Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən Heydər Əliyev hər zaman dünya ermənilərinin hədəfində olub.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra belə daima düşmənlərə qarşı mübarizə aparmışdır.Bildiyimiz kimi həmin dönəmlərdə ölkəmiz ağır dönəmlərdən keçirdi.Torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olunmuşdu.Ulu Öndər hakimiyyətə gəldiyi ilk günlərdən Ermənistanın qəsbkar siyasətini dünya birliyinə çatdırmış və beynəlxalq təşkilatlarla əlaqə saxlamış,işğal altında olan torpaqlarımızın sülh yolu ilə qaytarılması üçün mübarizə aparmışdır.Ermənistanın xain planlarını heç bir təhlükədən çəkinmədən daima konfranslarda dünya dövlətlərinə bəyan etmiş,onları bu həqiqəti görməyə çağırmışdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun,Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi.Vaxtilə dünya siyasətindən təcrid olunmuş,informasiya blokadasına alınmış Azərbaycan artıq bu qətiyyətli şəxsiyyətin uğurlu siyasəti sayəsində öz səsini dünyaya çatdıra bilmişdi.Məhz bunun bariz nümunəsi idi ki,ABŞ Konqresi “Azadlığı müdafiə aktına”907-ci düzəliş deyilən ədalətsiz qərarı tədricən aradan qaldırmışdır.Bu Azərbaycan diplomatiyasının böyük uğuru,Ermənistan informasiya cəmiyyətinin ağır məğlubiyyəti idi.Münaqişənin həlli istiqamətində ən uğurlu addımlarından biri atəşkəsin əldə olunması idi.Vaxtı ilə münaqişənin bitməsi üçün Azərbaycanın qarşısına şərt qoyan bəzi ölkələr,bu tarixi qələbəni gördükdə bir daha Azərbaycan xalqının,Azərbaycan ordusunun və həmin xalqın dahi Rəhbərinin gücünə əmin oldular.
Azərbaycana,onun problemlərinə dünya birliyinin münasibətindəki oyanış prosesi özünü ATƏT-in Budapeşt,Lissabon və İstanbul sammitində qabarıq şəkildə büruzə verdi.Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafeyini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədilər.Bu Azərbaycanın xarici siyasətinin böyük uğuru,eyni zamanda münaqişənin lehimizə həll edilməsində önəmli bir mərhələ idi.
Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətə gəlmədən öncə rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə daima məkrli ermənilərin hədəflərində olmuşdur.Məhz 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən,o cümlədən Siyasi Büronun üzvi vəzifəsindən uzaqlaşdırılması onların əlinə fürsət imkanı verdi.Lakin dahi Rəhbərimiz daima xalqımızın yanında oldu,daima xalqımızın rifahı uğrunda mübarizə apardı.Hətta Ulu Öndərin rəhbərlikdən uzaqlaşdırılmasını fürsət bilən bir erməni millətçisi Fransa qəzetinə müsahibə verərək,Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir fikirlərini söyləmişdir.Onlar bilirdilər ki,Heydər Əliyev nə qədər ki,vəzifədədir baş qaldıra bilməyəcəklər.Amma tarix onlara nəyi sübut etdi?Qarabağ Azərbaycandır və nida!Ulu Öndərin bu arzusunu layiqli davamçısı,Ali Baş Komandan İlham Əliyev həyata keçirdi.Dəmir Yumruq kimi birləşən Azərbaycan xalqı düşməni biabrcasına məğlub etdi və Dağlıq Qarabağ statusuna son qoydu.Artıq parçalanan Azərbaycan deyil,bütöv bir müstəqil Azərbaycan Respublikası var.Bu Ulu Öndər Heydər Əliyev,onun davamçısı Prezident İlham Əliyev və Azərbaycan xalqının birliyinin nəticəsi idi.Ulu Öndər Heydər Əliyev qeyd ediyi kimi,”Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki,mən Azərbaycanlıyam”!
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin
Tarix müəllimi Mərdanova Leyla.YAP fəalı