Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Elmin zirvəsini 52 ilə sığdıran Azərbaycan qadını - Aida İmanquliyeva

2024-10-10 10:38:54 198 baxış
Xəbər şəkil

Bü gün tanınmış şərqşünas alim, ədəbi tənqidçi, professor Aida İmanquliyevanın doğum günüdür.Aida Nəsir qızı İmanquliyeva 10 oktyabr 1939-cu ildə görkəmli elm xadimi və ictimai xadim, professor Nəsir İmanquliyevin və əsilzadə ailəsinin yetirməsi Gövhər Sultanzadənin ailəsində dünyaya göz açıb. Atası Nəsir İmanquliyev bütün şüurlu fəaliyyətini Azərbaycan cəmiyyətinin maariflənməsinə həsr edib. Professor Nəsir İmanquliyev o dövrün ən populyar qəzetlərindən olan – "Bakı” qəzetini yaradıb və ömrünün sonuna qədər bu qəzetə rəhbərlik edib. Azərbaycan və rus dillərində nəşr olunan bu qəzet dövrünün ən oxunaqlı qəzetlərindən biri olub. 

Paytaxtdakı 132 saylı orta məktəbdə təhsil alan Aida İmanquliyeva hələ yeniyetmə yaşlarından həmyaşıdlarından fərqlənib. Orta məktəbi qızıl medalla bitirən A.İmanquliyeva 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olur və 1962-ci ildə bu ali təhsil müəssisəsini də qırmızı diplomla başa vurur. Daha sonra ittifaq dövlətlərinin paytaxtı sayılan Moskvaya üz tutan Aida xanım burada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirir.
Onlarla alim yetişdirən böyük şərqşünas alim...
Peşəkar fəaliyyətdə əldə olunan bütün nailiyyətlərin kökündə əzmkarlıq və zəhmətin dayandığını qətiləşdirən böyük alimin ilk iş yeri Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçisi vəzifəsi olur. Ardınca bu insitutda baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini və həmin insitutun direktoru vəzifələrini tutan Aida İmanquliyevanın rəhbərliyi dövründə Yaxın və Orta Şərq Xalqları İnstitutunun fəaliyyətində yeni mərhələ başlayır. 

Milyonlarla oxucunun sevə-sevə oxuduğu ədəbi əsərləri ana dilmizə çevirən Aida İmanquliyeva həmçinin Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olur. Moskva, Bakı, Düşənbə, Hamburq şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edir, Azərbaycan elmini beynəlxalq müstəvidə tərənnüm edir. 

Hazırda müxtəlif elmi tədqiqat insitutlarında və universitetlərdə çalışan şərqşünasların arasında Aida xanımın yetirməsi olan çoxlu alimlər var. Onlarla doktorluq və namizədlik dissertasiyalarının müdafiəsinə rəhbərlik edən A.İmanquliyeva həm də peşəkar elm təşkilatçısı idi. O, öz xarakteri ilə bütün kollektivin sevgisini qazanır, kollektiv arasında ayrıseçkilik qoymur, onlara analıq qayğısı göstərirdi.Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın yoxluğundan 32 il ötsə də, xatirəsi yaddaşlarda yaşayır. Bu gün də təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları aktuallığını qoruyub saxlayır. Gənc nəsil Aida İmanquliyevanın əsərlərinə daim müraciət edir. Onun intellektual irsi müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır.

O hər yerdədir: Sevənlərin qəblində, tələbələrin xatirələrində...

Aida İmanquliyeva istedadlı alim, peşəkar elm təşkilatçısı olmaqla yanaşı qayğıkeş ana, sədaqətli həyat yoldaşı idi. Nəinki ailəsinin və qohumlarının, ona müraciət edən insanların hamisinə çevrilən Aida xanımın vaxtsız vəfatı onu sevənləri sarsıtdı. İş yoldaşlarının dediyinə görə, sağlığında Aida xanımın ad gününü kollektivlə birgə qeyd edərlərmiş. Dostlarından gül dəstələri qəbul edən Aida xanım bunu çox sevir və xüsusi qiymətləndirirmiş. Bəlkə də hiss edirmiş ki, ömrü qısadır və bu səbəbdən ona göstərilən hər bir diqqəti dəyərləndirərmiş.

1992-ci il sentyabrın 19-da 52 yaşında dünyasını dəyişən Aida İmanquliyevanın hazırda 2 qız və 6 nəvə yadigarı qalıb. Böyük qızı akademik Nərgiz Paşayeva  Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidentidir. Eyni zamanda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir. Nərgiz xanım qızına öz anasının adını qoyub. 36 yaşlı Aida Mahmduova rəssamdır. YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir.

Kiçik qızı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun prezidentidir. Uzun illər UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının rəhbəridir. Peşəkar idarəçilik qabiliyyəti, xeyriyyəçi fəaliyyəti ilə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da məşhurluq qazanan Mehriban xanım anasının yolu ilə gedir. Eynən anası kimi o da ehtiyacı olan insanların hamisinə çevrilib. İnsanların problemlərini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edən M.Əliyeva Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği üçün durmadan çalışır. Bütün səyini dövlətimizin güclənməsinə, vətəndaşların rifah halının yüksəldilməsinə yönəldib.Hesab edirik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anası Aida xanım haqqında dedikləri bu qeydlərimiz üçün ən yaxşı sonluq ola bilər: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri İslam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurub. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir”.

Hər bir insan həyata bir dəfə gəlir. Bu həyat həm də bir sınaqdır. Kimi bu sınaqdan üzüağ çıxır, kimi isə yaşadığı ömrü hədər verir. Aida İmanquliyeva qısa ömür yaşasa da, həm fəaliyyət zəminində, həm də təvazökar həyat tərzinə görə sözün əsl mənasında fərqlənməyi bacarıb. Böyük alimin xatirəsi onu sevənlərin xatirəsində və Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq!

Sonsuz sevgi və dərin ehtiramla anırıq! 

Pərvanə Əliyeva (İsmayılova)
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi müşavir-katib

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04