Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

FƏZAİL AĞAMALI:"Zəif yerimiz daha çox lobbiçilik sahəsi üzərədir,buna xüsusi diqqət yetirilməlidi"

2021-01-15 00:52:17 198 baxış
Xəbər şəkil

Sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ savaşında bəzi zəif nöqtələrimiz də göründü. Bəzi sahələr üzrə müəyyən problemlərlə üzləşdik. Bunlardan biri diaspor və lobbiçilik məsələləri idi. Bir sözlə, bu sahələr üzrə fəaliyyət tam şəkildə qaneedici olmadı.

Bir sıra ölkələrdə 44 günlük savaş müddətində və ondan sonra Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul edildi ki, bu da həmin dövlətlərdə diaspora, lobbiçilik fəaliyyətimizin zəif olması səbəblərdən biri kimi göstərildi. Artıq üzümüzə gələn 2021-ci ildə bu sahələr üzrə olan boşluqların, problemlərin üzərinə getmək və onları aradan qaldırmaqla bağlı çoxsaylı tələblərə rast gəlməkdəyik. Eyni zamanda "güclü diasporumuzun olması üçün nə etməliyik” sualına da cavab axtarılır. Bu yöndə çoxlu sayda təkliflər də səslənir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı diaspor fəaliyyətimizi zəif saymır: "Etiraf etmək lazımdır ki, Diasporla İş üzrə Dövlət Komitəsində cənab Prezident tərəfindən həyata keçirilən kadr islahatları özünün müsbət nəticələrini verməkdədir. Onu biz 2020-ci ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişində, daha sonra isə Vətən müharibəsi günlərində açıq şəkildə gördük. Onlar yaşamış olduqları ölkələrdə böyük coşqu ilə dövlətimizin, Ali Baş Komandanın və igid silahlı qüvvələrimizin Azərbaycan xalqı ilə birlikdə yanında oldular, ciddi aksiyalar keçirdilər, ordumuza dəstək verdilər, dövlətə, Ali Baş Komandana dəstək oldular. Eyni zamanda Ermənistanın haqsız, ədalətsiz, işğalçılıq mövqeyini ifşa edən aksiyalar da bu baxımdan diqqətimizi cəlb etdi. Deyərdim ki, bu, xaricdə yaşayan soydaşlarımızın fərqli bir yanaşması idi. Onlar illər uzunu demək olar ki, dünyanın bütün ölkələrində yaşayan, geniş təşkilatlanma imkanlarına malik olan ermənilər üzərində üstünlüklərini nümayiş etdirdilər. Bu bütün tərəfləri ilə özünü ifadə etdi”.

Deputat lobbiçilik fəaliyyəti ilə bağlı deyilənlərlə razılaşır: "Lobbiçilik fəaliyyətimiz haqqında üstün fikirlər təəssüf ki, söyləmək mümkün deyil. Biz lobbiçilik fəaliyyətini xüsusi olaraq genişləndirməliyik. Biz Vətən müharibəsinin gedişində və ondan sonrakı günlərdə lobbiçiliyin nə qədər əhəmiyyət kəsb etdiyinin fərqində olduq. Fransa, Niderland, Lüksemburq, Belçika kimi ölkələrdə bizim lobbiçilik fəaliyyətimizin tamamilə zəif olduğunun və həmin ölkələrin bəzilərində yoxluğunun şahidi olduq. Lobbiçilik bir az Fransada zəif olduğunu göstərdi. Digər ölkələrdə heç bunun şahidi olmadıq. Başqa bəzi ölkələr barədə də bunu deyə bilərik. Mənə elə gəlir ki, ilk növbədə, lobbiçilik fəaliyyətini genişləndirmək, onu gücləndirmək üçün lobbiçilik haqqında qanun qəbul etməliyik. Çünki belə bir qanun yoxdur. Bunun ilk növbədə, qanunvericilik bazasını yaratmağa ciddi ehtiyac var. Digər tərəfdən, unutmaq olmaz ki, vandal, vəhşi bir düşmənlə üz-üzəyik. Xüsusi olaraq, 44 günlük zəfər müharibəsindən sonra ermənilərin bütün dünya səviyyəsində nə dərəcədə geniş şəkildə fəallıqlarının artdığının konkret faktlarla şahidi olmaqdayıq. Fransa, Niderland, Belçika və Lüksemburqda onların qanunvericilik qurumlarının qəbul etmiş olduqları qətnamələr dediklərimizə misaldır. Əgər biz bu ölkələrdə lobbiçilik fəaliyyətimizi yüksək səviyyədə qursaydıq, təbii ki, ermənilərin, erməni diasporasının və onun təsiri altında olan erməni lobbisinin təşəbbüsü ilə müzakirəyə çıxarılan, qəbul edilən həmin qanunların ortaya atılmasına belə imkan verməzdik. Müzakirəyə çıxsa belə, onun qəbulunu mümkünsüz edərdik. Bunun üçün də, dediyim kimi, ilk növbədə, onun qanunvericilik bazasını gücləndirmək lazımdır. Daha sonra bizim Diaspora Komitəmiz və xaricdə fəaliyyət göstərən səfirlərimiz bu baxımdan işlərini yenidən və ciddi şəkildə qurmalıdır. Bizim hazırda deyərdim ki, zəif yerimiz ən çox lobbiçilik sahəsi üzrədir. Buna xüsusi diqqət yetirilməlidir. Yeni təyin olunan xarici işlər naziri Ceyhun Bayramov tam əminəm ki, buna ciddi diqqət yetirib, konkret addımlar atacaq. Ayrı-ayrı ölkələrdəki səfirlərimiz xüsusi tapşırıqlar alacaqlar. Eyni şəkildə Diaspora Komitəmizə rəhbərlik edən sabiq hörmətli həmkarım, həm də hörmətli Ceyhun Bayramov işlərini çox yüksək səviyyədə quracaqlar. Bu iki dövlət qurumunun fəaliyyəti, məncə, öz nəticəsini verəcək və əvvəlki boşluqlar aradan qalxacaq”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01