Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Televiziya rəhbərləri efiri kirayəlik ev kimi satışa çıxarıb” - İradə İsak

2021-04-23 12:50:27 513 baxış
Xəbər şəkil

 

 

Azərbaycan televiziya məkanının illərdir tənqid hədəfi olan qüsurları, bayağı verilişləri və ucuz şousu son günlər yenidən gündəmə gəlib. Azyaşlı uşağa qarşı cinayət törədən və məsuliyyətə cəlb edilən qadının efirə çıxarılaraq bunu detallı danışmasından sonra ATV-nin cərimələnməsi bu mövzunu yenidən aktuallaşdırıb.

Tanınmış teleaparıcı İradə İsak “Qafqazinfo”ya müsahibəsində telekanalların bugünkü durumu və çıxış yolları haqda danışıb:

- Bir neçə ildir televiziyadan uzaqlaşmısız və artıq iştirakçı yox, tamaşaçısız. Bir TV mütəxəssisi kimi son illərdə televiziya sahəsində hansı dəyişikliklərin olduğunu düşünürsüz?

- Müsbət dəyişikliklər təbii ki, var. Amma təəssüf ki, biz bunu ancaq texniki inkişaf kimi qəbul etməliyik. Qoyulan yeni LED ekranlar, tərtib olunmuş böyük studiyalar bu təbii ki, çox lazımlıdır. Ancaq hələ də yaradıcılıq tərəfdən əsaslı inkişaf görülmür, axsamalar çoxdur. Əsas da TV nitqi, üslubu hələ tam formalaşdırıla bilmir. Verilişlərin hazırlıq keyfiyyəti sadəcə montaj üzərində artıb, ssenarilər, yazı üslubu o qədər də cəlbedici deyil. Xüsusən maraqlı məzmun, insanların maraqla gözlədiyi yeni verilişlərin içərisində böyük artım yoxdur.

- Sizcə, hələ də tamaşaçı, vətəndaş hüquqlarını, həssas məqamları nəzərə almayan verilişlərin qalmasının səbəbi nədir?

- Bu cür verilişlərin qalmasının səbəbi təəccüblü də olsa, məhz tələbatın olmasındadır. Fikir versəniz, belə verilişlər sponsor cəhətdən korluq çəkmir. Sponsorun da əsas tələbi reytinqli, baxılan verilişləri maliyyələşdirməkdir. Tamaşaçını yox, kütləni cəlb etmək üçün də “planka” aşağı salınır. Bir veriliş bir ilə yaxın efirdədirsə və kifayət qədər sponsorları varsa, TV-lər belə verilişi bağlamır. Çünki onlar kanalın əsas maliyyələşdiyi proqramlardır. Süd verən inəyi kim kəsər? Amma nəzərə alsaq ki, 15 il bundan əvvəl sponsorluq qiymətləri zamana görə daha yüksək idisə, indi kiçik məbləğə bir neçə şirkəti cəlb etməklə belə verilişləri ayaqda saxlamağa çalışırlar. Aparıcının da vaxtı verilişin yarısını çoxsaylı sponsorlar haqda məlumatları oxumağa gedir. İlk baxışda bunu verilişin çox maraqlı olması kimi qəbul etmək olar, amma belə deyil. Yəni qiymətlər ucuzlaşdırılır, buna görə də qoyulan kvotanı doldurmaq üçün çoxsaylı şirkətlər əməkdaşlığa cəlb edilir. Məhz bu səbəbdən belə verilişlər kanalların gəlirli verilişi sayılır və uzunömürlü olur.

- Telekanallar hər mövsümdə belə desək, islahat apardıqlarını, yeni verilişlər efirə buraxdıqlarını açıqlasalar da, yeni verilişlər köhnələrin eynisi, hətta daha bayağısı olur...

- TV-lər maraqlı layihələrə lazımi məbləği ayıracaq konkret büdcəyə ya sahib olmurlar, ya da yeni layihələrə pul xərcləmək istəmirlər, az məbləğə isə yaxşı işlər görmək olmur. Olur köhnə hamam, köhnə tas. Çox zaman yeni layihə təqdim edən prodakşnlara və şəxslərə veriliş üçün sponsor cəlb edilməsi əsas şərt kimi qoyulur. Təbii ki, bu da keyfiyyətə böyük təsir edir. Belə verilişlərlə isə real mühiti dəyişmək olmur.

- Nəyə görə efir TV təcrübəsi və anlayışı olmayan təsadüfi adamlara həvalə olunur?

- Bayaq dediyim məsələ. Əlahəzrət sponsor. Qəribədir ki, təcrübəli TV əməkdaşları sponsorları tapa bilmir. Amma arada gəzən, bol vədlərlə şirkətləri və TV rəhbərləri inandıra bilənlər meydanı tuturlar. TV əslində insanları ulduz da, rəzil də edə bilir. Televiziya rəhbərləri rəhbərlik etdikləri kanalın vaxtını kirayəlik ev kimi satışa çıxarıb. Hansı layihə yaxşı pul ödəyir, efirin saatını ona satırlar. Belə şərtlərlə çalışan məkanlarda keyfiyyətin olmaması təbiidir. TV də bir iqtisadi strukturdur, o da real bazara çıxmalı, real rəqiblərlə yarışmalıdır. Əks halda nə pul olacaq, nə keyfiyyət.

- Amma eyni zamanda sosial şəbəkələrdə müzakirələr, rəylər göstərir ki, artıq Azərbaycanda auditoriya dəyişib və tələbləri fərqlidir. Kütlə ucuz şouya gülsə də, ictimai rəyi formalaşdıran şəxslər ciddi müzakirələrin aparıldığı sosial verilişlər tələb edirlər. 

- TV nəyi göstərirsə, insanlar ona baxır. Baxdıqca öyrəşir, öyrəşdikcə tələbat yaranır. Buna deyirlər, ehtiyacın süni şəkildə yaradılması. İllərdir Azərbaycan tamaşaçısının damarına belə zəhər yeridilir. Başqa nə gözləmək olar ki? Hansı tamaşaçı yetişsin?

- Məlumdur ki, telekanallar ən asan pul qazana biləcək şirkətlərdir. Maraqlı, hərtərəfli efir və qazanc öz axarı ilə gələcək. Bizdə TV-lər pulu niyə çətinliklə qazanır?

- Bəli, təbii ki. ANS öz resursları ilə maliyyələşən kanal idi. Ən böyük əməkhaqqını da o verirdi. Xatırlayıram, hətta Lider TV öz əməkdaşlarını evlə belə təmin edə bilirdi. Yüksək qonorar, mükafatlar təyin olunurdu. Yanlış idarəetmə, bazarın səhv analizi, ucuz qazanca meyl, televiziyaların idarəetməsinə yanlış kadrların cəlb olunması belə mənzərə yaratdı. Amma halbuki dünyanın ən gəlirli biznes sahələrindən biri televiziyadır. Əbəs yerə deyil, dünya TV ulduzlarının adı ən çox pul qazanan insanlar arasındadır. Təsəvvür edirsinizmi, onların təmsil etdiyi TV-lərin qazancı hansı yüksək səviyyədədir? Yanlış idarəetmə, büdcədən asılı qalmaq meyli televiziyalarımızı belə həddə gətirib çıxarıb.

- Son illərdə bəzi kanallarda rəhbər dəyişiklikləri olub, birinci şəxsin dəyişməsi efirin səviyyəsinə təsir edə bilirmi?

- Hər sahədə olduğu kimi, TV-də də çox şey rəhbərdən asılıdır. Necə ola bilər ki, ağıllı idarəetmə yanlış nəticəyə səbəb olsun? Elə rəhbərlər tanıyıram ki, təyinatlarının ilk aylarında taksi ilə gəlib-gedirdilər. Bir ildən sonra xeyli varlandıqları hiss olunurdu. Yadınızdadırsa, vəzifədən çıxarıldıqdan sonra ATV rəhbəri Vüqar Qaradağlının sərvətinin böyük siyahısı dərc edildi. Bir çoxu da TV-yə təyinatından sonra əldə olunmuşdu. Necə ola bilir ki, qısa təyinatdan sonra özləri xeyli varlanır, TV isə kasıblayır, normal layihələr efirə verə bilmirlər? Hər halda vəziyyət özü hər şeyi daha yaxşı danışır və göstərir.

- Bəzi məşhur aparıcılarımız sosialyönümlü verilişləri belə ifrat şouya çevirməyi bacarıblar. Niyə Azərbaycan efirində, məsələn, Türkiyədəki peşəkar aparıcılardan yoxdur?

- Yaxşı aparıcı həqiqətən əjdahadır. Təsəvvür edin, yaxşı aparıcı kimdir? O həm yaraşıqlı, xarizmatik, həm nitqi, intellekti mükəmməl, həm psixoloq, həm diplomatik və aktyorluq bacarıqları, dil bilgiləri, gözəl qələmi, natiqliyi, hazırcavablığı, yumoru, siyasi savadı, tarixi, coğrafi, elmi bilgiləri, mütaliəsi geniş, dəbi bilən, təqib edən, yüksək etikaya sahib olan, yəni yüzü birində insan olmalıdır. Belə nə qədər aparıcımız var? Keçmişdə vardı. Rafiq Hüseynov, Qulu Məhərrəmli, Xəyal Tağıyev, Mehriban Ələkbərzadə, Sevil Nuriyeva, Qulp Mübariz, İlhamiyyə Rzayeva, Həmid Herisci, Kamran Həsənli, İlqar Əlfioğlu, Ləman Ələşrəfqızı və s. misallar göstərə bilərəm. İndi nə qədər belə aparıcımız var? Mən indi Könül Arifi, Leyla Quliyevanı, Rövşanəni, Lalə Azərtaşı, Səyyarə Səyyaf, Turan İbrahimov, Anar Nəcəfli və s. misal göstərə bilərəm.  Amma bu aparıcıların hamısı gənc görünsələr də, yaşları 40-ı haqlayıb. Yenilərdən kim var?

İndi diksiyası və siması normal olan birini görəndə şükür edirik. Bəs indi bazalı nə qədər gənc aparıcı var? Bilmirəm. AzTV-nin daxildə fəaliyyət göstərən akademiyası hələ ki, ancaq düzgün diksiyalı aparıcı yetişdirməklə məşğuldur, diqqəti cəlb edən telejurnalist, reportyor, yaxşı müxbir hələ görünmür. Robot aparıcılar erası bitib. TV telejurnalist istəyir. Aparıcı verilişin siması və kanalın üzüdür, amma o demək deyil ki, bütün verilişin yükü aparıcının çiynində olmalıdır. Çox vaxt aparıcını layihə rəhbəri təyin edib hər şeyi ona yükləyirlər. Və yaxud da deyirlər, yeni veriliş istəyirsənsə, özünə ideya düşün tap, layihə yaz. Aparıcı hansı səlahiyyətlə ordan-burdan kopyaladığı “layihə”ni efirə çıxarır?

Kanalın özünün ideya generatorları olmalıdır. Bunca məsuliyyətli işi necə yalnız bir şəxsin üzərinə yükləmək olar? Bu, böyük məsuliyyətsizlikdir. İdeya generatorları bütün kanal üçün verilişlər düşünməli, uyğun aparıcıları ora hazırlamalıdırlar. Təbii, aparıcının da fikrinin önəmi var, amma bütün məsuliyyəti onun üzərinə qoyuruqsa, əlavə ekspert baxışı, yəni redaktor, rejissor, prodüser analizi yoxdursa, o verilişə necə komanda işi demək olar, orda hansı keyfiyyətdən söhbət gedə bilər? Tamaşaçı elə bilir ki, efirə gedən hərf səhvində də aparıcı günahkardır. Amma titr yazan əməkdaşın başısoyuqluğundan xəbərsizdir. Titr yazan belə elə düşünür ki, ona yazılar hazır gəlməlidir, onu da aparıcı, ya redaktor etməlidir.

- Ümumiyyətlə, televiziyadakı problemlərin həlli üçün təkcə aparıcının dəyişməsi kifayətdirmi? Aparıcı prosesdə nə qədər rol oynayır?

- Aparıcı sadəcə TV-nin mətbəxində bişən digər adi əməkdaşlardan biridir. Onun düzgün peşə vərdişləri, etikası, yanaşması, məktəbi olmalıdır. İndi aparıcılar bahalı vizajistin yanından uzun kipriklərlə çıxıb, brend maqazinin paltarlarını reklam etməklə işini bitmiş sayır. Verilişə hazırlıq zəifdir, qonaqlarla əvvəldən söhbət edilməyib, süjetlərə baxılmayıb, müsahiblər instruktaj edilməyib. Qonağın hazırlığı yalnız qonağı qrim otağında pudralamaq deyil, danışıq müddətinə qədər ona məlumat verilməlidir. Bu səbəbdən MTRŞ işi tez-tez verilişləri cərimələmək və bağlamaqla həll edir. Amma bu çarədirmi?

Nələri efirə verməməklə bağlı verilişlərdə xüsusi və bəlli qaydalar varmı? Ondan əməkdaşların nə qədər xəbəri var? Aparıcı studiyadadır, indi bütün verilişlər efirə 5 dəqiqə gecikmə ilə verilir. Bəs redaktorlar hara baxır? Onlar lazımi yerdə yanlış ifadələri vaxtında bağlamalıdırlar.

Verilişlərdə bir nəfər azı 3 adamın işini görür. Xəbəriniz var? Redaktor həm prodüser, həm müxbirlik, hətta arada rejissorluq edir. Və yaxud da əksinə. Maaş da eyni maaş. İşin sonunda bitab düşən əməkdaş işindən necə zövq alsın? Zövq yoxdursa, keyfiyyət ola bilərmi?

Televiziyalarımızın dağıdılmış sistemi, məktəbi, iş prinsipi hazırda dünya standartlarına uyğunlaşmağa imkan vermir. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03