Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Konstitusiyamız artıq bütün Azərbaycan ərazisində qüvvədədir

2024-11-12 11:31:51 453 baxış
Xəbər şəkil

     Noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 29-ci ili tamam oldu. 1995-ci ilin həmin  tarixində keçirilən ümumxalq referendumunda xalqımız özünün suveren hüququndan istifadə edərək müstəqil dövlətimizin konstitusiyasının qəbul edilməsinə səs verdi. Konstitusiyanın qəbulu xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. 
     1995-ci il noyabrın 12-də keçirilən referendumda konstitusiyanın qəbul edilməsi Azərbaycanın müasir tarixinin mühüm siyasi hadisəsinə çevrildi. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi də daxil olan Əsas Qanunun qəbul edilməsi respublikamızın həyatında yeni dəyişikliklərə yol açdı. Konstitusiyanın qəbulu müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu. "1995-ci ildə referendum yolu ilə qəbul edilmiş konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur", - deyə Prezident İlham Əliyev bildirmişdir. 
     Azərbaycan Konstitusiyasının qəbulundan sonra ötən illərin mənzərəsi təsdiq edir ki,  Ulu Öndər Heydər Əliyevin başlatdığı, ötən 21 ildə Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kurs konstitusiyamızın preambulasında yer alan demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərin həyata vəsiqə almasını təmin edib.  
     Konstitusiyamızın preambulasında yer alan niyyətlərdən biri də Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfərlə və bu ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatizminə son qoymaqla Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev konstitusiyamızdakı bu niyyətin tam reallaşmasını təmin  etdi.
     Konstitusiyamızın 11-ci maddəsinin birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Vətən müharibəsindəki qələbə ilə Ana Qanunumuzun bu müddəası təmin edildi. Ərazi bütövlüyümüzün təminatçısı kimi Prezident cənab İlham Əliyev bu konstitusion normanı qətiyyətlə reallaşdırdı. Azərbaycan dövlətinin və xalqımızın pozulmuş konstitusion hüquqlarını tam bərpa etdi. 
     Konstitusiyada Azərbaycan vətəndaşlarının bütün hüquqları ən demokratik meyarlara uyğun təsbit olunub. Lakin torpaqlarımızı işğal edən Ermənistan yüz minlərlə vətəndaşımızın doğma yurdda təhlükəsiz yaşamaq, azadlıq, mülkiyyət, mənzil toxunulmazlığı və digər konstitusion hüquqlarını pozmuşdu. Şəhər və kəndlərimizin işğaldan azad edilməsindən sonra qarşılaşdığımız acınacaqlı mənzərələr, evlərin daşlarına qədər sökülməsi, təbii sərvətlərimizin talan edilməsi xalqımızın hüquqlarının pozulmasının ayrı-ayrı nümunələridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin nəticəsində  Azərbaycan dövləti öz vətəndaşlarının Ermənistan tərəfindən pozulmuş konstitusion hüquqlarını qətiyyətlə bərpa edir.
     Bu gün xalqımız bütün milli bayramlarını, əlamətdar tarixlərini, o cümlədən Konstitusiya Gününü daha böyük coşqu və qürur hissi ilə qeyd edir. Ona görə ki, indi bütün torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa edilib. Tarixi zəfərimiz dövlətimizin konstitusion əsaslarını da tam təmin etdi. Artıq konstitusiyamızın normaları bütün Azərbaycan ərazisində qüvvədədir.

Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04