Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fəzail Ağamalı: “Qərbi Azərbaycan icmasının üzərinə çox böyük bir missiya düşür”

2022-09-08 23:05:32 239 baxış
Xəbər şəkil

Qərbi Azərbaycan İcması yeni inzibati binaya köçüb. İcmanın yeni binası Şuşa İcra Hakimiyyətinin Bakının Nərimanov rayonu ərazisindəki uzun müddət istifadəsində olmuş  təmirli binadır.

Musavat.com-a çatan məlumata görə, Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılışı və təşkilatın prezentasiyası yaxın günlərdə həyata keçiriləcək.

Qərbi Azərbaycan İcması Qarabağda yaşayan erməni icmasının və onun üzərindən erməni diasporunun status oyunlarına qarşı təşkil olunmaqdadır. Ermənilərin beynəlxalq arenada qaldırdığı və qaldırmaqda davam edəcəyi gedişlərə identik siyasi gedişlər baxımından bu plan çox mükəmməldir. Eyni zamanda Azərbaycana imkan verir ki, ölkəmiz də ermənilərlə eyni arenada və daha güclü səslə, daha böyük əsaslarla status məsələsi və iddiası qaldırsın. Əgər dünya erməniliyi 25-30 min erməni üçün status iddiası qaldırırsa, o zaman Azərbaycan da 3 milyona yaxın qərbi azərbaycanlı üçün eyni qaydada status iddiası ilə çıxış edəcək. Göyçəyə, Zəngəzura, İrəvana status istəməmiz üçün əlimizdə bütün imkanlar və sübutlar var. Bir sözlə, “Qərbi Azərbaycan İcması Azərbaycanın strateji maraqları və həm də gələcək önəmli iddiaları üçün qurulmaqdadır. Təşkilata hazırda millət vəkili Əziz Ələkbərli rəhbərlik edir.  İcmanın olduqca məşhur üzvləri var. 20-dən yuxarı millət vəkili, yüzlərlə alim və ziyalılar, iş adamları, jurnalistlər, sadə vətəndaşlar bu təşkilatın özəyini təşkil edirlər.

Onlardan biri - Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsindən sonra qarşıya qoyduğu başlıca hədəflərdən biri də Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarımıza qayıtmasıdır. Bunu cənab Prezident açıq şəkildə ifadə edib və kifayət qədər bu vəzifənin qarşıya qoyulmasının hüquqi, tarixi əsasları, kökləri var: “Ermənilər həmin tarixi ərazilərə on doqquzuncu əsrin iyirminci illərindən sonra Rusiya İmperiyası tərəfindən İrandan və Türkiyədən köçürülüblər. Eyni zamanda Azərbaycanın indiki Dağlıq Qarabağ ərazisinə də köçürülmə həyata keçirilib. Tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ermənilərin bu və ya digər şəkildə tarixi kökləri olmayan bir ulu yurdumuzdur. Ona görə də artıq dünyada gedən proseslər, dünya nizamının yenidən qurulması, geosiyasi və geoiqtisadi proseslərin fərqli durumda özünü ifadə etməsi, bütün bunlarla bərabər 44 günlük Vətən müharibəsinin nəticələri bizə tamamilə əsas verir ki, artıq Qərbi Azərbaycan torpaqlarına qayıtmaq prosesini sürətləndirək. Bu baxımdan son vaxtlar Qərbi Azərbaycan əsilli insanların daha aktiv şəkildə, daha açıq formada KİV-də həmin torpaqlara qayıtmaqla bağlı fikirlərini ifadə etməsi, bu məsələnin aktuallaşdırılması göstərir ki, bu məsələ millətimizin sosial sifarişinə çevrilib. Biz o torpaqlara qayıtmalıyıq. Bu, birmənalıdır. Hadisələrin gedişi də göstərir ki, bunun üçün artıq əlverişli şərait yaranmaqdadır. Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Ukrayna bataqlığından çıxmaq imkanlarının son dərəcə məhdud olması, dünyanın aparıcı dövlətlərinin bu gün Rusiyaya qarşı tutduğu mövqenin yaratdığı bir durumda Ermənistan daha çox Fransa və ABŞ-la əlaqələrini qurmağa və onların himayəsinə keçməyə çalışır. Zamanında Rusiya imperiyasının geopolitik layihəsi olan Ermənistan çıxılmaz bir durumdadır. Əhali sürətlə Ermənistandan köçür. Ermənistan dövlətində demoqrafik böhran da hökm sürür. Bu cür taleyi yaşayan dövlətlər tarix səhnəsindən silinib gedir, yaşamaq imkanları sadəcə olaraq möcüzə ola bilir. Ermənistan dövlətinin bu şəkildə buxarlanmasına və yox olmasına hər hansı bir möcüzə ilə mane olmaq mümkün olmayacaq. Belə bir vəziyyətdə eyni zamanda Qərbi azərbaycanlıların artıq təşkilati və hüquqi baxımdan addımlar atması tamamilə doğrudur və hüquqi, siyasi, tarixi əsaslara söykənir. Qərbi Azərbaycan İcması da bu yolda atılan mühüm addımdır. Mənim də daxil olduğum Qərbi Azərbaycan icmasının üzərinə çox böyük bir missiya düşür. Biz tarixi torpaqlarımıza qayıtmaq haqqında iradəmizi birmənalı şəkildə ortaya qoymalıyıq”.

F.Ağamalı qeyd etdi ki, Qərbi Azərbaycanlıların iddiası tamamilə beynəlxalq hüquq normalarına söykənən, tarixi faktlara əsaslanan istəkdir: “Əsrlər boyu ulu babalarımızın yaşadığı torpaqlara qayıtmaq bu günü bizim qarşımızda duran ən müqəddəs vəzifədir və bunun üçün artıq proses gedir. Tamamilə əminəm ki, yaxın zaman kəsiyində bu proses böyük bir hərəkata çevriləcək. Eyni zamanda təkcə hazırda 50 yaşdan yuxarı nəsillər deyil, əsli kökü Qərbi Azərbaycan torpaqlarından olan hər bir kəsin də o torpaqlara qayıtmaq üçün əsasları var. Oranın tarixi Azərbaycan torpaqları olduğunu gündəlikdən çıxarmalı deyilik. Artıq tarixi ədalətin bərpa olunması yetişir”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03