Tibbi yardımla həyatda qala biləcəy insanların ölümünü yol verilməzdi _DOKTOR Turanə Rəsulova
Mən bir həkim və bir azerbaycanlı kimi ölkəmdəki vəziyyətdən narahatam.
Azərbaycandakı Dövlət xəstəxanalarının Reanimasiya yataq və personel sayı mövcud sayda COVİD xəstəsi baxmaq üçün yetərsizdi. Bu TƏBİB-in günahı deyil. 1 il ərzində bundan artığını etmək, bu şərtlərlə mümkün olmazdı zatən.
Bir çıxış yolu görürəm:
Özəl xəstəxanalarda COVİD servisləri ve Reanimasiyaları açılmalıdır. Bu, özəl xəstəxanalar bütövlükdə COVİD baxacaq demək deyil. Bunun qaydaları var - qırmızı sahə, mavi sahə, yaşıl sahə ayrılır. COVİD xəstələriylə digərləri tamamilə təcrid olunur, amma bununla COVİD xəstəsi baxma kapasitesi(tutumu) xeyli artmış olur.
COVİD xəstələrinin bütün xərcləri dövlət tərəfindən qarşılanmalı, özəl xəstəxanalarda müalicə alan xəstələrin də bütün xərcləri dövlət tərəfindən özəl xəstəxanalara ödənməlidir. Bu barədə Türkiyə təcrübəsi mövcuddu və onun eynisini biz də ölkəmizdə tətbiq edə bilərik.
Bu məsələnin ictimailəşməsi lazımdır. Bütün mediadan bu mövzuda dəstək gözləyirəm.
COVİD-lə mübarizədə də Cənab Prezidentin dediyi kimi "Dəmir Yumruq" olmaq lazımdı.
Bu xalq Vətən üçün canından keçdi tərəddüd etmədən. Səhiyyəmizin xalqın canını qorumaq borcudur, öhdəliyidir.
Emin Xuduyev