Ali Baş Komandan hər dəfə işğaldan azad olunmuş torpaqlarımızda tarixi səfərləri etdikcə böyük qürur hissi ilə görüntüləri izləyirik.
44 günlük müharibədə Azərbaycanın qalibiyyəti ilə yeni bir tarixə imza atdıq.Buna görə Ali Baş Komandana və Müzəffər Azərbaycan ordusuna minnətdarıq.İkinci dünya müharibəsindən sonra heç bir coğrafi cəhətdən kiçik dövlət müharibələrdə öz istəyinə çatmayıb.Bununla da ölkəmiz bir daha tarix yazdı.
Ali Baş Komandanın zəhmi,şücaəti ,rəhbərlik etdiyi ordusu,işğaldan azad edilmiş torpaqlarda etdiyi çıxışları, dünyaya ,ölkəmizə, daxili, beynəlxalq auditoriyaya hesablanmış mesajları bütün bunlar tam mükəmməl formadadır. İşğaldan azad edilmiş torpaqlarda həmdə Ali Baş Komandanın sevincini gördük.Azərbaycan xalqı olaraq isə bundan yalnız və yalnız qürur hissi keçirə bilərik.
Azərbaycan prezidentinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcəkdir.
Rəşhad Cəbrəyılov.
Kanal4.az

