Sədaqət Vəliyeva :Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək .
Deputat Sədaqət Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli şərtlərini Azərbaycan diktə edir. Deputat hesab edir ki, məcburi köçkünlərin geri qayıtması demoqrafik balansı dəyişəcək və belə olan halda Ermənistanın Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək iddiaları qüvvədən düşmüş olacaq.
Faktı yoxla .Sədaqət Vəliyevanın demoqrafik balansın Azərbaycanın xeyrinə dəyişəcəyinə dair iddiasının doğru olub-olmadığını araşdırıb.
Azərbaycan ərazisində demoqrafik balansın etnik ermənilərin xeyrinə olduğu yeganə bölgə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) olub. İşğaldan əvvəl və hazırda Dağlıq Qarabağa bitişik rayonlarda azərbaycanlılar sayca üstünlük təşkil ediblər.
SSRİ-də əhalinin ilk ümumi siyahıya alınması 1926-cı ildə həyata keçirilib. Həmin siyahıya alınmaya əsasən, vilayətdə yaşayan 125 159 nəfərin 111 694-u (89%) etnik erməni, 12 592-u (10%) isə azərbaycanlı olub.
DQMV-nın statusu 1991-ci il noyabrın 26-da ləğv edilib. Həmin vaxtadək Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonlarından ibarət vilayət əhalisinin etnik nisbəti SSRİ-nin 1989-cu il siyahıya almasına görə Şuşa rayonu (92,5 % azərbaycanlı) istisna olmaqla ermənilərin xeyrinə olub.
Belə ki, Dağlıq Qarabağda yaşayan 189 095 nəfər əhalinin 145 450-ni ermənilər (76,91%), 40 688 nəfərini azərbaycanlılar (21,51%), yerdə qalan 2 957 nəfərini isə digər etnik mənsubiyyətli xalqlar təşkil edib.
66 il ərzində keçmiş DQMV ərazisində azərbaycanlı əhali artaraq 21,51%, erməni əhali isə faiz nisbətində azalaraq bölgədəki əhalinin 76.91%-ni təşkil edib