Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Kəlbəcərə 32 ildən sonra Böyük Qayıdış

2025-08-26 09:04:25 192 baxış
Xəbər şəkil

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ölkə başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın Böyük Qayıdış Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək önəmin bariz nümunəsidir. Uzun illər erməni işğalı altında qalmış bu rayon böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və infrastrukturların çoxu tamamilə məhv edilmişdi.  Hazırda rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına zəmin yaradır. Dövlətimizin başçısının və birinci xanımın bu səfəri zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır. Kəlbəcər şəhəri illər sonra doğma sakinlərinə qapılarını açır, 32 illik həsrətin ardından yenidən canlanır. Bu qayıdış yalnız torpaq məsələsi deyil, hər addım xalqın iradəsini, dövlətin qüdrətini və milli qüruru əks etdirir. Kəlbəcər yenidən həyatla dolur, doğma sakinlərini qucaqlayır və gələcəyə ümidlə baxır. Beləliklə, bu qayıdış həm xalqın əzminin, həm də dövlətin qərarlılığının və milli birliyin parlaq simvoluna çevrilir. 
Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı burada yerli sakinlərlə keçirdiyi görüşlər siyasi-mənəvi əhəmiyyət daşyır. Belə görüşlər 30 illik məcburi köçkünlük həyatı yaşamış insanların öz dədə-baba yurdlarında bundan sonra sülh və əmin-amanlıq içərisində, tam təhlükəsiz şəraitdə yaşayacaqlarına inamlarını daha da gücləndirir, onlara ruh yüksəkliyi bəxş edir. Digər tərəfdən isə, həm ölkəmizdə cərəyan edən proseslər, həm də qlobal miqyasda baş verən və ölkəmizə bu və ya digər şəkildə bilavasitə təsiri olan hadisələr barədə birbaşa ölkə rəhbərinin açıqlamalarını eşitmək insanlarda həmin hadisələrə düzgün baxış bucağının formalaşması üçün ən əlverişli amildir. 
Cənab Prezidentin “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” sözləri Kəlbəcərin işğaldan azad olunmasının sadəcə hərbi-siyasi qələbə deyil, həm də milli qürurun təntənəsi olduğunu göstərir. 32 illik həsrətdən sonra kəlbəcərlilərin doğma yurdlarına qayıtması Azərbaycan xalqının iradə və dözümlülüyünün təzahürüdür. Çadırlarda, yataqxanalarda və ağır şəraitdə yaşayan məcburi köçkünlərin doğma yurda dönüşü Azərbaycan dövlətçiliyi üçün həm mənəvi, həm də sosial-siyasi baxımdan dönüş nöqtəsidir.
Dövlət başçısının nitqində xüsusi vurğulanan məqam Kəlbəcərin strateji mövqeyi idi. 1993-cü ildə Kəlbəcərin işğalı Ermənistanla o vaxtkı qondarma “Dağlıq Qarabağ” arasında genişmiqyaslı coğrafi bağlantı yaratmış və işğalın dərinləşməsinə şərait formalaşdırmışdı. İlham Əliyev açıq şəkildə bildirdi ki, o dövrdə hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin xəyanətkar siyasəti strateji ərazilərin itirilməsi ilə nəticələnmişdi. Bu isə Azərbaycanın sonrakı onilliklərdə üzləşdiyi təhlükələrin əsasını qoymuşdu.
Cənab Prezident çıxışında Ermənistanın pulsuz silahlarla təmin edilməsini, işğalçı dövlətə siyasi və hərbi dəstəyin verilməsini Azərbaycanın suverenliyinə qarşı beynəlxalq ikili standartların göstəricisi kimi dəyərləndirdi. Bununla yanaşı, İlham Əliyev vurğuladı ki, Azərbaycan heç vaxt bu reallıqla barışmayıb, güclü iqtisadiyyat və güclü ordu quraraq 2020-ci ildə öz haqq savaşını qələbə ilə yekunlaşdırdı.
44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın tarixi hədəflərinə çatmasını təmin etdi. Cənab Prezidentin vurğuladığı kimi, xalq və ordu bir yumruq kimi birləşərək Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Kəlbəcər isə bu kapitulyasiyanın nəticəsində bir güllə atılmadan azad edildi. Bu fakt Azərbaycanın gücünün yalnız hərbi sahədə deyil, həm də siyasi-diplomatik müstəvidə təsdiqidir.
Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri və çıxışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinin əhəmiyyətini bir daha göstərdi. Bu səfər çərçivəsində həyata keçirilən tədbirlər və verilən mesajlar ölkənin ərazi bütövlüyünün bərpası və vətəndaşların rifahının təmin olunması istiqamətində atılan mühüm addımların nümunəsidir.

       Vəfa Məmmədova,  
       MİHİ Salyan Rayon Komitəsinin sədri

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04