Həkimlərimiz də bu günlər ərzində az əziyyət çəkmədillər.

44-günlük müharibənin stressini hamımız birlikdə çəkib dualarımızı etdik. Çox şükür bitdi, artıq rahat həyatda yaşadığımız üçün şükürlər edə bilirik. Prezidentimizə, ordumuza nə qədər təşəkkür etsək azdır. Biz o stressimizi azda olsa bir kənara ata bildik, rahat nəfəs ala bildik, gecələri yata bilirik. Səhərdə günümüzə davam edə bilirik. Həkimlərimiz də bu günlər ərzində az əziyyət çekmədilər. Xəstəxanalara gələn qazilərə qulluq etmək, onların qeydinə qalmaq. Onlarla birlikdə ağrını, acını hiss edən həkimlərimizdə var..
Bu yaxınlarda dayanacaqda marşurt gözləyirdim, tanımadığım 2 şəxs Salyandakı yaralı hərbiçilərimizdən və ordakı həkimlərdən danışarkən təsadüfən dinləməli oldum...
Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şəbəsinin müdürü həkimi İlqar Ağabəyov ordakı yaralı əsgərlərimizin hər birinin dərdini dinləyib, onlara atalıq, qardaşlıq etdiyini deyirdilər... Xanım danışır "Əsgərlər nə istəyirsə doktor alıb gətirir, yada kiməsə pul verib aldırır. Əsgərlərin orda şkafları var, onlara şirniyyatlar, konfetlər nə lazım olsa alıb yığır ora... Bizimdə uşaq orda idi. Başından zərbə almışdı, deyirdi ana həkim heç bilmirdi ki, mən Salyanlıyam qoymurdu bizi darıxmağa. Bizimlə söhbət edirdi saatlarla. Elə hər gələndə sual verirdi nə istəyirsiniz?? Ağrılarımızı onun xoş təbəssümü ilə itirirdik..."
Dedi! Və marşurtum gəldi mən getməli oldum. Fikirləşdim ki, yazaram həkimdən fikirlərimi. Bilməyənlərə də belə həkimlərimizin olmağını bildirərəm. Gün gəldi təsadüfən getdik həmin şöbəyə əsgərlərimiz üçün axşam yeməyi aparmışdıq. Onlarla hal-əhval tutdum ki, vəziyyət necədir? Nəyə ehtiyacınız var? Nə problemizin var? Deyin bacardığımız qədər kömək edərik... Əsgərlərin hamısının cümlələri fərqli olsada mənaları eyni oldu.
"Heçnə lazım deyil."
"Hər şey qaydasındadır."
"Problemimiz burdan tezliklə çıxmaqımızdır"
"Həkimimiz bizə yaxşı baxır, tezliklə cəbhəyə qayıdacıq" kimi cümlələrlə cavabımı verdilər.
İlqar həkim də dillərindən düşmürdü, cümlənin başlanğıcı həkim haqqında nələrsə danışmaq idi...
Bizdə İlqar həkimə minnətdarıq, ondan ötəri ki, anaların gözü yaşlı, övladları atasız, yarılarını, yarsız buraxmadı...
Dovletinfo.az sayıtı olaraq,
İlqar həkimin timsalında bütün həkimlərə təşəkkür edirik! Onların əllərindən öpürük. Möcüzəmiz siz həkimlər oldu!
Allah bütün şəhidlərimizə rəhmət etsin. Məkanları cənnət olsun!