Azərbaycan sülh istəyir
Son illər ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində milli maraqlarımızı təhdid edən hadisələr baş verir.İrəvanda iqtidardan olanlar,revanşistlər müxtəlif çağırışlar edirlər. Kapitulyasiya aktının imzalanmasından sonra Ermənistanın havadarları bölgədə sabitliyin olmaması, sülhün əldə edilməməsi üçün əllərindən gələni edirlər. Azərbaycanın irəli sürdüyü 5 prinsip bazasında sülh sazişinin imzalanmasına müxtəlif əngəllər yaradırlar. Ermənistanı deyilən yalanlara yenidən inandırmaq üçün Praqada, Brüsseldə, Soçidə, Moskvada, Vaşinqtonda saysız görüşlər təşkil edilir. Bakının təqdim etdiyi şərtlər daxilində qarışılıqlı anlaşmanın əldə edilməsi çox reallıqa uyğundur.
Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi.
Dünya birliyi ağır müharibədən çıxan bir dövlətin çox qısa zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələri heyranlıq və qısqanclıqla izləyirlər.Bu işlər heç kimdən yardım almadan, kiçik bir dövlətin böyük imkanları hesabına reallaşdırılır. Bu gün bölgədə çox güclü, inkişaf etmiş və qüdrətli Azərbaycanın mövcudluğu bir çoxları üçün qəbuledilməz sayılır. Tarixi Zəfərlə şəhidlərimizin qanı, canı bahasına dövlət və xalq olaraq yaratdığımız yeni reallıqlar özünü doğruldur. Bu gün Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əməkdaşlığın genişləndirilməsində əsas amillərdən biridir.
Vəliyeva Südabə
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru