Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Esmira Günəşin "Oğul düşmən çəpəridir!" Kitabının təqdimatı oldu

2021-04-18 22:16:09 392 baxış
Xəbər şəkil

Hüseynli Əliheydər Səlahəddin oğlu 1994-cü il aprel ayının 14-də Agstafa rayonu Qırılı kəndində ziyalı ailədə, müəllim ailəsində anadan olub. Əliheydər ailədə həsrətlə gözlənilən övlad , üç bacının bir qardaşı son beşik olub.
1-ci sinifə 2000-ci ildə Qırılı kəndində Sirac Əliyev adına (kəndin ilk şəhidi) tam orta məktəbə gedib.2006-2009-cu illərdə təhsilini Agstafa şəhər Texniki Təmayüllü liseydə davam etdirib. 2011-ci il ildə  məktəbi müvəffəqiyyətlə bitirib elə həmin ildə də Azərbaycan Texniki Univeritetinin İnformasiya  Texnologiyalar Sistemləri mühəndisliyi fakültəsinə daxil olub. 2015-ci ildə həmin Univesiteti bitirib. Doğma Vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Ziyalı gəncimiz "Qırılı  Gənc Ziyalılar Birliyinin”  təsisçilərindən biri olub. Əliheydərin də bütün gənclər kimi böyük arzuları vardı. Nişanlı idi. Ailəsi onun toyuna hazırlaşırdı. 
Bakı şəhərində yaşayıb və 2017-ci ildən etibarən “Azərişıq ASC”nin Nərimanov rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışıb. Ancaq işini Ağstafaya dəyişən qəhrəmanımız uzun müddət işləyə bilmir. Vətən müharibəsi başlayan vaxt könüllü yazılıb cəbhəyə yollanır. Füzuli, Cəbrayıl bölgələrindəki amansız, qanlı döyüşlərdə aslan kimi, canavar kimi döyüşdü igidimiz.  Eyni zamanda neçə-neçə özü kimi qəhrəman yaralı silahdaşlarını ölümün pəncəsindən xilas edərək təhlükəsiz əraziyə yerləşdirdikdən dərhal sonra yenidən döyüşə atılır.
     Anası onun döyüşə qatıldığını bilmir. Hər dəfə anasına hər şey yaxşıdı deyən qəhrəmanımız bacılarına anasını dəfələrlə əmanət edib. Sonuncu dəfə  8 noyabrda Xocavənddən zəng edib, anasına  sevinə-sevinə zəfər nailiyyətlərini, sürətlə irəlilədiklərini, torpaqları azad etdikləri deyib.
      Sanki ürəyinə dammışdı,  Şəhadət şərbətini içərək. Vətənin qoynuna əbədiyyən qovuşacağını, Vətən torpağına qarışaraq onun bir parçası olacağını bilən igidimiz “Ana, ALLAHA əmanət olun, biz irəli gedirik” deyəndə halallaşırdı. Elə nişanlısı ilə son danışığında “Qayıtmasam məni bağışla"- deyərək sağollaşıb.
 11 gün heç bir xəbər olmayan qəhrəmanımızın, 19 noyabr 2020-ci il tarixində şəhid xəbəri gəlib. Noyabrın 9-da Xocavənd də Üç təpə istiqaməti  uğrundakı döyüşlərdə böyük şücaət göstərərək bədəninin 3 yerindən aldığı ağır qəlpə yaraları nəticəsində Qələbəyə 4 saat qalmış qəhrəmancasına şəhid olub.
       21 noyabr 2020-ci ildə Ağstafa torpağı igid övladını əbədiyyən qoynuna alır.
Ruhun şad olsun, şəhidim! Qəhrəmanlığın kitabalarla tarixə iz salacaq.

Aprelin 18-i Xəzər rayon MKS-nin təşkilatçılığı ilə Esmira Günəşin Ağstafa şəhidi Əliheydər Hüseynlinin xatirəsinə həsr etdiyi "Oğul düşmən çəpəridir!" kitabına onlayn təqdimat keçirildi. Tədbiri kitabxananın şöbə müdiri Nilufər xanım başlayaraq şəhidimizin həyatından bəhs edən povestdən bir parça səsləndirdi. Daha sonra sözü Esmira Günəşə verdi. Şairə xanım kitabıyla bağlı geniş məlumat verərək bildirdi ki, Ağstafanın Qırılı kəndinin şəhidi Əliheydər Hüseynlinin xatirəsinə həsr etdiyi "Oğul düşmən çəpəridir!" kitabı dörd fəsildən ibarətdir. İlk fəsil şəhidimizin həyatından bəhs edən povestlə başlayıb, ikinci fəsildə doğmalarının xatirələri yer alır, daha sonra şəhidimizə həsr olunan şeirlərin yer aldığı kitabın son fəsli onun həyatına aid hekayələrlə yekunlaşır. 
Daha sonra şəhidimizin anası Zabilə xanım çıxış edərək, hər kəsə təşəkkürünü bildirir. Bacıları bir-bir xatirələrindən danışaraq izləyiciləri kövrəldir. Ağstafa rayon MKS-in rəhbəri Solmaz xanım və eləcə də Qırılı kənd kitabxanasının rəhbəri də çıxış edərək kitabların bir tarix olduğunu, tarix yazan qəhrəmanların kitablarla tarixə çevrildiyini qeyd edirlər. Bir çox digər şəhid ailələrinin də iştirak etdiyi tədbirdə şəhid ailələri də çıxış edərək, kitabla bağlı duyğularını dilə gətirib, şəhidlərimizi tanıdan hər kəsə təşəkkür etdiblər. Tədbirin bədii hissəsində şairə Esmira Günəşlə yanaşı kitabda şeirləri yer alan digər şairə Əsli İsmayılqızı da şeirlər səsləndirib. Şəhidimizin bacısı qızı balaca Nigarın və şairə Esmira Günəşin oğlu Elgünün şeirləri də diqqətlə dinlənərək,  bəyənilib. Sonda hər kəsə təşəkkür olunaraq tədbir yekunlaşıb. Onu da qeyd edək ki, təqdimat zamanı iştirakçılar şəhidimizi guşəsi ilə də tanış olublar.

Kanal4.az

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03