Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“XALQ, DÖVLƏT VƏ ORDUNUN BİRLİYİ  ZƏFƏR ÇALMAĞIMIZDA MÜHÜM AMİL OLDU”

2022-09-29 12:09:36 212 baxış
Xəbər şəkil

Fəzail Ağamalı: “İkinci vacib amil ölkə başçısının ortaya qoyduğu vətənpərvərlik nümunəsi idi”

“Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”. Bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib: “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər.

Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz-bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”, - dövlət başçısı bildirib.

Millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, vaxtilə cəmiyyətdə gənclərin vətənpərvərliyi ilə bağlı müəyyən şübhələr olsa da, Vətən müharibəsi göstərdi ki, bu fikirlərin heç bir əsası yoxdur: “Qarabağ işğal edildikdən sonra gənclərin təsir altında düşdüyü, daha çox kosmopolit olduğu, vətənpərvərlik hisslərindən uzaq olduğu deyilirdi. Lakin bu fikirlər cəmiyyətdə həlledici təsirə malik deyildi. Gələcəyə ümid bəsləyən, genetik kodlarımızdan qaynaqlanan vətənpərvərlik hisslərinin daşıyıcıları olan gənclərin daha çox olduğuna inananlar üstünlük təşkil edirdi. Bir neçə fərqli mövqe nümayiş etdirən var idi. Mühafizəkar yaşlı nəsil adət-ənənələrə kifayət qədər əməl edilməməsindən şikayət edirdi. Onların fikirlərində bəzi həqiqətlər olsa da, tamamilə razılaşmaq mümkün deyildi. Qərb tərəfdən milli kimliyimizə, milli mənliyimizə, milli qürurumuza təsir edə biləcək layihələr həyata keçirilirdi. Cənubdan gələn dini kəsim də milli mənliyi daha çox dini düşüncələrlə əvəz etməyə çalışırdı. Lakin hər hansı xalqın dünyagörüşünü formalaşdırmaq, bu və ya digər şəkildə istiqamətləndirmək,  milli kodlara söykənən xüsusiyyətlərini, milli kimliyini tamamilə yox etmək mümkün deyil. Genetik kodların diktə etdiyi şərtlər var, vətənpərvərliyimizi, Vətənə bağlılığımızı aradan qaldırmaq qeyri-mümkündür. İkinci vacib amil ölkə başçısının ortaya qoyduğu vətənpərvərlik nümunəsi idi. Prezident bütün platformalarda, bütün addımlarında özünü ən alovlu vətənpərvər kimi təqdim etdi. Vətən müharibəsində qələbəmizi şərtləndirən ən mühüm amillərdən biri vətənpərvərlikdir ki, bunu ölkə prezidenti 17 il ərzində sözlərlə deyil, atdığı addımlarla hər kəsə aşılaya bildi, gənclərdə formalaşdıra bildi. Eyni zamanda mətbuatda vətənpərvərliklə bağlı aparılan təbliğat öz rolunu oynadı”.

Millət vəkili vurğuladı ki, bundan sonrakı mərhələdə nəinki gənclər, hər kəs diqqətli olmalıdır: “Həm rəsmilər, həm millət vəkilləri, həm də media - bütün səviyyələrdə gənclərə aşılamalıyıq ki, biz müharibədə qalib gəlmişik, lakin müharibə tamamilə başa çatmayıb. Vandal, vəhşi, terrorçu, ayrı-ayrı dövlətlərin əlində maşaya çevrilən Ermənistan kimi qonşumuz varsa, biz ehtiyatı əldən verməməli, onların məkrli planlarını yaddan çıxarmalı deyilik. Prezident Anım günündə gənclərə əmanətin qorunması ilə bağlı çağırış etdi. Şəxsi nümunə ilə uşaq yaşlarından  başlayaraq təhsildə, yaradıcılıqda və s. milli kimliyə bağlılığı, dövlətə sədaqəti aşılamalıyıq. 10 ildən sonra hansı ölkədən bizə qarşı düşmənçilik addımları atılacağını bilə bilmərik. Dövləti gücləndirmək üçün lazımi tədbirlər görülüb, görüləcək də. Lakin biz də atılan addımlara adekvat olaraq fəaliyyətimizi qurmalıyıq. Xüsusilə iki hadisəni yaddan çıxarmamalıyıq: azadlıq uğrunda xalq olaraq birləşdiyimiz, sona qədər mübarizə apardığımız 20 Yanvarı və 200 ildir bizə qarşı düşmənçilik edən, himayəçi dövlətlərin yardımı ilə torpaqlarımızı işğal edən ermənilər üzərində qazandığımız qələbəni, yəni 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfəri. Xalqın dövlət və ordu ilə birliyi, həmrəyliyimiz zəfərin əldə olunmasında mühüm amil oldu”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03