Azərbaycan Ordusu müasir standartlara cavab verir.
Prezident İlham Əliyev Ordunun gücləndirilməsi istiqamətində hər zaman mühüm addımlar atır. Bunu dövlət büdcəsindən ordu üçün ayrılan vəsaitlər, hərbi sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi fonunda aydın görmək mümkündür. Azərbaycan Ordusu müasir standartlara cavab verir. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bunun daha bir nümunəsi Kəlbəcərdə komando qüvvələrinin hərbi hissəsinin yaradılmasıdır.
Bu bir daha sübut edir ki , Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi sürətlə davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etmiş və hal-hazırda da ölkəmizin ərazi bütövlüyünü qorumaqdadır.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi