ermənilər Araz vadisindəki bütün meşəlik əraziləri yandırmışdılar. Qiymətli ağac növləri ilə zəngin meşələr və yeraltı ehtiyatlar talanıb. İşğal zamanı erməni vandalları Azərbaycan ərazilərində olan təbii sərvətləri talan etmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz istismara məruz qalmışdır. 
Düşmən ölkə Azərbaycanın tərkib hissəsi olan Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yaradaraq müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Azərbaycanın icazəsi olmadan qanunsuz fəaliyyət göstərmişdir. Belə ki, ümumilikdə, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdiyi ekologiya terroruna 20-dən artıq ölkənin, o cümlədən Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri qoşulmuş, işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın təbii sərvətlərini qəddarcasına istismar etmiş, qeyri-qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışlar. 
Azərbaycanın erməni faşistlərinin ekoloji terroru barədəki “həyəcan təbili” illərcə qulaqardına vurulurdu. Lakin, biz bununla barışmadıq, qəsb edilmiş torpaqları öz gücümüzlə işğaldan, doğma təbiətimizi, ekologiyamızı amansız erməni vəhşətindən qurtardıq. Artıq Qarabağın təbiəti rahat nəfəs alır. Parklar, qoruqlar bərpa olunur. Məhsuldar torpaqlar minalardan təmizlənir. Çirkləndirilmiş çaylar, göllər durulur. Bütün bunlar isə Qarabağın ekoloji həyatını daha da canlandırır və zənginləşdirir. 
Hazırda, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunur. Bununla əlaqədar dekabrın 10-da Azərbaycan mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismar olunduğu Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına səfər etmək istəsələr də, sülhməramlılar tərəfindən buna süni əngəl törədildi. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları öz ərazisində bu özbaşınalığa qarşı mübarizəyə qalxıb. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər. Ermənistan tərəfi hər zaman olduğu kimi, ekofəallarımızın bu aksiyasına da yalan don geyindirib beynəlxalq aləmə sırımağa çalışırlar, bu aksiyada hərbçilərimizin iştirak etdiyini iddia edirlər. Amma Şuşa-Laçın yolunda keçirilən bu aksiya heç bir siyasi məqsəd güdmür, ictimaiyyət nümayəndələrimiz haqlı olaraq separatçı rejimin torpaqlarımızda qanunsuz istismarına son qoyulmasını tələb edirlər. Biz mübarizəmizi sona qədər davam etdirəcəyik və bu yoldan dönməyəcəyik.

Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03