Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Gələcəkdə hansı tikililər söküləcək? - RƏSMİ + FOTO

2021-08-28 00:48:38 286 baxış
Xəbər şəkil

 

 

Hər hansı fərdi yaşayış evinin və ya binanın ərsəyə gəlməsi çoxmərhələli prosesləri əhatə edir. İlkin mərhələdə tikintiyə start verilməsi üçün layihənin bütün tikinti normalarına cavab verdiyi təsdiqlənməlidir. Bu gün, xüsusilə Bakı şəhərində müvafiq tikinti normalarına cavab verməyən və şəhərdə xaotik vəziyyətə səbəb olan fərdi yaşayış evləri və hündürmərtəbəli binalara rast gəlmək mümkündür. Hazırda tikinti sahəsinə nəzarət gücləndirilsə də, hələ də köhnə tikililərə münasibətdə cavablanmamış suallar aktuallığını qoruyub saxlayır.

1 avqust 2018-ci il tarixli müvafiq Prezident fərmanına görə, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsinə qərar verildi. Bu qərara qədər tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti, yerlərdə isə rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilirdi.

Hazırda Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi məlumatlandırma icraatı vasitəsi ilə həyata keçirilir və bunun üçün icazə və rüsum tələb olunmur. Fərdi ev tikmək niyyətində olan vətəndaş şəxsiyyət vəsiqəsinin surəti, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, torpaq sahəsinin planı və ölçüsü, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə yerli icra hakimiyyətinə müraciət edərək aparılacaq tikinti barədə məlumat verir. Aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunmuş layihə və sənədlərə dair irad vətəndaşa 10 gün müddətində bildirilmədikdə tikinti işlərinə başlanıla bilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Oxu.Az-a bildirilib ki, son zamanlaradək məlumatlandırma icraatı üzrə sənədlər və yerli İcra Hakimiyyətinin qərarları barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yalnız Tikintilərin dövlət reyestrinə göndərildikdə təqdim olunurdu:

“Reyestrə daxil etmək məqsədilə Komitəyə təqdim olunan sənədlərdə çatışmazlıq və səhvlər aşkar olunduqda bu barədə yerli icra hakimiyyəti orqanına məlumat verilir, çatışmazlıqların aradan qaldırılması xahiş edilir. Bəzi hallarda fərdi yaşayış evinin tikintisi barədə məlumat reyestrə təqdim edilmir və ya gec təqdim edilir ki, bu da layihə və sənədlərdə aşkar olunan çatışmazlıqların zamanında aradan qaldırılmasını mümkünsüz edir”.

Bununla əlaqədar “Bir pəncərə” elektron müraciət sisteminin üstünlüyünü qeyd edən qurum rəsmisinin sözlərinə görə, hazırda sistem təkmilləşdirilir və tədricən şəhərsalma və tikinti fəaliyyəti sahəsini tam əhatə edəcək:

“Bu ilin fevral ayında “Bir pəncərə” elektron müraciət sisteminə yeni “məlumatlandırma icraatı” bölməsi əlavə edildi. Bu vasitə ilə vətəndaşlar fərdi yaşayış evlərinin tikintisi üçün də müraciət edə bilərlər. Sistemin bu yeni modulu vasitəsilə fərdi yaşayış evi tikmək niyyəti olan vətəndaşların yerli icra hakimiyyətinə müraciəti elektron qaydada edilir, müraciətlərə və təqdim edilən layihələrə Komitənin mütəxəssisləri tərəfindən də nəzarət olunur. Sənədlərdə və ya layihədə nöqsanlar aşkarlandığı zaman həmin fərdi yaşayış evinə dair məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmir və bu barədə dərhal yerli icra hakimiyyətinə və vətəndaşa məlumat verilir. Hazırda yeni “məlumatlandırma icraatı” modulu Bakı şəhərinin 12 rayonu və Quba-Xaçmaz, Dağlıq Şirvan iqtisadi rayonları üzrə istifadəyə verilib, digər şəhər və rayonlarda tətbiq edilməsi üzrə işlər davam etdirilir, yerli icra hakimiyyəti nümayəndələri üçün təlimlər keçirilir”.

28 dekabr 2018-ci il tarixli Prezident fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə və istismara icazə icraatının sadələşdirilməsi məqsədilə yaradılan “Bir pəncərə” elektron müraciət sistemi məmur-sahibkar ünsiyyətini minimuma endirdi.

Təqdim edilən layihələrdə yol verilən səhvlərlə bağlı da məlumat verən qurum rəsmisi bildirib ki, Komitənin nəzarət qrupu tərəfindən təhlil zamanı ən çox rast gəlinən nöqsanlardan biri vətəndaşın torpaq sahəsi üzərində hüququnun olmaması, torpaq kateqoriyasının tikinti işlərinə uyğunsuzluğu və ya sənədlərin natamamlığıdır. Bu isə tikilinin rəsmiləşdirilməsini mümkünsüz edir və qanunvericiliyin tələbləri pozularaq tikildiyi üçün sənədsiz evlərin yaranmasına gətirib çıxarır:

“Bu mənada fərdi yaşayış evi tikməyə planlaşdıran hər bir vətəndaş torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədin olmasında şəxsən maraqlı olmalıdır. Tikinti layihələrinə baxış zamanı isə ən çox rastlanan nöqsanlar mövcud torpaq sahəsinə münasibətdə tikinti əmsalı və tikinti sıxlığı əmsalı göstəricilərinin aşılması və tələb olunan ara məsafələrinin düzgün saxlanılmamasındadır. Bu məsələdə layihəçi təşkilatların üzərinə də böyük məsuliyyət düşür. Problemlərin yaşanmaması üçün sifarişçi şəxs lisenziyası olan layihə təşkilatlarına, peşəkarlara müraciət etməlidir ki, layihələr müəyyən edilmiş norma və qaydalara uyğun olaraq tərtib edilsin”.

Qeyd etdiyimiz kimi son illərdə tikinti sahəsinə nəzarət daha da artırılıb, artıq Bakının Baş Planı son razılaşdırılma mərhələsindədir və demək olar ki, ölkənin müxtəlif regionları üzrə baş planlar təsdiq edilib. Bəs, illər öncə tikinti və istismarına icazə verilmiş, lakin tikinti normalarına cavab verməyən tikililərin bundan sonra statusu necə olacaq? Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Seymur Yusifli Oxu.Az-a məsələni həm fərdi evlərin, həm də tikintisinə icazə tələb olunan tikililər cəhətdən şərh edib:

“Şəhərsalma və Tikinti Məcəlləsinə görə üç formada tikili mövcuddur: tikintisinə icazə tələb olunmayan, tikintisi məlumatlandırma icraatı qaydasında aparılan və tikintisinə icazə tələb olunan. Məlumatlandırma icraatı lazım olan tikinti üçün icazə tələb olunmur. Vətəndaş lisenziyalaşdırılmış layihəsini torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlə birgə yerli icra hakimiyyəti orqanına ünvanlayır. Əgər 10 gün ərzində qurum etirazını bildirərsə, müəyyən edilən nöqsan aradan qaldırılmalıdır. 10 gün ərzində nöqsanla bağlı geri dönüş edilmirsə deməli tikintiyə başlamaq olar. Tikinti prosesinə nəzarəti Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə Dövlət Nəzarəti Agentliyi tərəfindən həyata keçirilir. 

Əgər, layihədə 4 otaqlı fərdi evin tikintisi mümkündürsə və layihədən kənara çıxılaraq 2 otaq daha əlavə tikilirsə, bu, artıq özbaşına tikilidir. Müvafiq halda Fövqəladə Hallar Nazirliyi tikinti işlərini dayandıra bilər. Əgər dayandıra bilməsə Mülki Məcəllənin 180-ci maddəsinə görə özbaşına tikilinin sökülməsinə dair müvafiq icra hakimiyyəti orqanı və ya hüquqları pozulan maraqlı şəxslər məhkəməyə müraciət edərək özbaşına tikilən tikilinin sökülməsinə dair tələb irəli sürə bilərlər.

Digər məsələ - əgər, yerli icra hakimiyyəti orqanı müfəssəl qaydalara zidd ola-ola layihəyə münasibət bildirmirsə Cinayət Məcəlləsinin 314-2. maddəsi ilə inzibati orqan özü cinayət məsuliyyətinə cəlb olunur. Qanunsuz tikintiyə icazə verilibsə, bu, vətəndaşın problemi deyil. Artıq o, mülkiyyət hüququna sahibdir və onun mülkünü heç kim sökə bilməz.

Tikintisinə icazə tələb olunan tikililər, yəni hündürmərtəbəli binalar və ya əhalinin sıx toplaşdığı obyektlərlə bağlı məsələ isə bir qədər fərqlidir. Əgər layihədə 15 mərtəbəli binanın tikilməsi nəzərdə tutulursa, ARXCOM-un rəyi alınır, layihə ekspertizadan keçir, rəyi verilir və tikintiyə başlanılır. Əgər, 15 mərtəbənin tikintisi başa çatdıqdan sonra əlavə 5 mərtəbə də ucaldılırsa, bu, layihədən kənara çıxmadır və həmin 5 mərtəbə sökülməlidir.

Lakin, burada 15 mərtəbəli binanın tikintisinə icazə verilməli idisə və yerli icra hakimiyyəti orqanı 20 mərtəbəli binanın tikintisinə icazə veribsə, deməli artıq məsələ orada bitib. Burada hər hansı bir söküntüdən söhbət gedə bilməz. Çünki bu qanuni əsaslarla tikilib, inzibati orqanın razılığını verilib və istismara qəbul aktı alınıb. Mülkiyyət hüququ olan əmlakı heç kim sökə bilməz. Əgər, tikinti başa çatıb və sonra bəlli olub ki, belə olmamalı idi, bu artıq inzibati orqanın öz təqsiridir”.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03