Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Sivil yolla hakim siyasi partiya olmağın nadir örnəyi

2022-11-15 13:10:48 271 baxış
Xəbər şəkil

Ümummilli lider Heydər Əliyevin 1992-ci il noyabrın 21-də bir müxalifət partiyası olaraq Naxçıvanda yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da dünya şöhrətli siyasətçi və dövlət xadimi ölkəmizdə yeni siyasi mədəniyyət və demokratik əxlaq nümunəsi yaratdı. 

Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və qələbə təminatına görə nadir təcrübədir. Bu örnək, əslində, mübarizə xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün gərəklidir.
Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, ümumxalq partiyasıdır. Bu nəhəng təşkilat cəmiyyətin bütün təbəqələrini ətrafında birləşdirir və hər zaman islahatlara açıqdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, onun yaratdığı partiya: “Dünənin, bugünün və gələcəyin partiyasıdır”. YAP-ın yaradılması Azərbaycan cəmiyyətinin sifarişi idi. 30 il əvvəl bu günlərdə xalq Azərbaycanın gələcəyini və ölkənin çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolunu belə bir siyasi təşkilatın yaradılmasında gördü. 
Məşhur “91-lər”in müraciəti əsasında zəmanəmizin dühası Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə  razılıq verdi. Özünü “demokratiya  aşiqləri” kimi qələmə verən, əslində isə antimilli və antidemokratik mahiyyət daşıyan Xalq Cəbhəsi–Müsavat hakimiyyəti Heydər Əliyev şəxsiyyətinə olan ümumxalq sevgisindən elə vahimələnirdi ki, hətta Yeni Azərbaycan Partiyasının təsis qurultayının Bakı şəhərində keçirilməsinə də imkan vermədi. Demokratiyadan eninə-uzununa dəm vuran bu başabəla cütlük qurultay iştirakçılarının Naxçıvana gəlişinə belə çeşidli maneələr yaratmaqdan çəkinmədi. 
Bütün bu süni əngəllərə baxmayaraq, 550 nəfərə qədər vətənpərvər insan hakimiyyətin təhdid və qorxu aparatına tabe olmayaraq qurultaya qatıldı. Qurultay Naxçıvanda, Cəlil Məmmədquluzadə adına Dram Teatrının binasında keçirildi. Ulu öndər Heydər Əliyev dühasından güc alan, Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. Beləliklə, Naxçıvandan başlayaraq bütün Azərbaycanın nicatına gedən yolun əsası qoyuldu. Qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi. 
1993-cü ilin hərbi-siyasi böhranı günlərində  müdrik Azərbaycan xalqı qaragüruha yox dedi. Antimilli hökumətin mövcudluğuna maksimum bir il dözə bilən cəmiyyət onu tarixin səhnəsindən birdəfəlik süpürüb atdı. 1993-cü il iyunun 15-də Azərbaycanın Qurtuluş tarixi başlandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etməyə başladığı yeni yaradılmış Azərbaycan Respublikası real müstəqilliyinə qovuşdu. Xalq artıq sahibsiz deyildi. Ona dünya səviyyəli lider – Böyük Heydər Əliyev rəhbərlik edirdi. 
Tezliklə xalqın mütləq əksəriyyətinin ölkə Prezidenti seçdiyi ulu öndər Heydər Əliyev bir daha müdrik liderlik zirvəsinə yüksələrək haqq və ədalətin keşiyində dayandı. Xalqın gözü tərəzidir. Xalq öz liderini birmənalı olaraq müəyyən edirdi. O xalq ki, ölkəsinin viran olduğunun fərqində idi və Heydər Əliyevə yeganə ümid yeri kimi baxırdı. Andiçmə mərasimindəki çıxışında Prezident Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə atdığı sınıq gəmi ilə müqayisə etdi: “Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi, təxminən, belə vəziyyətdədir”.
Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanda demokratik inkişaf proseslərinin əsasını qoydu, ictimai-siyasi həyatda sabitlik yaratdı, ölkəni dirçəliş və tərəqqi yoluna yönəltdi. Cəmiyyətdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, milli azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi.
Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxardı, ümummilli fəlakətin – vətəndaş müharibəsinin qarşısını aldı, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoydu və atəşkəs rejiminin tətbiqinə nail oldu. Bir sözlə, ulu öndər xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.
Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə 
daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Artıq  2 ildir ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı
qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Zəfərimiz yeni tarixi reallıqlar yaratmışdır. Ölkəmizin qarşısında yeni strateji vəzifələr müəyyən edilmişdir. Həmin vəzifələrin icra edilməsi üçün ölkənin siyasi sisteminin mərkəzi elementi olan YAP-ın üzərinə böyük məsuliyyət düşür.  
Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz müzəffər liderinin – Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək niyyətində və iqtidarındadır. Bu, ilk növbədə, 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpası və yenidən qurulması kimi tarixi missiyanın icrası, habelə epoxal uğurlarımızın təminatında müstəsna əhəmiyyətə malik olan siyasi dialoq mühitinin qorunması və dərinləşdirilməsi prosesinə yüksək səviyyəli dəstəyin verilməsi anlamını özündə ehtiva edir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyev Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. Müstəqilliyinin 31-ci ildönümünü qeyd etdiyimiz müasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Elman NƏSİROV, 
Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü, Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03