Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində yeni layihə icra olunacaq

2021-04-14 19:54:21 189 baxış
Xəbər şəkil

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində yeni layihənin icrasına başlayır. Layihə 12 yaşayış məntəqəsini (Mirqurbanlı, Həsənabad, Qoltuq, Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə, Abbaslı, Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri) əhatə edir. İndiyədək bu yaşayış məntəqələrinin içməli su təchizatı modul tipli sutəmizləyici qurğular hesabına aparılırdı. Qlobal iqlim dəyişikilyi nəticəsində Kür çayında suyun azalması və Xəzər dənizi suyunun çay istiqamətində axması səbəbindən ilin isti dövrlərində həmin qurğuları xam su ilə təmin etmək mümkün olmur.

Yeni layihəyə əsasən, rayonunun 5 kəndini (Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri) içməli su ilə təmin etmək məqsədilə 450 mm diametrli polietilen borularla 11 km uzunluğunda magistral su kəmərinin tikintisi nəzərdə tutulub. Eyni zamanda yeni çəkiləcək magistraldan kəndlərdəki modul tipli sutəmizləyici qurğulara qədər 6 km paylayıcı su xətləri çəkiləcək. Yaradılacaq yeni infrastruktur içməli su ilə ötən il istismara verilmiş Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistraldan təmin olunacaq.

Mirqurbanlı və Həsənabad kəndlərinin, həmçinin Qoltuq məhəlləsinin su təchizatı Neftçala şəhərinin şəbəkəsi hesabına aparılacaq. Bu məqsədlə şəhər şəbəkəsindən həmin kəndlərə 5,7 km uzunluğunda yeni xətlər inşa olunacaq.

Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya çəkilmiş magistral kəmərin marşrutu boyu yerləşən Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə və Abbaslı kəndlərinə isə içməli su birbaşa magistraldan veriləcək. Bu kəndlərdəki modul tipli təmizləyici qurğuların təmiz su anbarına qədər ümumilikdə 3,8 km uzunluğunda yeni xətlər çəkiləcək.

7 yaşayış məntəqələsində tikinti-quraşdırma işlərinin 45 günə, digər 5 kənddə isə 75 günə yekunlaşacağı planlaşıdırılır. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra bu yaşayış məntəqələrinin 20 minə qədər sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. Rayonun digər kəndlərinin içməli su tələbatı isə müvəqqəti olaraq sudaşıyan maşınlar hesabına təmin ediləcək. Maşınlarla daşınan su həmin yaşayış məntəqələrindəki mövcud modul tipli təmizləyici qurğuların təmiz su çənlərinə doldurularaq ümumi istifadə üçün quraşdırılmış bulaqlara ötürüləcək.

Qeyd edək ki, son illər müşahidə olunan qlobal iqlim dəyişmələri nəticəsində Kür çayında suyun səviyəsinin azalması Neftçala şəhəri, həmçinin rayonun 38 kənd və qəsəbəsinin içməli su təchizatında ciddi çətinliklər yaradıb. Yaranmış problemin aradan qaldırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şirvan-Muğan qrup su kəmərindən Neftçala rayonuna 2 magistral su kəmərinin tikintisi layihələndirilib. Bu kəmərlərdən biri Neftçala şəhərinin, digəri isə rayonun kənd və qəsəbələrinin su təminatı üçün nəzərdə tutulub.

Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. Hazırda şəhər əhalisi dayanıqlı içməli su ilə təmin olunur. Rayonun 38 kənd və qəsəbəsini içməli su ilə təmin edəcək, eləcə də Neftçala şəhəri üçün alternativ olacaq ikinci magistral kəmərin tikintisi ilə rayonun içməli su problemi tam həllini tapacaq.

Kanal4.az

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03