Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Şəhidini tanımayan vətənpərvər ola bilməz!

2021-03-28 19:14:31 318 baxış
Xəbər şəkil

Şəhidini tanımayan vətənpərvər ola bilməz!

Bəzən atamı qınayırlar. Azyaşlı olduğum üçün şəhid ailələrini ziyat etməyə gedərkən məni də özüylə apardığına görə. Amma hər dəfə atamdan bunu mən özüm xahiş edirəm. Vətənimiz üçün, torpaqlarımızın azadlığı üçün canından keçən qəhrəmanlarımızın hər birini daha yaxından tanımaq istəyirəm. Bəzən getdiyimiz şəhid ailələri ilə ilk dəfə tanış olsam da elə doğmalıq yaranır ki, elə bilirəm əzizlərimdən biri də həmin ailələrdir və yenidən həmin ailələri ziyarət etmək istəyirəm.

Qarabağ müharibəsi çox ananın gözünü yaşlı qoydu. Mən istəmirəm analar ağlasın. Hələ bircə övladını şəhid verən analara necə təsəlli olmaq olar heç özüm də bilmirəm.

Sosial şəbəkələrdə şairə Esmira Günəşin (hansı ki, bu gün mənim uğurlarımın səbəbkarı odur) paylaşımlarında şəhidlərimizi gördükcə, onun ziyarət etdiyi ailələri tanıdıqca, mən də onun kimi şəhidlərimizi tanımaq və tanıtmaq qərarına gəldim. Fikirlərimi Esmira xanımla paylaşanda o, çox sevindi və bu yolda hər zaman mənə dəstək olacağını bildirdi. Beləliklə də, Esmira Günəş şəhidlərimizin xatirəsinə nəşr etdirdiyi lll cildlik “Unutmadıq şəhidim!” kitablarında mənim də şəhidlərimiz haqqında yazdığım şeirlərə yer ayırdı.

Kitab çap olunduqdan sonra biz birlikdə Salyanda yaşayan şəhid ailələrini ziyarət etdik və kitabları şəhid ailələrinə təhvil verdik. İlk getdiyimiz şəhid ailəsi Salyanın Qaraçala qəsəbəsindən olan şəhid Kənan Həsənovun ailəsi idi. Kənanın valideynləri bizi gözəl qarşıladı. Şəhidimiz haqqında söhbətlər edərkən qardaşı qolundakı saatı göstərib dedi ki: “Kənan şəhid olanda vəsiyət edib ki, saatımı qardaşıma çatdırarsız. Mən də gələndən qolumdan çıxarmamışam qardaşımın əmanətini.”

Bu söhbət mənə çox təsir etdi. Evə qayıtdıqdan sonra Kənan haqqında daha çox paylaşım etməyə başladım. Və bir müddət keçdikdən sonra Esmira xanım kitabın onlayn təqdimatı olduğunu dedi. Təbii ki, mən də tədbirə qoşuldum. Onlayn belə olsa xeyli şəhid ailəsi ilə tanış olub, xeyli şəhid tanıdım. Lakin təqdimat boyu bir şəhidimizin anası diqqətimi daha çox cəlb etmişdi. O, başqa analar kimi danışmadı. Sakitcə tədbir boyu ağlayırdı. Sonra Esmira xanımdan öyrəndim ki, həmin ananın adı Afətdir. Əslən Qubadlıdan olan Sumqayıt şəhidimiz Rüfət Mustafayevin anasıdır. 12 mart 1996-cı ildə anadan olan Rüfət evin tək övladı olub. O, şəhid olduğu gündən anasının göz yaşları qurumur. Hər gün səhər-axşam oğlunun məzarını ziyarət edən ananın gözlərinin nuru sönüb elə bil.

Bu sözlər mənə çox təsir etdi. Həmin söhbətdən sonra mən bu şeirimi Rüfət Mustafayevə həsr etdim və bir çox saytlarda paylaşdırdım.

Şəhid Rüfət Mustafayev

  • O gün sən bir zirvəyə
  • Ucaldın Qarabağda
  • Düşünmədən canını
  • Bağışladın torpağa
  • Evmin tək övladı
  • Hara getdin, ay bala?
  • Necə qıydın ki, anan
  • Dünyada sənsiz qala.
  • İndi göz yaşı tökür,
  • Anan sənsiz ağlayır.
  • Atan bilmir nə etsin
  • Ürəyini dağlayır.
  • Soldu bir çiçək təki
  • Arzularım puç oldu.
  • Bu şəhidlik zirvəsi
  • Rüfətə nəsib oldu.

Daha sonra öyrəndim ki, martın 12-si şəhidimizin ad günü olduğu üçün anım tədbiri hazırlanır, Esmira Günəşin şəhid Rüfət Mustafayevin xatirəsinə həsr etdiyi “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” kitabının təqdimatı və şəhidimizin 18 nömrəli məktəbdə yaradılan abidəsinin açılışı da məhz həmin gün olacaq. Ancaq çox istəsəm də müəyyən səbəblərdən həmin tədbirdə iştirak edə bilmədim. Bir neçə gün sonra atam məni Sumqayıta şəhid Rüfət Mustafayevin ailəsinə ziyarətə apardı. Bizi şairə Esmira Günəş şəxsən qarşıladı və biz birlikdə ailəni ziyarət etdik.

Rüfətin anası Afət ana, atası Zöhrab ata məni doğma balası kimi qarşılayıb, bağrına basdı. O qədər mehriban idilər ki, uzaqdan gəlsəm də heç yadlıq çəkmirdim yanlarında. Ailədə bizdən başqa qonaqlar da var idi. Hər biri çox mehriban, səmimi insanlar idi. Mən bu gözəl ailə ilə tanış olduqdan sonra şəhidimiz Rüfəti daha çox sevdim. Onun üzünü görə bilməsəm də, onun haqqında danışılanlardan anladım ki, o bir qəhrəmandır. Mənim qəhrəmanlarımdan biridir, Rüfət Mustafayev.

Evdəki şirin söhbətimizdən sonra mən şəhidimizin güşəsi ilə də yaxından tanış olub, hətta “Eminlə Birgə” verilişim üçün çəkiliş də etdim. Daha sonra biz birlikdə şəhidimizin abidəsini ziyarət etdik və şəhidlər xiyabanına yola düşdük. Şəhidlər xiyabanında yüzlərlə igid yuxuya getmişdi elə bil. Məzarları al güllərlə bəzənmişdi hər birinin. Çox qəribədir, elə bil ki bura bir başqa dünya idi. Sanki hər şəkilin sənə sözü var, baxdığın hər şəhid məzarı dilə gəlib səninlə söhbət edəcək. Şəhidimiz Rüfətin məzarına yaxınlaşdıqca qəribə hisslər keçirirdim. Axı mən qəhrəmanımla ilk dəfə görüşəcəkdim.

Biz məzar başında şəhidimizin ruhuna dualar oxuyub, oradan yavaş-yavaş uzaqlaşdıq. Afər ana və Zöhrab ata məni yola salarkən bir daha qucaqlayıb bağrına basdı. Biz atamla və şairə Esmira Günəşlə birlikdə yolumuza davam etdik. Şairəmizi öz evlərinə yola saldıqdan sonra üz tutduq Salyana, doğma kəndimiz Kərimbəyli kəndinə tərəf. Yolda atam tez-tez mənə baxır, dərin fikrə gedirdi. Bəzən ah çəkdiyini də hiss edirdim. Atama bəlli etməsəm də, onun niyə belə təsirləndiyini gözəl anlayırdım. Axı mən də evin tək övladıyam.

Emin Bayramlı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03