Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ətraf mühitin mühafizəsinə dövlət qaygısı

2022-09-23 14:09:27 183 baxış
Xəbər şəkil

 

… İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Yeni əsrin başlanğıcında bəşəriyyətin qarşısında duran ən vacib məsələlərdən biri ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onun ilkin vəziyyətinin gələcək nəsillər üçün mühafizə olunmasıdır. Bu məsələlərin daim diqqətdə saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Əlbəttə, bu təsadüfi deyil, çünki söhbət insanların sağlamlığından gedir. Yer üzündə əhalinin sürətlə artması, yeni-yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini bilavasitə göstərir. Bununla belə elmi texniki inqilab bir tərəfdən əhalinin təbiətdən asılılığını azaldır və onların təbii ehtiyatdlardan istifadəsini asanlaşdırır. Digər tərəfdən isə elmi texniki tərəqqinin nailiyyətlərindən səmərəli istifadə edilməməsi ekoloji tarazlığı müəyyən qədər pozur. Məsələn, hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, bitki və heyvan növlərinin sayı azalır. Göründüyü kimi təbiətlə harmonik münasibət qurulmadıqda əlavə problemlər yaranır. Bütün bunlar tələb edir ki, təbiətin mühafizəsi sistemli aparılmalıdır. Yəni, təbiətə və onun sərvətlərinə laqeyd baxanlara qarşı ciddi mübarizə aparmaq üçün təbiətə münasibətdə ekoloji maarifləndirmə işi mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə sahəsində bir sıra normativ aktlar qəbul olunmuşdur. Şübhəsiz, bunlar təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində çox mühüm addımlardandır. Xüsusilə də, Ümummilli liderimiz Heydər Əliyevin bununla əlaqədar imzaladığı bir çox sərəncamlarında təbiətə və ətraf mühitə qayğının davamlı təzahürlərini görürük. Bunlara onun “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə fərmanı, “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanaqlı, sosial-iqtisadi inkişafa dair Milli Proqram” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ının təsdiqi barədə sərəncamlarını misal göstərmək olar.
Bu gün bəşəriyyət bioloji müxtəlifliyin getdikcə azalması, iqlim dəyişmələri, ozon qatının dağılması, hidrosferin çirklənməsi, turş yağışlar və s. bu kimi qlobal ekoloji problemlərlə üz-üzədir. Bütün dünyada olduğu ki, ölkəmizdə də ekoloji problemlərlə mübarizəyə böyük diqqət yetirilir, onların mütərəqqi həlli yolları axtarılır.
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində bir sıra nəzərəçarpacaq işlər artıq həyata keçirilmiş və bu istiqamətdə zəruri nailiyyətlər əldə olunmuşdur. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin gördüyü inzibati və maarifləndirici tədbirlər artıq öz bəhrəsini verməkdədir.
Son zamanlar Gürcüstan və Ermənistan ərazisindən birbaşa su hövzələrinə atılan məişət tullantıları və sənaye müəssisələrin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrinin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmaqdadır.
Ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablar və polietilen torbalarla bağlı tullantılarıdır. Xatırladaq ki, 1960-cı illərdə məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faiz təşkil etdiyi halda, hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və su hövzələrini çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik məmulatlar istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.
Plastik məmulatların istehsalının belə sürətlə artması plastik tullantıların, daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması tempinin azaldılması istiqamətində mühüm addımlar atılır.
İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Belə ki, plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol A maddəsi təşkil edir. “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.
Araşdırmalar göstərir ki, hər il 500 milyard plastik boru istehsal edilir…
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlərin görülməsi zəruridir.
Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.
Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam da imzalayıb.
Bü gün atmosferin çirklənməsi də əsas ekoloji problemlərdən biridir. Belə ki, atmosferin çirklənməsi sənaye, nəqliyyat və s. sahələrdə çox böyük həcmlərdə müxtəlif yanacaq növlərindən istifadə ilə əlaqədardır. Bu sahələrdən hər il havaya 20 milyard tondan artıq bərk və qaz halında hissəciklər daxil olur. Mineral yanacağın və müxtəlif növ tullantıların yandırılmasından əmələ gələn karbon turşusu və sulfidli qaz atmosferi daha çox çirkləndirir. Bütün bunlar atmosferin temperatur rejiminə, optik xassələrinə ayrı-ayrı regionların hava şəraitinə mənfi təsir edir. Tədqiqatçılar sulfidli qazların turş yağışlar əmələ gətirməsini yaxşı bilirlər. Avropa və Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri, şirin su hövzələrindəki canlı aləmi məhv edir, kənd təsərrüfatı məhsullarının keyfiyyətini və məhsudarlığını aşağı salır. Ona gərə də atmosferin mühafizəsi ən vacib ekoloji məsələlərdən biri hesab edilməlidir. Çünki, atmosfer yerdə həyatın yaranması və inkişafını təmin edən əsas amillərdən biridir. Atmosfer hər şeydən əvvəl tənəffüs üçün canlı orqanizmlərə lazımdır. Əgər insan qidasız 60 gün, susuz 6-7 gün qala bilərsə, havasız 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer yerdə qaz dövranının, enerji və maddələr mübadiləsinin həyata keçirilməsində də ardıcıl rol oynayır, rütubət dövranını təmin edir. Atmosferin fiziki və kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilk növbədə insanların sağlamlığının, yaş həddinin və iş qabiliyyətinin azalmasına səbəb ola bilər.
Bütün bunlardan qaçmaq üçün istehsalat texnologiyasının təkmilləşdirilməsi həlli vacib məslələrdəndir. Belə ki, texnoloji cəhətdən müasir avadanlıqlar havaya zərərli maddələrin daxil olmasının qarşısını alır. Bununla yanaşı, yaşıllıqlar da atmosferin tənzimlənməsində mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ilə 18 mln kub metr havanı zəhərli maddələrdən təmizləyir və 10-20 tona yaxın karbon qazı udur. Eyni zamanda onu da qeyd edək ki 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur ki, bu da saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Doğurdan da ətraf mühitin mühafizəsində, ekoloji tarazlığın pozulmasının qarşısının alınmasında, atmosfer havasının çirklənmələrdən qorunmasında meşələrin rolu əvəzsizdir.
Atmosferin çirklənməsinin qarşısını almaq üçün maarifləndirici tədbirlər də çox böyük əhəmiyyət kəsb edir. Hər il respublika ərazisində “Təmiz hava aylığı” nın keçirilməsi məhz bu məqsədə xidmət edir.
Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibələrdir. Müharibələr nəticəsində çoxlu insan tələfatı ilə bərabər, ətraf mühitə, təbiətə, xüsusilə də biomüxtəlifliyə və su hövzələrinə çox ciddi ziyan dəyir.
Məlum olduğu kimi dünyada su qıtlığı özünü qabarıq şəkildə göstərir. Təbii ki, bu ilk növbədə israfçılığın nəticəsidir. İçməli su mənbələri getdikcə tükəndiyinə görə insanların yaşaması üçün çox ciddi problemlər yaranır. Axı su həyat mənbəyidir. Əgər biz suya olan gündəlik tələbatı bildiyimiz halda israfçılığa yol veririksə, tullantıları dənizə, çaylara atırıqsa, heç şübhəsiz bu da orada yaşayan canlı orqanizmin, bitki örtüyünün məhvinə, getdikcə su mənbələrinin tükənməsinə, daha doğrusu, nəticə etibarı ilə su qıtlığına gətirib çıxarır. Bunun qarşısını almaq üçün müasir texnologiyalar hesabına sutəmizləyici qurğulardan istifadə edilməsinə böyük ehtiyac duyulur.
Azərbaycanda su ehtiyatlarının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir vətədaşı üçün ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 saylı sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” bu məqsədə hədəflənmişdir.

Qeyd edək ki, ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı yuxarıda qeyd etdiyimiz problemlərin həllində mühüm rola malikdir. Belə ki, sözügedən qərarda su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına, atmosfer havasına çirkləndirici maddələrin atılmasına, tullantıların yerləşdirilməsinə görə ödəniş normativlərin tətbiqi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, bundan əvvəl bu ödənişlər cüzi miqdarda idi. Elə buna görə də, Nazirlər Kabinetinin yeni qərarında ödəniş normativlərinin artırılması zərurəti yarandı. Təbii ki, bu qərar qısa müddətdə öz səmərəsini göstərməli, idarə və müəssisələrin rəhbərləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin qərardan irəli gələn vəzifələri, göstərişləri rəhbər tutmalı və fəaliyyətlərini bu tələblərə uyğunlaşdırılmalıdırlar. Təbii ki, bu, nəticə etibarı ilə ətraf mühitin qorunmasına və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə gətirib çıxaracaqdır. Elə buna görə də, Nazirlər Kabinetinin bu yeni qərarı yerlərdə böyük ruh yüksəkliyi və razılıqla qarşılanıb.
…Bəşər övladı yarandığı gündən təbiətlə həmahəng yaşayıb, həyatını onunla təmasda, ünsiyyətdə qurub. Başqa sözlə desək, insan zaman-zaman təbiətin bir parçası olaraq inkişaf edib, formalaşıb. Bəlkə biz ona görə də təbiətə ana demişik. Onu müqəddəsləşdirmiş, əziz tutmuşuq. Amma təəssüf ki, illər və qərinələr uzunu ana dediyimiz təbiətə qənim kəsilənlər də var. Belə laqeyd insanlar bir qayda olaraq təbiətin nemətlərini talamış, ehtiyatlarını, resurslarını tükətmişlər. Ona görə də, indi təbiəti və ətraf mühiti qorumağa həmişəkindən daha çox ehtiyac duyulur.

Fəxrlə qeyd etməliyik ki, ölkəmizin başçısı bu sahədə dünyanın ən ali mükafatına layiq görülmüşdür. Biz də öz fəaliyyətimizlə möhtərəm Prezidentimiz İlham Əliyevin etimadını doğrultmalı, təbii sərvətlərimizi bir əmanət kimi qoruyub gələcək nəsillərə çatdırmalıyıq.

 

Bəxtiyar Hüseynov

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional ETSİ-nin əməkdaşı.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03