Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Xüsusi təyinatlı hərbçi Şuşanı azad etmək barədə: “Ermənilərin bu heç ağlına gəlmirdi...” - MÜSAHİBƏ

2020-12-19 14:35:18 220 baxış
Xəbər şəkil

Dekabrın 18-də keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın azadlığı uğrunda Vətən müharibəsindən bəhs etdi. Şuşa şəhərinin azad edilməsindən sonra erməni ordusunun hər hansı müqavimətinin tamamilə mənasız olduğunu, hərbi əməliyyatların davam etdirilməsinin böyük insan itkisinə səbəb ola biləcəyini vurğuladı.

Şuşa uğrunda döyüş İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq epizodlarından biri oldu. Ermənistanda hələ də Azərbaycan ordusunun şəhəri necə azad etdiyini anlaya bilmirlər. Onlar gah Türkiyə qoşunlarının döyüşlərdə iştirak etdiyini, gah da Şuşanın sadəcə olaraq “satıldığını” söyləyirlər. Erməni cəmiyyəti 300-400 xüsusi təyinatlı qüvvəmizin qədim Azərbaycan şəhərini azad etdiyinə inana bilmir.

Bu gün Media.Az  həmin xüsusi təyinatlılardan biri - Kənan Sultanovla söhbət edib.

- Şuşanı və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş digər şəhər və kəndlərini azad edərkən qürur, sevinc və böyük məsuliyyət hiss edirdik. Mənim üçün Azərbaycanın hər qarış torpağı doğmadır və Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut, Xudafərin, Hacıkənd və Şuşa şəhərinin azad edilməsində iştirak etdiyimə görə xoşbəxtəm.

Çətin idi, döyüşlərdə dostlarımızı itirirdik, amma işğalçılardan azad olunan hər rayonda hədəfə - Şuşaya yaxınlaşdığımızı hiss etdik. Bizi Şuşaya qələbəyə sarsılmaz inam və Allahın köməyi apardı. Bu inamla hücuma keçdik və şəhəri azad etdik.

- Siz ilk gündən vuruşmusunuz?

- Bəli, 44 gün ərzində bütün bu rayonlarda vuruşdum. Yeri gəlmişkən, ana qohumlarım Zəngilan rayonundandır (Akara stansiyası). Babam Məhərrəm Məmmədov həmişə ora qayıtmağı arzulayırdı, amma təəssüf ki, doğma yurdunu görmədən dünyasını dəyişdi. Ancaq anama söz verdim ki, onu, nənəmi və dayımı mütləq Zəngilana aparacağam.

- Şuşaya yürüşü 40 kiloqram ağırlığında avadanlıqla etdiyiniz doğrudur?

- Xeyr (gülümsəyir). Avadanlıqlarımız 40 kiloqramdan daha çox idi. Bura doqquz kiloqramlıq güllə keçirməyən jilet, silah, həmçinin paltar, su, yataq dəsti, dərman kimi zəruri əşyaların saxlandığı bel çantası daxildir. Beləliklə, avadanlıq 45-50 kiloqram arasında olurdu. Bu ağır yüklə günlərlə dağlardan, meşələrdən və dərələrdən keçdik.

- Ümumiyyətlə orada neçə nəfər idiniz və Şuşaya necə çatdınız? Sizin peyda olmanız erməni hərbçiləri üçün sürpriz oldumu?

- Xüsusi təyinatlılardan 300 nəfər idik. Düşmən üçün hücumumuz böyük sürpriz oldu. Onlar bizim əsas yoldan hücum edəcəyimizə inanırdılar, ancaq 7-8 gün ərzində, xüsusən gecələr, Xankəndidən keçən yolla düşmənin dərinliyinə nüfuz etdik. Ermənilərin bu heç ağlına gəlmirdi.

- Yaralandığınızı bilirəm. Bu necə oldu?

- İlk güllə yaramı Xankəndidən Şuşaya gedərkən yüksəkliklərin birində aldım. Ancaq o zaman heç bir şey hiss etmədim. Mövqeyi dəyişdirərkən budumdan ikinci güllə yarası aldım. Sonra daha bir güllə baldır nahiyəmə dəydi. Bir snayper mənim üçün işləyirdi (məni vurmaq üçün-red).

Yaralanandan sonra mən irəlilədim və kəşfiyyat dəstəsində Qazax rayonundan silahdaşım Tural Musayevi gördüm, o da ayağından ağır yaralanmışdı. Tanklardan və piyadaların döyüş maşınlarından bizə atəş etdikləri tərəfə qayıtdım, 200 metr aşağı - dərəyə endim. Yaralı yoldaşımı və silahını götürdüm.  Dırmaşmağa başladığımızda biz minaatanla atəşə tutulduq, artilleriya minası partladı. Partlayış dalğası bizi 6-7 metr uzağa atdı, qayaya dəydik, huşumu itirdim.

Özümə gəldikdən sonra yoldaşımın yanına sürünərək onu yenidən çiyinlərimə qaldırdım və silahından istifadə edərək yenidən Şuşaya qalxdıq.

Orada, villada (erməni futbolçu Mxitaryana məxsus olduğunu deyirlər) yaralı Turalı təhlükəsiz yerdə qoydum, özümə ilkin tibbi yardım göstərdim. Bundan sonra şəhərin təmizlənməsi əməliyyatına qoşulmaq üçün şəhərə qayıtdım.

Şuşada iki gün döyüşdüm, ayağımı jqutla (rezin lentlə) bağladım, özümə ağrıkəsici dərmanlar vurdum. Noyabrın 8-də müqəddəs bayrağımızı ucaltdıq, Azərbaycanın himni və Azan səsləndi.

Noyabrın 9-da vəziyyətim pisləşdiyi üçün təxliyyə olundum. O zamana qədər döyüş əməliyyatları artıq bitmişdi. Düzdü artilleriya atəşləri davam edirdi, ancaq erməni hərbçiləri artıq şəhərdə deyildilər.

Noyabrın 11-də məni Hadruta gətirdilər, oradan Füzulidəki mərkəzi xəstəxanaya göndərildim, burada budumdan güllə çıxarıldı. Vəziyyətim yaxşılaşmadı və məni Bakıya çatdırdılar. Burada dörd gün xəstəxanada qaldım. Yəni yaralandığım gündən Bakıdakı xəstəxanaya çatana qədər səkkiz gün keçdi. Burada güllənin birinin çıxarılmadığı, 4 santimetr dərinlikdə olduğu ortaya çıxdı, buna görə ikinci dəfə əməliyyat edildim. İndi yaxşıyam, bölməmə qayıdıram (gülür).

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01