Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Rusiya sülhməramlıları Qarabağda

2020-11-12 16:25:53 4217 baxış
Xəbər şəkil

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb

Noyabrın 10-da Azərbaycanın qazandığı ardıcıl zəfərlərdən sonra Ermənistan ağ bayraq qaldırmağa məcbur oldu. Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə ərazi bütövlüyümüz tanındı və erməni silahlı qüvvələrinin həmin əraziləri tərk etməsi əsas şərt kimi qoyuldu.

Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyində jurnalistlərə bildirilib: “Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanır”.

Elə bu səbəbdən noyabrın 10-da gecə ilə Ermənistanda çaxnaşma başlayıb. Etirazçılar parlamentin önünə yürüş edib. “SputnikArmenia”nın verdiyi xəbərə görə, parlamentin spikeri Ararat Mirzoyan döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edir, baş nazir Nikol Paşinyandan istefa verməyi tələb ediblər. qəzəbli kütlə parlamentin binasına daxil olub.  Noyabrın 10-da gün ərzində də Ermənistanda parlament binasının qarşısında etiraz aksiyası keçirilib.  PA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, etirazçılar parlament binası boyu uzanan Bagramyan prospektini bağlayıblar.  Etirazçılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmanın ləğvini tələb edirlər.

Court ruled to detain Mikael Minasyan - Public TV news

Ermənistanın keçmiş səfiri Mikael Minasyan Paşinyanı lənətləyib. "Trend"in məlumatına görə, o, artıq imzaların atıldığını bildirib: “Nikol Paşinyan xalqa yalan danışdı. Lənət olsun sənə, Nikol. İmzalar atıldı. 7 rayon verilir. Şuşa verilir. Hadrut, Ağdərə və Xocavəndin geri alınması haqqında heç bir maddə yoxdur. Artsax Respublikasının gələcəyi haqqında heç bir cümlə yoxdur. Erməni xalqının orada yaşaması ilə bağlı heç bir cümlə yoxdur. Ordumuz 44 gün boyunca döyüşdü. Nikol Paşinyan xalqa yalan danışdı”.

Ermənistanda siyasi partiyaların əksəriyyəti baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

 “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi İveta Tonoyan da Paşinyanın istefasını tələb edib. Etirazçılara qoşulan Tonoyan deyib: “Bu gün bizim tariximizin ən rüsvayçı səhifəsi yazılıb. Bir neçə saat əvvəl ”Çiçəklənən Ermənistan" və bir sıra partiya baş nazirin istefası tələbi ilə çıxış ediblər. Bütün bu olanlardan sonra Paşinyanın edə biləcəyi ən az şey istefa ola bilər".

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabağda müharibədə təslim olmasından sonra paytaxt İrəvanın küçələrində etiraz edənləri onlara divan tutacağı ilə hədələyib.  Paşinyan xalqa müraciətində bildirib ki, İrəvandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq: “İrəvanda talançılardan bəziləri Qarabağda idilər, amma nədənsə öz mövqelərini qoydular və oradan qaçdılar. Onların arasında general da var. Rəsmən bildirirəm ki, bütün səbəbkarlar qanunun sərt tələbləri ilə cəzalandırılacaq”.

Qondarma “dqr” rejiminin rəhbəri  Arayik Arutunyan da səssiz qalmayıb, o bildirib ki, yaşadıqları bu məğlubiyyətə görə son 10 ildə Ermənistanın rəhbəri olmuş hər kəs cavab verməlidir.

Arutyunyan: “Qarabağdakı hərbi uğurzusluqlar bizi bu sənədi imzalamağa  məcbur etdi” | KONKRET

Arutyunyanın sözlərinə görə, son onilliklərin bütün liderləri orduda bu cür problemlər yaşadığımız üçün cavab verməlidirlər: “Hər kəs bu sonun qaçılmaz olduğunu dedi. Döyüşmək üçün vəsaitimiz və gücümüz qalmamışdı”.

Qeyd edək ki, Ermənistanda bu proseslər gedərkən, Azərbaycanın dövlət başçısı qələbə ilə bağlı müxtəlif qurumlardan, xalqdan, o cümlədən qonşu dövlətlərdən təbriklər almaqdadır.

Pis günlər bitdi, bu gün zəfər günüdür"- Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yazır ki, 30 il əvvəl yaşanan acılar bu gün başa çatır: “Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandı. Azərbaycanlı qardaşlarımız bu atalar sözünü yaxşı bilir. ”Pis günün ömrü az olar". Pis günlər bitdi, bu gün zəfər günüdür, mübarək olsun!"

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

 Fəzail Ağamalı

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanın qələbəsini və Ermənistandakı vəziyyəti qiymətləndirərkən bildirdi ki, hazırda Azərbaycan qalib ölkədir, Ali Baş Komandan, cənab Prezidentin rəhbərliyi altında ölkəmiz böyük zəfər qazandı: “İgid əsgər və zabitlərimiz bizə və gələcək nəsillərə, böyük qələbə və sevinc yaşatdı, dövlətçilik və hərb tariximizdə uğurlu səhifələr yazdı. Ən müxtəlif istiqamətlərdən, platformalardan dövlətimizə, Prezidentimizə qarşı təzyiqlər var idi. Dünya səviyyəli KİV-lərin öyrədilmiş müxbirləri Prezidentimizdən müsahibə alarkən görürdük ki, bizə qarşı nə qədər qərəz və ədalətsizlik var. Bütün bunların qarşısında Ali Baş Komandanımız yenilməz bir sərkərdə kimi dayandı. Həm döyüş cəbhəsində, həm informasiya cəbhəsində, həm də siyasi-diplomatik müstəvidə. Xalqımızın inamına, dəstəyinə arxalanan Prezidentimiz böyük iradə nümayiş etdirdi və Ali Baş Komandan kimi cəbhədə ordumuzla bərabər bu uğurlara imza atdı. Beynəlxalq səviyyədə üzərimizə gələn təzyiqlərin qarşısını da böyük mətanətlə, soyuq ağıl və dərin məntiqlə aldı”.  Deputatın sözlərinə görə, Azərbaycan Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, mənəvi məbədimiz olan Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Xocalının, Xocavəndin, Ağdərənin çoxsaylı kəndlərini alaraq ərazi bütövlüyünü bərpa etdi: “Dünən 72 kəndin azad olunmasını açıqlayan prezident dedi ki, erməninin son əsgəri məhv olana qədər döyüşəcəyik. Bu qətiyyət qarşısında düşmən diz çökdü, ağ bayraq qaldırdı və diletant bir baş nazir beynəlxalq səviyyəli oyunçu qarşısında zəlil günə düşdü. Ölkə Prezidentinin Füzuli döyüşlərindən sonra dediyi kimi, ”qrafiki ver və rədd ol çıx get" çağırışlarına nəhayət cavab verildi, Kəlbəcər, Laçın və Ağdam dekabrın 1-ə qədər işğalçı tör-töküntülərdən təmizlənir, bir əsgərimizin burnu qanamadan torpaqlarımıza qovuşuruq. Bu möhtəşəm qələbədir. Gələcəkdə tarixçilər bununla bağlı çox ciddi əsərlər ortaya qoyacaqlar. Biz qalibik, döyüş cəbhəsində erməniləri əzmişik, milli mənliyimizi, qürurumuzu özümüzə qaytarmışıq.  Başımız ucadır, siyasi-diplomatik müstəvidə də qalibik. Həmin protokol birmənalı şəkildə Azərbaycanın üstünlüyünü təsbit edir. Heç kimin buna şübhəsi olmasın".

Səmil Şahlaroğlu 

“Yeni Müsavat”a istinadən

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01