Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Yalçın Hacızadə: Azərbaycan Ordusu xalqın qürurunu, gücünü və şərəfini özündə birləşdirir

2022-06-26 20:50:48 196 baxış
Xəbər şəkil

Azərbaycan Silahlı Qüvvələri Cənubu Qafqazın ən güclü ordusudur. Gücünə və peşəkarlığına görə Silahlı Qüvvələrimiz dünya ölkələrinin reytinqində də yüksək yerlərdədir.

Azərbaycan Ordusu tarixi bir yol keçib. Ordumuzun yaranması 1918-ci il iyunun 26-na təsadüf etsə də, qısa müddətdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandı. Dövlət müstəqilliyinin bərpası ilə Ordumuz 1991-ci ildə yenidən dirçəlməyə başladı. Azərbaycan Ordusunun formalaşması və inkişaf isə 1993-cü ildən sonra sürətləndi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan Ordusu parçalanaraq, ayrı-ayrı şəxslərin rəhbərliyi altına düşüb. Ordu dövlətin təhlükəsizliyini, ölkənin ərazi bütövlüyünü qorumaqdan daha çox şəxsi maraqlara, intriqalara alət edilirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə bir çox sahələrdə olduğu kimi ordu quruculuğunda da mühüm tədbirlər həyata keçirilməyə başladı. Döyüş meydanında plansız, rəhbərsiz və təminatsız qalan, fərariliyin baş alıb getdiyi Azərbaycan Ordusunda ruh yüksəkliyi, əzm yarandı. Silahlı Qüvvələr ayrı-ayrı şəxslərdən alınaraq dövlətin tam nəzarətinə keçdi. Qısa müddət ərzində görülmüş tədbirlər döyüş meydanında vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ermənistan tərəfindən işğal olunmuş Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri düşməndən azad olundu.

“Azərbaycan Ordusunun bir çox zabit heyəti 1971-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələridir. Hərbi təhsil sisteminin daha da təkmilləşdirilməsi, milli ruhlu, dövlətə bağlı Azərbaycan hərbçisinin formalaşdırılması üçün 1999-cu ildə Ümummilli Lider tərəfindən Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı. Azərbaycan Ordusu qarşısında ən başlıca vəzifələr ərazi bütövlüyünün bərpa edilməsi və dövlətin suverenliyinin təmin edilməsi idi. İlham Əliyevin Prezident seçilməsi ilə bu istiqamətdə məqsədə çatmaq üçün ordumuzun inkişafı, təkmilləşməsi daha da sürətləndi. Dövlət büdcəsindən ən böyük maliyyə vəsaiti ordu quruculuğuna ayrıldı. Belə ki, müasir silahların, hərbi texnikanın alınmasına başlanıldı. Hərbi qulluqçuların maddi təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər aparıldı. Hərbi əməkdaşlıq sahəsində beynəlxalq əlaqələrin qurulması, inkişaf etdirilməsi və şaxələndirilməsi ilə yanaşı, ölkənin milli müdafiə sənayesi də yaradıldı”, - deyə politoloq bildirib.

O əlavə edib ki, ölkəmizdə düşmən işğalına son qoymaq, qələbəni təmin etmək üçün hərb və siyasi idarəçilik nəzəriyyələrində göstərilmiş bütün şərtlər təmin edildi. Dövləti idarə edən liderə inam olduğu üçün, güclü ordu formalaşdı, ölkədə iqtisadi-siyasi sabitlik yaradıldı. Eyni zamanda, xalqımızın birliyi formalaşdı, həmçinin beynəlxalq münasibətlərdə dövlətlərlə və təşkilatlarla düzgün siyasi əlaqələr tənzimləndi.

Aparılan sülh danışıqlarının nəticəsizliyində torpaqların hərb yolu ilə işğaldan azad edilməsi üçün Azərbaycan dövləti tərəfindən siyasi şərait formalaşdırılmağa başladı. Xalq və ordu tərəfindən uzun illərdir gözlənilən əmr Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələrinə verildi. Azərbaycan Ordusu hücum əməliyyatı ilə düşmənin 200 illik işğal planını 44 gündə məhv edərək, Ermənistanı təslim aktını imzalamağa məcbur etdi. Müharibə müddətində İlham Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan və Baş diplomat kimi dünyaya xalqımızın savadını, əzmini, milli ruhunu, vahidliyini təcəssüm etdirdi. Xalq – Ordu – Dövlət – Lider düsturu isə özünü doğrultdu.

Y.Hacızadə deyib: “Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası, qabiliyyəti dünya hərb tarixində dönüş etdi. Ordumuz texnologiyası sahəsində 4-cü nəsil silahlarının gücünü də dünyaya göstərdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri öz vəzifəsini layiqincə yerinə yetirərək, yeni döyüş birliklərinin yaradılması, müasir silahların əldə olunması, həmçinin istifadə edilməsi sahəsində fəaliyyətini və inkişafını davam etdirir. Azərbaycan Silahlı Qüvvələri xalqımızın tərkib hissəsidir. Ordumuz Azərbaycan xalqının qürurunu, gücünü və şərəfini özündə birləşdirir”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04