Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Kremlin Bakıya qarşı “qulaqardı siyasəti”

2025-07-29 12:55:04 160 baxış
Xəbər şəkil
 
Rusiyanın Azərbaycandan edilən çağırışlara etinasız münasibəti bu ölkənin etibarını tam sarsıdır

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində Rusiyanı Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərinə götürməyə çağırıb.  Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur.

“Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi - red.) ilə başladı. Qəza Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş verib və biz bunun necə baş verdiyini bilirik - bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”, - H.Hacıyev əlavə edib.

Bundan bir neçə gün əvvəl Prezident İlham Əliyev də Xankəndidə keçirilən forumda Rusiyaya bu istiqamətdə çağırış etmişdi.

Üstəlik, son bir həftədə Bakı Rusiyaya müəyyən jestlər də edib. Bunlardan birincisi, Prezident İlham Əliyevin Amurdakı "An-24" qəzası ilə bağlı Putinə başsağlığı məktubu ünvanlamasıdır. İlham Əliyevin bu başsağlığı məktubunu Kremlə yaxın olan Telegram kanalları da “diplomatik jest” olaraq qiymətləndiriblər. AQTA da Rusiyadan bəzi məhsullara qoyulan qadağanı aradan qaldırdı. Nəhayət, H.Hacıyev məlum müsahibəsində Ukrayna və Rusiya liderləri arasında Bakıda görüş təşkil etməyə hazır olduqlarını bildirib. Moskva isə bu çağırışları qulaqardına vurur. Kremlə yaxın media, Telegram kanalları Azərbaycanı hədəf alan təxribatçı məqalələrin sayını artırıb. Bəs Rusiya bu çağırışları niyə qulaqardına vurmaq siyasəti aparır?

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, Azərbaycan tərəfin jestlərinə Kreml adekvat deyil: “Azərbaycan regionda sülhün, sabitliyin və konstruktiv əməkdaşlığın tərəfdarıdır. Məhz bu mövqe ilə çıxış edən ölkəmiz istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə dialoqa və qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür. Rusiya ilə münasibətlər də uzun illər məhz bu çərçivədə inkişaf edib. Lakin son zamanlar müşahidə edilən laqeyd və məsuliyyətsiz yanaşmalar, xüsusilə AZAL təyyarəsinin vurulması ilə bağlı Moskvanın tutduğu mövqe cəmiyyətimizdə haqlı narahatlıq doğurur. Azərbaycan tərəfi açıq şəkildə, diplomatik kanallarla və ali səviyyədə məsələni gündəmə gətirib. Cənab Prezident İlham Əliyev Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda bu məsələni qaldıraraq Rusiya tərəfini məsuliyyətli davranmağa çağırıb. Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın nüfuzlu nəşrinə verdiyi müsahibədə bir daha aydın şəkildə bildirib ki, bu faciə Rusiya hava məkanında baş verib və Azərbaycan ədalətli münasibət və məsuliyyət gözləyir. Rəsmi Bakı buna baxmayaraq, münasibətlərdə konstruktivliyi qorumaq üçün bir sıra diplomatik jestlər də edib. Cənab Prezident İlham Əliyevin Amur vilayətində baş verən aviaqəza ilə bağlı Rusiya prezidentinə başsağlığı ünvanlaması, Rusiyadan bəzi məhsullara qoyulmuş qadağaların aradan qaldırılması  bu jestlərdən yalnız bir neçəsidir. Təəssüf doğuran məqam isə odur ki, Kremlin bu jestlərə adekvat cavabı yoxdur. Əksinə, Rusiyanın bəzi rəsmi dairələrinə və mediaya yaxın olan platformalar Azərbaycanı hədəf alan, əsassız və təxribat xarakterli materialların yayımını artırıb. Bu isə açıq şəkildə münasibətlərin pozulmasına xidmət edir və dostluq, qonşuluq prinsipləri ilə ziddiyyət təşkil edir. Təbii ki, Rusiyadan fərqli olaraq Azərbaycan dialoqa və əməkdaşlığa sadiqdir. Lakin bu sadiqlik qarşı tərəfin məsuliyyətsizliyinə bəraət qazandırmamalıdır. İlk növbədə rəsmi Moskva bölgədə yaranmış yeni geosiyasi reallığı qəbul etməli və məsuliyyətli tərəfdaş kimi davranmalıdır. Əks halda, Rusiya özü üçün strateji əhəmiyyət daşıyan bir regionda etibarını sürətlə itirəcəkdir”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bildirdi ki, münasibətlərin bugünkü vəziyyətinin səbəbkarı Rusiyadır: “Bunu hətta Rusiyada da deyənlər var. Amma niyə və hansı səbəbdən bu eskalasiyaya gedirlər? Düşünürəm ki, burada bir sıra səbəbləri bir-birindən ayırmaq olmaz. Rusiya-Ukrayna müharibəsi uzandıqca, itkilər artdıqca, istədiklərini əldə etmədikcə, rəsmi Kremlin ritorikasında əsəbilik, qonşularına qarşı aqressivlik xeyli zamandır ki, hiss olunurdu. Bu aqressivliyin nəticəsində adekvat olmayan qərarlar qəbul olunurdu. Məsələn, işğal etdiyi Ukrayna ərazilərinin öz ərazilərinə birləşdirilməsi haqqında verdiyi qərar anlaşılan deyildi. Hansı ki, müharibənin dayandırılması ilə bağlı danışıqların getdiyi bir vaxtda belə bir addımın atılması kökündən yanlış idi. Amma bundan sonra qonşularından həmin əraziləri Rusiya ərazisi kimi tanımasını istəməsi isə heç bir normalara sığmırdı. Azərbaycan bu müharibədə Ukraynanın ərazi bütövlüyünü tanıyır, proseslərin içində hər iki tərəflə diplomatik və qonşuluq münasibətlərini qorumağa çalışırdı. Amma görünür, bu, rəsmi Kremli qane etmirdi. Başqa səbəb Cənubi Qafqazda davamlı sülhün yaradılması istiqamətində gedən danışıqlar, bu danışıqların vasitəçisiz Ermənistanla Azərbaycan arasında getməsi və nəticə etibarilə sülh müqaviləsinin imzalanmasına çox yaxınlaşması idi. Eyni zamanda Zəngəzur dəhlizinin yenə də Rusiyanın iştirakı olmadan açılması perspektivlərinin real görünməsi də onları çox narahat edirdi. Görünür, bütün bunlarda Rusiya əsasən Azərbaycanı günahkar bilir. O səbəbdən bütün istiqamətlərdən hücumları Azərbaycana istiqmətləndirib. Bu da Ukrayna bataqlığından çıxa bilməməsi ilə bağlı yaranmış kompleksdən irəli gəlir. Bu ilin əvvəllərindən Azərbaycan tərəfi maksimum şəkildə bu gərginliyin olmaması üçün əlindən gələni edirdi. Azərbaycan Prezidenti 9 may Qələbə günü Moskvaya dəvəti qəbul etmişdi və bununla da mesaj vermişdi ki, biz eskalasiyada maraqlı deyilik, siz də maraqlı olmayın və təyyarə qəzasına münasibət bildirin. May ayına qədər bu münasibət olmadığına görə prezidentin Moskva səfəri olmadı. Əslində bu prosesdə əsas günahkar özləri olsa da, mətbuatları və Kremlə yaxın saytlar Azərbaycana qarşı təbliğat kampaniyasına başladı. Doğrudur, hələlik Rusiya prezidenti, xarici işlər naziri və üzdə olan böyük siyasi fiqurlar bu istiqamətdə fikir bildirməsələr də, televiziya proqramlarında, qəzet və saytlarda Azərbaycana olan hücumların ən yüksək səviyyədə tapşırıqdan sonra olmasını göstərir. Amma istənilən halda bu siyasət hazırkı durumda Rusiyanın bütün istiqamətlər üzrə əleyhinə işləyir”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04