Salyan Rayonun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, COVİD-19 əleyhinə peyvənd olunub
Ölkəmizin bütün regionlarında olduğu kimi, Salyan Rayonunda_da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması uğurla həyata keçirilir.
18mart 2021-ci il tarixində Salyan rayonun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov vaksinasiya prosesinin gedişi ilə maraqlanmaq və peyvənd olunmaq məqsədilə Salyan Rayonun Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub, lazimi tövsiyələrini verib.
Salyan Rayon Mərkəzi Xəstəxanasın Direktoru Ramin Qasımov, COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək Səviyyədə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlərin görülməsi, bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi barədə məlumat verib.
Salyan Rayonun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, peyvəndən öncə həkim tərəfindən müayinə edilib, hərarəti və təzyiqi ölçülüb. Daha sonra vaksinasiya üçün ayrılmış xüsusi otaqda tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olunub. Sevindik Hətəmov, qaydalara uyğun olaraq, həkim nəzarəti altında 30 dəqiqə gözləmə otağında saxlanılıb.
Bu gün Salyan rayonun İcra Hakimiyyətinin bir qrup vəzifəli əməkdaşları da peyvənd olunub və özlərini yaxşı hiss etdiklərini bildiriblər.
Daha sonra vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərlə səmimi söhbət edən İcra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu gün vaksinasiya olma kampaniyasında hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab" İlham Əliyevə"və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Kanal4.az
Emin Xuduyev


