Erməni jurnalistin Qafqazlılar haqda sözlərinə Kadırovdan sərt cavab – Video
Çeçenistan rəhbəri Ramzan Kadırov RT Media Şirkətinin baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib.
Kadırovun tənqidi Simonyanın Yeni Moskvada Qafqazlılarla yanında uşaq olan ata arasında baş verən konflikt haqqında fikirləri ilə bağlı olub. Simonyan Qafqazlıların bu cür hərəkətlərinin onların hər yerdə yoxlanacağını nəzərdə tutan ‘icazə kağızları’ praktikasına qayıtmağa gətirib çıxaracağını söyləyib.
Kadırov isə özünün “Telegram” kanalında Simonyana hər hansı bir mövzu ilə bağlı fikir söyləməzdən əvvəl informasiyanı dəqiqləşdirməyi tövsiyə edib.
“Bir daha “Qafqaz əsilli” Simonyana xatırlatmaq istərdim ki, nüfuzlu, ciddi kütləvi informasiya vasitəsinin baş redaktoru açıqlama verməzdən əvvəl informasiyanı yoxlamalı, daha sonra nəticə çıxarmalıdır”, – deyə Kadırov bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif mətbuat orqanlarının baş redaktorlarından nəyə görə qafqazlılar haqqında mənfi xatırlatma etdikləri barədə soruşanda, dəfələrlə bunsuz baxış sayının olmayacağını söylədiklərini vurğulayıb. Kadırov bildirib ki, nəyə görə Qafqazdan başqa digər regionlardan olanların adları çəkilmir, digər regionlardan olanların etnik və ya dini mənsubiyyəti vurğulanmır.
“Məktəbdə qətl, nəhəng korrupsiya sxemləri, dövlətə xəyanət və digər səs-küylü cinayətlər – gəlin, burada da milliyəti yazaq, ya da heç olmasa “slavyan milliyətli şəxs”, “Moskva əsilli” yazaq”, – deyə R.Kadırov qəzəbini ifadə edib.