Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İlham Əliyevin diplomatik məharəti sayəsində bütün dünya Azərbaycanın qələbəsini qəbul etdi" - Deputat

2022-11-07 13:58:14 231 baxış
Xəbər şəkil

"Azərbaycan dövləti Ermənistanın bel sütununu qırdı və özünü qalib dövlət, qalib xalq kimi dünyaya nümayiş etdirdi. Bu qələbənin əsas səbəbkarı olan Müzəffər Ali Baş Komandan Azərbaycan xalqının tarixinə özünü qalib sərkərdə kimi əbədi olaraq həkk etdirdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fəzail Ağamalı 44 günlük Vətən müharibəsi və qazandığımız zəfərdən danışarkən deyib.

Deputat qeyd edib ki, cənab İlham Əliyevin dünyanın güclü orduları sırasına qatdığı ordumuz hesabına ermənilərin məkrli planları alt-üst oldu:

"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və şərəf tarixinin ən şanlı səhifələrindən biridir. 27 sentyabr 2020-ci ilə qədər dünya erməniliyi güc mərkəzlərinin hərtərəfli yardımı və köməyi ilə Azərbaycan torpaqlarını işğal edərək, onun ərazisini genişləndirərək qondarma Ermənistan dövlətini yaratmış və dənizdən-dənizə  "Böyük Ermənistan” qurmaq kimi sərsəm iddialarla yaşamışlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yaradaraq dünyanın güclü orduları sırasına qatdığı igid əsgər və zabitlərimizin və onların tökdüyü qan hesabına erməni vandallarının bu məkrli planları alt-üst oldu. Silahlı Qüvvələrimiz sentyabrın 27-dən başlayaraq noyabrın 8-nə qədər bir gün belə dayanmadan tutmuş olduğu mövqeləri geri vermədi. Sözünün həqiqi mənasında bütün dünyaya nümunə olacaq qəhrəmanlıq göstərdi, Ermənistan ordusunu darmadağın etdi. Bununla Azərbaycan dövləti Ermənistanın bel sütununu qırdı və özünü qalib dövlət, qalib xalq kimi dünyaya nümayiş etdirdi. Bu qələbənin əsas səbəbkarı olan Müzəffər Ali Baş Komandan Azərbaycan xalqının tarixinə özünü qalib sərkərdə kimi əbədi olaraq həkk etdirdi”.

Deputat qeyd edib ki, Ermənistan və onu himayə edən dövlətlərin qarşısında Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev kimi qətiyyətli, yüksək təşkilatçılıq imkanları olan mahir diplomat olan bir lider var:

"Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bu günə qədər də məğlubiyyəti ilə barışa bilmir. Azərbaycanın zəfərini həzm etməyi bacarmır. Ən müxtəlif şəkildə Azərbaycana qarşı yenə də məkrli məqsədlərini həyata keçirməyə çalışır. Fərq etməz, bu gün Köçəryan, Sarkisyan quldur dəstələri, onların ətrafında olanlar və hazırda hakimiyyətdə olan Paşinyan da başqa bir formada revanşist mövqelərindən əl çəkməyiblər. Ən müxtəlif vasitələrlə, yollarla bu gün yanlarında xüsusi yer alan Fransanın və İranın fəal köməyi ilə təxribatlar törədir, Azərbaycanın mövqelərinə hücumlar təşkil edir və beləliklə itirdiyini yenidən qazanmağa çalışır. Lakin bütün bunların hamısı əbəsdir. Çünki bu gün Ermənistanla bərabər onu himayə edən dövlətlərin qarşısında güclü Azərbaycan dövləti, qardaş Türkiyə ilə bağlamış olduğumuz Şuşa Bəyannaməsinin bizə vermiş olduğu geniş imkanlar, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev kimi qətiyyətli, yüksək təşkilatçılıq imkanları olan mahir diplomat olan bir lider var. Azərbaycan xalqının dövlətin və Prezidentinin yanında olması kimi, Silahlı Qüvvələrinin yanında olması kimi fenomenal bir gerçəklik var”.

Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyev ən müxtəlif danışıqlarda da Azərbaycanın üstün mövqeyini təmin edir:

"Müharibənin bitməsinə baxmayaraq, indi mübarizə diplomatik müstəvidə öz kəskin gündəliyini yaşamaqdadır. Burada da cənab Prezident master-klas nümayiş etdirməkdədir. Beynəlxalq münasibətlər sistemini çox yaxşı bilən və yaranmış situasiyanı öz xeyrinə ustalıqla dəyişməyi bacaran cənab Prezident İlham Əliyev artıq ən müxtəlif danışıqlarda da Azərbaycanın üstün mövqeyini təmin edir və əldə etmiş olduğumuz tarixi qələbəni həm ermənilərə, həm də onu himayə edən dövlətlərə qaşıq-qaşıq yedirtməkdədir. Onlar artıq Azərbaycan həqiqətlərini cənab Prezidentin iradəsi və yüksək diplomatik məharəti ilə qəbul etməkdə davam edirlər. Son vaxtlar Avropa İttifaqı, eyni zamanda Kremlin vasitəsilə aparılan danışıqlarda da Azərbaycan Prezidenti özünün kəskin mövqeyindən və müəyyənləşmiş olduğu hədəflərdən zərrə qədər çəkinmir. Öz mövqeyini daha da möhkəmləndirir, Ermənistanı küncə sıxmaqda davam edir”.

Deputat həmçinin əlavə edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan dövləti bu gün də qətiyyətli mövqeyini ortaya qoyur:

"Zəlil və rəzil duruma düşən Ermənistan indiki durumda Fransa və İran tərəfindən xüsusi fəallıqla müdafiə olunur. Ona yardımlar edilir, silah-sursat göndərilir. O, yeni-yeni təxribatlara həvəsləndirilir. Sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistanla bütün sərhəd boyu istiqamətlərdə geniş miqyas alan erməni təxribatı qəhrəman Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edildi. Ermənilərə bir daha ağır zərbələr vuruldu. 4 yüzdən yuxarı erməni əsgəri məhv edildi. Olduqca ciddi əhəmiyyət kəsb edən strateji yüksəkliklərimiz geri qaytarıldı. Ermənilərin bu təxribatları yenə də onlara dərs olmadı. Ondan sonra da sərhədboyu müxtəlif məntəqələrimiz yenə də atəşə tutulur, lakin onlar layiqli cavablarını alırlar. Bu zəmində İranın son vaxtlar fəallaşması və Ermənistanı açıq şəkildə himayə etməsi bizi təəccübələndirmir. Çünki İran Azərbaycan müstəqillik qazandıqdan və Ermənistanın Azərbaycana təcavüzünün başladığı gündən bu günə də qədər Ermənistanın yanında olub. Son vaxtlara qədər onun Ermənistanın yanında olması pərdələnirdi. Daha çox gizli şəkildə həyata keçirilirdi. Artıq bir neçə aydır ki, İran bütün hədləri keçərək nankorcasına Azərbaycana qarşı Ermənistan qədər düşmənçiliyini nümayiş etdirir. Onun siması artıq bəllidir, üzünü tutduğu niqab artıq götürülüb, pərdələr açılıb. İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi bütün mənalarda özünü göstərir.

Ona görə də, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan dövləti bu gün qətiyyətli mövqeyini bir daha ortaya qoyur. Bir neçə gün bundan öncə başlayan igid, qəhrəman Xüsusi Təyinatlı Qüvvələrimiz havadan və artilleriyadan dəstək almaqla möhtəşəm hərbi təlimlərini ortaya qoydu. İrana nümayiş etdirdi ki, yeri gələrsə, ehtiyac duyularsa, İranın ağlı çaşıb üzərimizə hər hansı təxribat niyyətinə düşərsə, o da Ermənistan kimi darmadağın ediləcək”.

"İşğaldan azad olunmuş bölgələrimizdə uğurla aparılan quruculuq və bərpa işləri dünyanı heyrətə gətirməkdədir. Cəmi iki il ərzində beynəlxalq səviyyəli Füzuli və Zəngilanda Hava limanlarının açılması, eyni zamanda soydaşlarımızın ata-baba yurduna qayıtması üçün görülən işlər və tədbirlər tam əminlik yaradır ki, yaxın bir neçə ildə artıq vaxtilə Ermənistan tərəfindən viran edilən yurdlarımız, torpaqlarımız soydaşlarımızın tam şəkildə ixtiyarına veriləcək. Zəfərimiz mübarək olsun, dəyərli soydaşlarımız və əziz xalqımız”, - deyə deputat əlavə edib.

 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03