Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Daim zirvələrdə dalğalan milli BAYRAĞIMIZ..

2021-08-29 21:35:23 243 baxış
Xəbər şəkil

 

Xalqlar dahiləri ilə tanınır. Sübuta ehtiyacı olmayan başqa bir fikir də söylənilir: böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. 
Dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəlmiş görkəmli dövlət xadimi Heydər Əliyev tək ölkəmizdə deyil, dünya miqyasında sözünün keçəri olan şəxsiyyət idi.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin çoxsaylı fəaliyyətində idman sahəsində gördüyü işlər də bu ölkənin vətəndaşlarını qürurlandırır. Ulu Öndər idman sahəsinin inkişafına böyük diqqət və qayğı göstərirdi. O deyirdi: “İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Bu elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, bayrağı qaldırılır və Vətənimiz dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. 
Bu gün, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Əminliklə deyə bilərik ki, Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Təsadüfü deyil ki, son illər ərzində ölkəmizdə müxtəlif mötəbər beynəlxalq idman yarışları keçirilir, Vətənimiz dünya və avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində ən böyük nailiyyətlərimizdən biri ölkəmizin Olimpiya və Paralimpiya oyunlarında iştrakıdır. Olimpiya və Paralimpiya oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, hətta bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir. Azərbaycan paralimpiyaçıları bu yarışlara ilk dəfə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1996-cı ildə Atlanta Paralimpiya Oyunlarına yola düşmüşlər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəltmiş, onlarda nikbin əhval-ruhiyyə yaratmış və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulmuşdur.

Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəltmiş, onlarda nikbin əhval-ruhiyyə yaratmış və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulmuşdur.
Vətənimizin həssəs təbəqəsindən olan idmana həvəsli vətəndaşlar bu gün Paralimpiya Oyunlarına hazrlıqları böyük həvəs və maraq doğurur.Mənəvi təfəkkürlə bərabər fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş qabiliyyətlərini daha da artırır. Bununla da artıq illərdir ki, dünyada Azərbaycan Paralimpiya Oyunlari fəaliyyətini də yüksək səviyyədə davam etdirir.

Kanal4.az Xəbər verirki bunu yazar Aygül Bağırzadə şəxsi Facebook hesabında paylaşıb.


Ulu Öndər siyasətinin layiqli davamcısı Dövlətimizin başçısı öz çıxışlarının birində deyirdi: “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim Paralimpiya oyunlarında nəticələrimiz də hər dəfə daha da böyük olur. Azərbaycan dövləti paralimpiyaçıların mükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun”.  Paralimpiyacılarımız müxtəlif idman növləri üzrə peşəkar şəkildə məşğul olurlar. Onlar beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, yeni-yeni uğurlar əldə edirlər.
İdmancılarımızın növbəti uğuru "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında davam edir.  Gərgin və maraqlı mübarizə şəraitində keçən idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
Azərbaycanın hazırda 8 qızıl və 3 bürünc medalı var. Ölkəmiz 6-cı pillədə qərarlaşıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən və qalib gələn idmançıları təbrik edib.Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətini hiss edirlər.Müntəzəm olaraq, Prezidentin sərəncamları ilə qələbə qazanmış paralimpiyaçılarımız, məşqçilərimiz yüksək orden və medallarla təltif olunurlar. Paralimpiyaçımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzil və minik avtomobilləri ilə təmin olunurlar. Ümumilikdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, həmişə dövlət başçısının prioritet məsələlərindən biri olmuşdur. Qeyd edim ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Arzu edirəm ki, tezliklə işğaldan azad olmuş Qarabağımızda dünyaya ev sahibliyi edəcək belə yarışlar, Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda... təşkil olunsun. Əzəli və əbədi torpaqlarımızdan üçrəngli bayrağımız göylərdə dalğalansın."
Bu gün mən də ölkəmizin idman qələbəsinə sevinir, idman arenalarında idmançılarımızın uğurlarını gördükcə, düşüncələrini dinlədikcə gənclərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığının bir daha şahidi oluram.
Dalğalan, dalğalan, yüksəklərə, zirvələrə ucal, milli bayrağımız! Müstəqil Azərbaycanın dövlət rəmzi olaraq bu Vətənin azad səsini elə bu Vətənin küləkləri ilə dünyaya yay! Daha yüksək uğurlara Azərbaycanım.....

PS:Tələbələr  müəllimlərini özlərinə örnək götürərək, onun uğurlarını təkrarlamağa çalışırlar. Buna isə şübhə yoxdur. Çünki çəkilən zəhmət bəhrəsiz qalmır. Bu kimi tələbələrin yetişdirilmısində ağır zəhmətinin bəhrəsi olaraq bu sevinci xalqımıza yaşadan Azərbaycan idmançısı, Paralimpiya cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi xalqın sonsuz sevgi sayğısını qazanmış İbrahim İbrahimova xüsusilə təbrikimi yetirir ona uzun ömür can sağlığı və daim idmancılarımızın yanında olmağı diləyirəm.

 

Aygül Sadayqızı

YAP Gənclər Birliyinin fəalı.

Qızıl qələm media mükafaı laureatl

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03