“Laçın yolu sülhməramlılar tərəfindən bağlanıb” – Hikmət Hacıyev
“Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb”.
Bunu bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqində deyib.
“Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə isə qarışmırlar”,-deyə H.Hacıyev vurğulayıb.
H.Hacıyev vurğulayıb ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək.