Millət Vəkili Əli Məsimli: Büdcə Məcəlləsinin qəbul edilməsini vacib sayırıq
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun məlumatı
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında komitə sədrinin müavini, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin çıxışının bəzi məqamları mətbuatda dəqiq verilmədiyindən, həmin çıxışın məğzini və əsas məqamlarını təqdim edirik:
44 günlük Vətən Müharibısindəki qələbəmizin məntiqi diqtə edir ki, postkonflikt mərhələsində də biz hərbi sahə ilə yanaşı, iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə rəqabətqabiliyyətli olmalıyıq. Bu kontekstdə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında yer alan “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” formalaşdırmaqdan ötrü real sektoron inkişafına əlavə təkan vermək və bundan ötrü digər şərtlərlə yanaşı, həm də səmərəli fəaliyyət göstərə bilən hüquqi baza formalaşdırmalı və Rəqbət Məcəlləsinin qəbulu tezləşdirilməlidir.Real sektorla yanaş ikinci vacib sektor kimi maliyyə sektorunun fəaliyyətinin səmərəliliyinin artırılmasının istiqamətində təsirli tədbirlər görülməlidir. Maliyyə sektorunun əksər hissəsi daha çox banklarla bağlıdır. Soyğuncı faiz dərəcələri aşağı salınmasını,bankların real sekrorla əlaqəsini gücləndirmkdən ötrü təsirli tədbirlər görülməsini,o cümlədən, Bank Məcəlləsinin qəbul edilməsini vacib hesab edirik.Eyni zamanda dövlət maliyyəsinin hər manatından,Neft Fondunun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasının hüquqi bazasını möhkəmləndirməkdən ötrü Büdcə Məcəlləsinin qəbul edilməsini vacib sayırıq.Üçüncü blok isə sosial məsələlərin tənzimlənməsi ilə bağlıdır. Bu sahədəki qanunların bir hissəsi Əmək və sosial siyasət komitəsinə, bir hissəsi isə bizim komitəyə aiddir.Qanunvericilik sənədlərdə yaşayış minimumu anlayışı havada asılı vəziyyətdədir.Ehtiyac meyarı göstəricisi isə yaşayış minimuna yaxınlaşır və onun yaşayış minimunu göstəricisi ilə əvəzlənməsi çox zəruridir.Bununla əlaqədar biz bu sahədə bir neçə qanuna dəyişiklik hazırlamışıq.Yaşayış minimumu, minimum əməkhaqqı və ehtiyac meyarı ilə bağlı hər zaman qaldırdığımız məsələləri müvaqfiq qanunlara dəyişilkliklər formasında təqdim edəcəyik.