Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Azərbaycan bütün dünyaya sübut etdi ki, işğalla heç vaxt barışmayacaq

2022-06-30 17:49:57 177 baxış
Xəbər şəkil

1990-cı illərin əvvəlində, SSRİ-nin süqutunun həmən ardından Azərbaycan torpaqlarına qarşı işağlçılıq siyasəti yürüdən Ermənistanın təcavüzü nəticəsində 20 faizə yaxın ərazilərimiz qəsb edildi. 1993-cü ilin iyununda suverenliyi təhdid altında qalan Azərbaycanda hakimiyyət böhranı pik həddə çatdı və xalq səriştəsiz idarəçiliyə “yox” deyərək Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalqının səsinə səs verən, hər zaman taleyini bu millətin, bu ölkənin taleyi hesab edən Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın o çətin anlarında millətinin yanında yer aldı. 1993-cü ilin yayında Ulu Öndərin Bakıya gəlişi, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı müstəqilliyimizin əbədiliyini təmin etdi, suverenliyimizi qorudu, iqtisadi inkişafa zəmin yaratdı, Qarabağın və işğal altında olan torpaqların azad edilməsində həlledici rol oynadı. Ümumiyyətlə, Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və ona bitişik ərazilərimizin azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin və siyasi kursunun əsas xəttini təşkil edib.

2003-cı ildə keçirilmiş prezident seçiklərində xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə dövlət başçısı seçilmiş cənab İlham Əliyev ilk andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bildirməklə həm də dövlətimizin və xalqımızın Qarabağın azadlığı uğrunda mübarizəsinin əzmlə davam etdirəcəyini bildirmiş oldu. Prezidentliyinin ilk dönəmindən işğal altındakı torpaqların azad edilməsi məsələsini xarici siyasət kursunun əsas prioriteti elan edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyev dünya ictimaiyyətinin diqqətini münaqişənin həlli prosesinə cəlb etdi. Çıxış etdiyi bütün ali tribunalardan Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu, Ermənistan tərəfindən işğal edildiyini bəyan edən Prezident İlham Əliyev bildirirdi ki, Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirən Prezident İlham Əliyevin apardığı hücum diplomatiyası qısa zaman kəsiyində öz bəhrəsini verdi. Dünyanın bir sıra dövlətləri, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmininin vacibliyini, Ermənistanın işğalçılıq siyasətinə çson verməsini özündə əks etdirən sənədlər, qətnamələr qəbul etməklə ölkəmizin ədalətli mövqeyini dəstəkləmiş oldu. Bu fakt bir daha Azərbaycan dövlətinin Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış etdiyini ortaya qoydu. Ölkəmiz Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan mövcud status kvo – bütün dünya tərəfindən tanınan ərazilərimizin 20 faizinin zor gücünə zəbt olunması faktı ilə heç vaxt barışmadığını açıq-aydın şəkildə bəyan etdi.

Bəli, bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyev birmənalı şəkildə bildirmişdir ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. Yeri gəlmişkən, iyunun 27-də Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxış edən Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. “Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib”.

Müasir dünyada separatizm, bir dövlətin başqa bir ölkənin ərazisini zor gücünə ilhaq etməsi kəskin şəkildə pislənilir. Dünya birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli presedent yarada bilər. Azərbaycan da Qarabağ probleminin həllinə prinsipial yanaşmasında hər zaman tarixi faktlarla yanaşı, beynəlxalq hüquqa, dünya birliyi tərəfindən qəbul edilən norma və prinsiplərə əsaslanıb. Ermənistanın isə münaqişənin həllində tutduğu mövqe qeyri-konstruktiv və beynəlxalq hüquqa zidd olub. Azərbaycanın apardığı hücum diplomatiyası sayəsində Ermənistanın müxtəlif cəhdlərlə özünün işğalçılıq siyasətinin mahiyyətini gizlətməyə çalışması, həmçinin zor gücünə zəbt etdiyi Azərbaycan torpaqlarınnda apardığı qeyri-qanuni fəaliyyət dünya birliyi tərəfindən qəbul olunmadı. Buna qədər isə dünya birliyi işğalçının addımlarına susmağa üstünlük verirdi. Azərbaycanın gücü, hərbi və iqtisadi qüdrpəti qələbəni təmin etdi. Prezident İlham Əliyev də jöz çıxışında bildirib ki, bu gün dünyada güc amili ön plandadır: “Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”.

Bəli, özünün şərəf tarixini yaşayan Azərbaycanımız böyük bir coğrafi məkanda yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaradır. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticəsində əldə olunmuş qələbə bütün dünyaya milli birliyin qarşısında düşmənin aciz olduğunu əyani şəkildə göstərdi. 2020-ci ilin sentyabrında hər bir azərbaycanlı ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə müsəllah əsgərə çevrilərək torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah aldı. Bu gün də hər birimiz bu qələbənin möhkəmlənməsi, dövlətimizi yeni mərhələdə daha böyük uğurlara imza atması üçün demokratik inkişaf yolunun müsəllah əsgərləriyik.

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04