Millət vəkili Fəzail Ağamalı :Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
Milli Məclisin Deputatı Fəzail Ağamalı rəsmi Facebook səhifəsində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib.
Kanal4.az xəbər verir ki, paylaşımda deyilir12 Dekabr Azərbaycan xalqının taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan ümummilli lider, ulu öndər Heydər Əliyevin anım günüdür.
Tarixi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyev taleyin qisməti ilə 12 Dekabr 2003 - cü ildə öz sevimli xalqından cismən ayrılmışdır.
Misilsiz əməlləri ilə xalqın sevgisini qazanan Ulu Öndər Heydər Əliyev illər ötsədə qədir bilən Azərbaycan Xalqının qəlbində unudulmaz lider olaraq yaşayacaqdır.
Bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan Ulu Öndərimizin ruhu qarşısında baş əyir, Uca Tanrıdan ona rəhmət diləyirəm.
Ana Vətən Partiyasının sədri Millət Vəkili Fəzail Ağamalı.
12 Dekabr 2022 - ci il