İlk Bayramdıki,nə üzüm gülür nə danışıram
İlk bayramdır ki, nə üzüm gülür, nə danışıram. İnanın ki, arada bayram belə yadımnan çıxır. Evimdə nə yolka qurmamışam, nə bayram hazırlıqları heç biri. Dünəndə daxil olmağla 3 gün 128 şəhid və qazi ailələrində olduq. O ailələrin, şəhidlərimizin evində mən ancaq susurdum. Hər yerdə danışmağı, fikir bildirməyi sevən mən, susurdum. Şəhidimizin şəklinə baxıb fəxr edirəm, qürur hissi bürüyür məni ancaq, valideyinlərinə, övladlarına baxıb göz qaçırıram dilim söz tutmur. Biz onlara istədiklərini verə bilmərik. Ancaq yanlarında ola bilərik. Qayğı diqqət göstərə bilərik. Onlar kimi bayramı unuda bilərik. Övladlarının dərdinə şərik ola bilərik. Analarımızın fəryadı qarşısında bayram qeyd etmək yaraşmaz bizlərə. Övladlarının ata həstəri ilə axan göz yaşlarına qarşılıq biz gülərək sevinə bilmərik.. Mənim üçün bu gün bayram abu havası yoxdur. Sabahda olmuyacaq. Bu günlərdədə bir olaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ailələrinə səbr versin. Amin!
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərtər rayon İNK-nın rəhbəri :
Nəcmiyyə Zeynalzadə