Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Çevik və səmərəli kursun bəhrələri

2022-11-29 17:51:22 33897 baxış
Xəbər şəkil

 

  Azərbaycan Prezidenti Vətən və millət naminə xarici siyasətdə qətiyyət və müdriklik örnəyi göstərir.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi.  Növbəti beynəlxalq tədbirdə  dünyanın, o cümlədən də Avropanın bir sıra güclü və nüfizlu, söz sahibi olan dövlətlər, o cümlədən ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak edirdi.

Adıçəkilən konfrans bir daha təsdiqlədi ki, dövlət başçımız lham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Daha geniş geosiyasi kontekstdə ölkəmiz Cənubi Qafqaz, bütövlükdə Avrasiya və dünya arenasında  təsirli qüvvə olaraq özünü təsdiq etməkdədir. Bu gün onu da qeyd etmək olar ki, Azərbaycan bütün dünyaya öz ədalətini və gücünü göstərir.

 Ölkə başçısının yürütdüyü düzgün və düşünülmüş gedişlər, Azərbaycan diplomatiyasının beynəlxalq müstəvidəki uğurları,  artıq tarixin arxivinə atılmış  Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz çərçivəsindəki  həlli istiqamətində hüquqi baza rolunu oynamaqdadır. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, əlbəttə, tarixi xidmətdir. Özü də elə bir tarixi xidmət  ki, geniş bir geosiyasi məkanda ümumi mənzərə dəyişməkdədir.

Prezidenti İlham Əliyevin yerli və xarici nümayəndələrin  iştirakı ilə  “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən  konfransı  beynəlxalq  məkanda yenidən geniş rezonans doğurub. Dövlət başçısı  qazandığımız haqq müharibəsi, şanlı zəfərindən sonra artıq üçüncü dəfədir ki, xarici nümayəndələrin,  aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklərin iştirakı ilə ADA  Universitetində məhz bu cür formatda görüş keçirərək  müxtəlif səviyyəli çıxışları ilə, respublikamızın haqlı mövqeyi ilə bağlı sualları təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla əsaslandırır, məsələnin mahiyyətini səbirlə izah edir, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini, habelə dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirdi.

Azərbaycan Prezdenti İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi bu kimi konfranslar  beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı  yüksək diqqətinin və artan marağını əyani şəkildə ifadə edir. Konfransda belə mühüm məsələlərin müzakirəsi üçün önəmli tədbirə ev sahibliyi etmənin məmnunluğunun ifadə edən dövlət başçısı, konfransın  adına uyğun olaraq – (geosiyasət, təhlükəsizlik və iqtisadiyyat) mövzunun əhatəliliyi daha geniş olacağını və bu kimi tədbirlərin regiondakı reallıqları, Azərbaycanın planlarının və regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcəyini nəzərə catdırdı. İqtisadi inkişafımızın əsas amillərindən birinin sabitlik olmasını vurğulayan İlham Əliyev güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılmasında körpülərin mümkün qədər ölkələr ilə daha yaxın münasibətlərin qurulmasının bugünkü reallığından bəhs edib.

Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə

Dövlət başçısı daha  sonra konfrans iştirakçılarının suallarını cavablandırarkən hər zaman olduğu kimi, bu dəfə də bütün sahələrdə dünya birliyi ilə ünsiyyətdə sözün gücünü nümayiş etdirdi. Konfransdan sonra  Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən beynəlxalq ekspertlər  tədbirin əhəmiyyətinə diqqəti cəlb edərək , bir sıra mühüm mesajları siyasi mərkəzlərə məhz KİV-lərlə çatdırıblar.

Avropa Evi – Ambrosetti Mərkəzinin baş direktoru Luka Miraglia Azərbaycan-İtaliya əlaqələrindən açıqlamasında “Bizim Azərbaycanla əməkdaşlığımız davam edəcək. Mənim yeni hökumətimizdən gözləntim budur. Hazırda Azərbaycanla gündəliyimizdəki əsas məsələ enerji təhlükəsizliyidir. İnanıram ki, bu əməkdaşlıq müxtəlif sahələri əhatə edərək daha da genişlənəcək”, - deyə qeyd edib.

Baş direktor, həmçinin vurğulayıb ki,”Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması regionda sabitlik üçün çox vacibdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması region üçün mühüm əhəmiyyət kəsb edir”.

Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun elmi işçisi Fərhad Pirinççi  çıxışında qeyd edib ki, beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrindən ekspertlərin, akademiklərin gəlməsi ilə birlikdə Azərbaycandakı inkişafın birbaşa müşahidəsi, regionda baş verən hadisələrin Prezident İlham Əliyev tərəfindən iştirakçıların diqqətinə çatdırılması mühüm məsələdir. Həmçinin o, insanların Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycandakı sülhün nə qədər əhəmiyyətli olduğunu, eyni zamanda, inkişafın davam etdiyini göstərmək üçün vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycanın uzun illərdir sülh istiqamətində atdığı addımlara, Ermənistanın yanaşmamasi   İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Hazırkı geosiyasi reallıqlar fonunda Ermənistanın sülhdən başqa çarəsi olmamasını qeyd edən Pirincci, Paşinyan hakimiyyətinin sülhün təmin edilməməsi üçün atdığı addımlar regiondakı sabitliyə zərər verməsini də  bildirdi.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metreveli açıqlamasında Azərbaycanın Gürcüstanın etibarlı tərəfdaşlığından və Orta Dəhliz çərçivəsində sıx əməkdaşlığın həm Gürcüstan, həm də Azərbaycan üçün faydalarını bildirib. O, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə normallaşacağına ümid etdiyini vurğulayıb: “Sülh və təhlükəsiz regiona alternativ yoxdur. Biz hər birimiz bunda maraqlıyıq. Ümid edirəm ki, tezliklə danışıqlar həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan sülh müqaviləsinin imzalanması ilə uğurla başa çatacaq”.

Hazırda Cənubi Qafqaz regionunda geosiyasi dəyişikliklər baş verir. Azərbaycan bölgədə yeni reallıqlar, sülhün təmin olunması üçün müxtəlif şanslar yaradıldığını  açıqlamasında bildirən amerikalı professor Brenda Şaffer səfəri cərcivəsində Cəbrayıl rayonuni ziyarət etdiyini və Xudafərin körpüsünü Azərbaycanın simvolu olmasını söylədi.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə İlham Əliyevlə birlikdə yenidən beynəlxalq konfransda iştirak etmənin, fikir mübadiləsi aparmağın məmnunluğunu bildirərək, Qarabağda görülən işlərin Azərbaycanın sülh gündəliyindəki xüsusi məqamlarından danışıb. “Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinin necə sürətlə aparıldığının şahidi olmuşam. Bu, Azərbaycan üçün möhtəşəm dövrdür. Burada olduğum üçün həqiqətən də xoşbəxtəm”, - deyə sabiq səfir qeyd edib.

Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol açıqlamasında “2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilirRusiya Ermənistanın ən böyük himayədarıdır. Çünki Rusiya Ermənistanda hərbi bazasının olmağından əlavə, Ermənistana və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün balanslaşdırılmış siyasətinin bir hissəsi kimi əsaslandırır”- deyə qeyd edib.

Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Koert Debeuf  bu  konfrans çox maraqlı keçdiyini, İlham Əliyevin bütün sualları çox açıq cavablandırdığnı və.Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, həmçinin dünyada mühüm yerə sahib olduğunu bildirib.Bundan əlavə  Koert Debeuf  Ukraynadakı hazırkı münaqişə ilə əlaqədar Azərbaycan iqtisadi cəhətdən əhəmiyyətli rol oynamasını, Avropada  ölkələrinin qaza, elektrik enerjisinə böyük ehtiyac olduğu zamanda  bu rolun gələcəkdə daha da artacağını baş elmi işçi qeyd edib.

Açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm bu gəlişi ilə Qarabağa ikinci səfərindən bəhs edərək, orada aparılan sürətli bərpa işlərinin  davam etməsindən və 30 il işğal altında qalan Ağdamın və digər rayonlarda gördüyü erməni  vandallığından dəhşətə gəldiyini bildirib. Xalid Teymur “Pakistan Azərbaycanın hər zaman haqlı mövqeyini dəstəkləyib və Ermənistanı dövlət kimi tanımayıb. Mən ümid edirəm ki, ölkənizin yenidənqurma işləri tezliklə yekunlaşacaq və regionda sülh tezliklə bərqərar olacaq”- deyə qeyd edib.

Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor beynəlxalq konfransdakı çıxışdan üç mühüm mesaj aldığını,  bunlardan birincisinin Azərbaycanın prezidentlik institutuna əsaslanan uğurlu inkişaf modelində Prezidentlik institutu mərkəzləşdirilmiş bir qərarvermə sisteminə malik olduğunu və  Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edən bu sistemdə uzunmüddətli strateji planlaşdırma mümkünlüyü olduğunu, ikincisinin Azərbaycan təkcə Avropaya enerji ixrac edən ölkə deyil, eyni zamanda, Avropa üçün enerji tranziti ölkəsi olduğunu, Azərbaycan yalnız istehsalçı deyil, həm də tranzit ölkəsi olmasını və  yaxın müddətdə Türkmənistandan böyük həcmdə qaz idxal ediləcəyini və bu, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılacağını, üçüncüsünün isə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdiyini, Azərbaycanın Qarabağ üçün xüsusi statusun verilməsi ilə bağlı ideyanı rədd etməsi  ilə heyrənləndiyini baş elmi işçi diqqətə çatdırıb. Müharibədən sonra Azərbaycan Prezidenti demişdi: “Qarabağın statusu cəhənnəmə getdi”.

Dünyanı heyrətləndirən sərkərdə  qətiyyəti

Beləliklə, Prezident İlham Əliyev  bu beynəlxalq konfransla bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Tamamilə gözlənilən idi ki, məhz bu konfrans bütün dünyanın diqqətini cəlb edəcək. Axı Azərbaycan dövlətinin başçısının dünya liderlərinə mesajları diqqətdən kənar qala bilməzdi. Hazırda həmin mətbuat konfransının dünya mediasında bu qədər geniş işıqlandırılması buna əyani sübutdur. Konfransı isə iştirak edənlərlə yanaşı yaxın-uzaq ölkələrdə siyasətçilər, icmalçılar, politoloqlar və ən müxtəlif kalibrli ekspertlər diqqətlə izləyir, deyilən hər bir sözü, səslənən hər bir fikri təhlil edir, ola bilsin müəyyən gizli sətiraltı mənaları duymağa çalışırlar. Hərçənd  Prezident İlham Əliyev həmişəki kimi, birbaşa, açıq danışır, heç bir ikimənalılığa, yozumlara yer qoymurdu. Bütün bu səhnələri izləyən  qonşu Ermənistan isə həmişəki kimi tamamilə miskin və aciz görünür, çünki erməni jurnalistlərin özlərinin etiraf etdikləri kimi, onların ölkəsinin rəhbəri fikrini hətta öz ana dilində izah etməyə çətinlik çəkir, dedikləri isə heç də həmişə lazımınca əlaqəli olmur.

Dünya ölkələri isə bu dəfədə beynəlxalq müstəvidə 4 saatdan çox çıxış edən, verilən sualları dinləyən və onlara son dərəcə sərrast cavablar verən iki il  bundan əvvəl Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm Qələbəsini qazanmış  dövlət başçısı, qalib Ordunun sərkərdəsi və Müzəffər Ali Baş Komandanı görürdü!       
                                                                                                           

Aygül Bağırova





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03