Salyanda sahibsiz itlər şəxsi təsərrüfatda qoyun_quzulara hücüm çəkərək 3_nü yaralayıb ,7_sin parçalayib.
Yeni ilin ilk günləri Salyan rayonunun Yenikənd kənd sakini Əli Nəhmədov üçün uğursuz olub. Belə ki, evdə kimsənin olmadığı bir vaxtda həyətyanı sahədəki yoncalıqda otlayan qoyun-quzular qəfil sahibsiz itlərin hücumuna məruz qalıb. Təsərrüfat sahibi axşam saatlarında evə qayıdan zaman qoyun-quzuların parçalanıb yaralandığını görüb və özü də şok anlar yaşayıb.
Əli Nəhmədov-təsərrüfat sahibi…10 baş heyvan itlər tərəfindən parçalanıb. Onun 7 başı gördüyünüz kimidir. 3 başı da artıq itlər tərəfindən götürülüb. Bu hal təsərrüfatdadəfələrlə baş verib. Aidiyyati orqanlardan xahişimiz odur ki, ən azından bubarədə tədbir görülərdi də.
Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Salyan rayon baytarlıq idarəsinin Yenikənd kəndindəki sahə həkimi gəlib.
Elşad Mirzəyev-sahə baytar həkimi…oların qalmaq ehtimalı yoxdu. Amma mən yenə də öz işimi yerinə yetirmək üçün quduzluğa qarşı vaksin vurdum.
Qeyd edək ki, sahibsiz itlərin parçalayaraq öldürdüyü heyvanların cəsədləri dərmanlanaraq kəndin kənarındakı boş ərazidə basdırılıb. Şəxsi təsərrüfatda isə dezinfeksiya işləri aparılıb.