Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Strateji tərəfdaşlığın yeni mərhələsi

2022-10-07 11:00:18 144 baxış
Xəbər şəkil

Azərbaycan xarici siyasətində ikitərəfli əlaqələrin inkişafını daim prioritet məsələ kimi öndə saxlayır. Qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafında önəmini nəzərə alsaq dövlət başçısı İlham Əliyevin gerçəkləşdirdiyi səfərlərin hər birinin ölkəmizlə bağlı həqiqətlərin təqdimatında rolu özünü daha qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyev sentyabrın 30-da Bolqarıstana rəsmi səfər etdi. 
Səfərin məqsədinin, mahiyyətinin və yekun nəticənin təqdimatı kimi dəyərləndirilən Prezidentlərin mətbuata bəyanatında iki dost ölkənin münasibətlərinin dünəninə baxış əsasında bu günü və gələcəyi barədə aydın təsəvvür yaradan Bolqarıstan Prezidenti Rumen Radev bildirdi ki, cənab İlham Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var.  Birincisi, iki dost ölkə diplomatik münasibətlərinin qurulmasının 30 illliyini qeyd edir. İkinci məqam isə dövlət başçısı İlham Əliyevin səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının olmasıdır.
Diplomatik münasibətlərin 30 illiyi iki ölkə arasında əlaqələrin inkişafı barədə təsəvvür yaradır. Ən əsas imzalanan sənədlərin münasibətlərin yeni mərhələdə inkişafında hüquqi baza rolunu oynadığını nəzərə alsaq bu baxımdan 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının hazırkı münasibətlərdə rolu daha aydın görünər. Prezidentlərin mətbuata bəyanatlarında qeyd edildiyi kimi, bu Bəyannamə həm əlaqələri yüksək səviyyəyə qaldırdı, eyni zamanda, sənəddə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapdı. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Prezidenti onu da bildirdi ki,Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik: “Mən cənab Əliyevə təşəkkür edirəm ki, biz bu məsələyə sadiqlik və əzm sayəsində, vaxtilə imzaladığımız strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında bu gün münasibətlərimizi inkişaf etdiririk.”
Bugünkü yeni geosiyasi vəziyyətdə nəqliyyat təhlükəsizliyi də önəmli məsələlərdəndir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu enerji resurslarından səmərəli istifadə ölkəmizin yeni-yeni əməkdaşlıq təşəbbüslərinə imkanlar açmaqla yanaşı, tranzit ölkə kimi mövqelərinin möhkəmlənməsində də əhəmiyyətli rol oynayır. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirək.  Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylərin, düşünülmüş siyasətin nəticəsidir. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. Dövlət başçısı İlham Əliyev səfər zamanı keçirdiyi görüşlərdə Azərbaycanın transit imkanlarından da bəhs edərək bildirdi ki, ölkəmiz öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq.
Ölkə Prezidenti səfər çərçivəsində Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə də görüşdü. Görüşün bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacağına əminliyini ifadə edən cənab İlham Əliyev, həmçinin Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə məlumatlandırdı. Bu ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığı, Azərbaycanın dost ölkələrin şirkətlərini orada görmək istəkləri bir daha vurğulandı.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin Bolqarıstana səfəri çox zəngindir. Hər bir görüş, müzakirə olunan məsələ əlaqələrin inkişafında yeni mərhələyə doğru atılan addımdır. Diplomatik münasibətlərinin 30 ilini arxada qoyan Azərbaycanla Bolqarıstan strateji tərəfdaşlığın yeni mərhələsindədirlər.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03