Ərdoğan 2008-dən bəri ilk dəfə İsrailin Baş naziri ilə görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda İsrailin Baş naziri Yair Lapidlə görüşüb.
Görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.
Baş nazir Yair Lapid Ankara ilə əlaqələrin bərpasını alqışlayıb.
Görüş İsrailin baş naziri ilə Türkiyə lideri arasında 2008-ci ildən bəri ilk görüş olub və bu, on ildən çox donmuş əlaqələrdən sonra ölkələrin tam diplomatik münasibətlərə doğru addım atdığını göstərən bir il davam edən prosesin zirvəsi hesab edilir.
Görüş iki liderin telefon danışığından cəmi bir ay sonra baş tutub və İsrailin fələstinlilərə münasibəti ətrafında illərlə davam edən antaqonizmə son qoyaraq əlaqələrin tam bərpası və səfirlərin bir-birinin paytaxtlarına qaytarılması ilə bağlı razılığa gəliblər.