Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Məni tənqid edənlər Azərbaycan dövlətçiliyini istəməyənlərdir” - Fəzail Ağamalı

2022-09-04 10:22:46 273 baxış
Xəbər şəkil

“18 faizlik ƏDV kifayət qədər böyük rəqəmdir. Məncə, bu rəqəmi aşağı salıb, 3-4 faiz etmək olar”.

Bu sözləri News24.az-ın “millət vəkilinə 5 sual” rubrikasının növbəti qonağı olan millət vəkili Fəzail Ağamalı deyib.

Müsahibəni təqdim edirik: 

- Fəzail müəllim, gəlin, əvvəlcə Brüssel görüşündən başlayaq. Bu görüşdən hansı nəticələri gözləyirsiniz?

- ATƏT-in Minsk qrupu hər zaman ermənilərin yanında olduğu üçün onlar hesab edirdilər ki, Avropa İttifaqı da eyni mövqeni nümayiş etdirəcək. Lakin bu, olmadı. Danışıqların detalları tam bəlli olmasa da, ümumən Azərbaycan qarşısına qoyduğu məqsədə nail olub. İlk şərtlərdən biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsidir. Daha sonra status məsələsi müzakirə mövzusu deyil. Müzakirələrdə, bəyanatda Paşinyan və Mişel tərəfindən bu məsələ dilə gətirilmədi. Sülh sazişi ilə bağlı artıq irəliləyiş var. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişinin mətninin hazırlanması ilə bağlı tapşırıq verildi. Bu, çox böyük uğurdur. Noyabr ayında görülən işlərlə bağlı Brüsseldə şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın Baş nazirnin görüşü keçiriləcək. Həmin görüşdə sülh sazişinin ayrı-ayrı detalları müzakirə oluna bilər. Görüşdəki fotodan da aydın oldu ki, Paşinyan çox rəzil bir vəziyyətdədir. Bədən dili də onun sınmış, məğlubedilmiş vəziyyətdə olduğunu izah edirdi. 

- Sizcə, mövcud şəraitdə ermənilər Azərbaycan qanunlarını qəbul edib, torpaqlarımızda yaşayacaqlar?

- Ermənilər bu torpaqlarda qalmayacaq. Ermənilər Qarabağdan köçüb gedəcəklər. Bu köç artıq başlayıb. Ermənilərin 50 yaş altında olan insanlarının mütləq əksəriyyəti yaxın 1 il ərzində köçüb gedəcək. ən yaxşı halda Qarabağda yaşlı insanlar qala bilər. Belə olan halda sülhməramlıların da Qarabağda qalmasına və ya əlavə postları qurmalarına ehtiyac olmayacaq. 

Ermənistan Rusiyanın təsirindən çıxıb, Qərbə meyillənmək istəyir. Ermənilər Qərbə yönəldiyi təqdirdə Fransa və ya Amerikaya köçəcəklər. Dünyanın ayrı-ayrı yerlərində məskunlaşacaqlar. Beləliklə, Ermənistan faktiki olaraq ermənilərsiz qalacaq. Biz isə güllə atmadan, şəhid vermədən tarixi torpaqlarımıza qayıdacağıq. 
 
- Dünyadakı ərzaq qıtlığının Azərbaycana təsirləri barədə nə düşünürsünüz? 

- Azərbaycanda bəzi qida və ərzaq məhsulları xaricdən alınır. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış qiymət artımı Azərbaycana da təsirsiz ötüşmür. Milli Məclisdə bir təklif etmək istəyirəm. Bunu ilk dəfə sizin vasitənizlə ifadə edirəm. Təklifim isə odur ki, biz ərzaq məhsullarının pərakəndə satışına əlavə dəyər vergisinin (ƏDV) həcmini azaltmalıyıq. 18 faizlik ƏDV kifayət qədər böyük rəqəmdir. Məncə, bu rəqəmi aşağı salıb, 3-4 faiz etmək olar. Qalan pul onsuz da alıcı tərəfindən digər ehtiyacların ödənilməsinə xərclənilir. Xaricdən gələn və Azərbaycanda istehsal olunmayan ərzaq məhsullarının ölkəmizə daxil olması ilə bağlı Dövlət Gömrük Komitəsinin rüsumuna yenidən baxmaq olar. Bu rüsumu ləğv etmək və ya həcmini aşağı salmaq mümkündür. Bu addımları atmaqla bahalaşmanın gücünü zəiflədə bilərik. 

- Ən çox tənqid olunan deputatlardan birisiniz. Bəzən cəmiyyətdə fikirləriniz birmənalı qarşılanmır. Bunu nə ilə əlaqələndirirsiniz?

- Məni tənqid edənlər Azərbaycan dövlətçiliyini istəməyən qüvvələrdir. Azərbaycan xalqının maraqlarına zidd olan şxəslərdir. Tam məsuliyyətlə deyə bilərəm ki, dövlətimin və millətimin qarşısında alnım açıqdır, üzüm ağdır. Məni tənqid atəşinə tutanlar, təhqirə keçənlər zəkası aşağı olan, qaragüruh insanlardır. Onlar Azərbaycan dövlətini sevməyən, xaricdən idarə olunan şəxslərdir. Həmin şəxslər vəzifədə olub-olmamasının fərqi yoxdur. 

- Çox yerdə danışmadığınız bir məlumatı bizimlə bölüşə bilərsiniz?

- 1998-ci ildə İlham Əliyev neft şirkətində çalışırdı. Həmin dönəmlər onunla xeyli söhbət etmişdik. İlham Əliyevlə söhbətləşdikdən sonra ona dedim ki, Heydər Əliyevdən sonra 21-ci əsrdə prezidentliyə siz hazırlaşın, çünki sizin kimi fərqli düşüncə sahibinin Azərbaycanda alternativini görmürəm. Həm müxalifət, həm də iqtidar düşərgəsini bu siyahıya aid etmişdim. 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03