Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Azərbaycan gəncliyi həmrəylik nümayiş etdirdi”

2022-09-27 17:53:37 125 baxış
Xəbər şəkil

Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olan 2020-ci il 27 sentyabr rəşadətli Ordumuzun torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücuma keçdiyi və 44 günlük Zəfər salnaməsini yazmağa başladığı tarixi gündür. İki il əvvəl baş verən bu möhtəşəm hadisə Azərbaycan xalqının əzilmiş qürurunu sağaltdı.

Xatırladaq ki, iki il öncə məhz 44 günlük Vətən müharibəsinin elə ilk günündən etibarən Azərbaycan gənclərinin vətənpərvərlik hissi hər kəsə bir daha məlum oldu. Azərbaycan gəncləri orduya qatılmaq, torpaqların işğaldan azad olunması üçün könüllü olaraq orduya yazıldı. Bütün bunlar onu göstərdi ki, torpaqlarımız uğrunda canından keçməyi üstün tutan vətənpərvər gənclərimiz var. Bu, hər birimiz üçün qürurlu, sevindiricidir və fərəhli bir hiss idi.

Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində hərbi komissarlıqların qarşısına yığışan yüzlərlə gənc, hətta ilk Qarabağ döyüşçüləri müharibəyə getmək istədiklərini açıq şəkildə bəyan edirdilər. Onların bu əzmi, istəyi sayəsində torpaqlarımız əsl sahibinə qovuşdu.

“44 günlük Vətən savaşının ilk günlərindən etibarən ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün…”

İki il əvvəl Azərbaycan gənclərinin müharibəyə könüllü getmək arzusu, istəyi barədə fikir bildirən Gənclər Mərkəzi İctimai Birliyinin İcraçı direktoru Kənan Qubadzadə SİA-ya açıqlamasında qeyd etdi ki, Vətən müharibəsinin başlandığı ilk dəqiqələrdən Azərbaycan xalqı, dünya azərbaycanlıları həmrəylik nümayiş etdirdilər və torpaqlarımızın azad edilməsi uğrunda böyük birlik nümayiş etdirdilər: “44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı”.

Birlik sədrinin sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı.

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan müharibə şəraitində yaşadığından, cəmiyyətimizdə vətənpərvərliyin təbliğatı ən ümdə məqsəd və ən ali vəzifələrindən biri idi: “İşğalçı Ermənistan tərəfindən artıq illərdir elan olunmamış müharibəyə cəlb edilmişdik və nəticə etibarilə, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdı. Əlbəttə ki, belə bir şəraitdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, vətənpərvərlik kimi ülvi və ali bir hissin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdən ən vacibidir. Təbii ki, gənc nəslin buna yiyələnməsi, bütövlükdə, dövlətin ümummilli azərbaycançılıq ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir”.

K.Qubadzadə bildirdi ki, 44 günlük Vətən savaşının ilk günlərindən etibarən ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər etdilər. Xeyli sayda Azərbaycan gənci könüllü olaraq döyüşə qatılmaq istəyirdi: “Xatırladım ki, zamanla gənclərimizin unutqan olduğunu, döyüş, hərbi-vətənpərvərlik ruhlarının olmadığını deyirlər, amma 2020-ci ildə bunun əksi müşahidə olundu, əsl reallıq göründü. Azərbaycan gəncliyinin böyük əksəriyyəti Qarabağın azadlığı üçün döyüşməyə və yeri gəlsə, canını fəda etməyə hazır vəziyyətdə dayandığını bütün dünya gördü. Xatırladım ki, İkinci Qarabağ müharibəsi zamanı gənclər axın-axın cəbhə bölgəsinə döyüşə getmək üçün meydanlara çıxdı. Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Bu bir daha göstərdi ki, xalqımız mübarizə əzmindədir və Ali Baş Komandanın əmrini gözləyirdi”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03