Həmrəylik və birlik nümunəsi
Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq Azərbaycan Ordusu 44 gün davam edən əks-hücum əməliyyatarı ilə ötən ilin noyabr ayında ta¬rixi qələbəyə imza atdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli atəşkəs bəyanatı imzalandı. Beləliklə, Silahı Qüvvələrimizin və müzəffər ordumuzun şanlı qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi.44 günlük müharibə ərzində 30 illik torpaq həsrətinə son qoyuldu. Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.Prezident İlham Əliyevin qətiyyti, müdrikliyi, ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində işğalçılara layiqli cavab verildi. «Dəmir Yumruq» əməliyyatı nəticəsində torpaqlarımız azad edilməsi ilə bərabər işğalçının "məğluedilməz ordu” mifi tamamilə dağıdıldı.Bir çox xarici təşkilatlar, qurumlar, siyasi dairələr hərbi münaqişənin heç bir nəticəsinin olmayacağı fikrini irəli sürürsələr də, cənab Prezident İlham Əliyev “Dəmir Yumruq”əməliyyatı ilə münaqişənin həllinin qısa bir zamanda mümkünlüyünü dünyaya sübut etdi. Bununla da, nəyi nə zaman və necə edəcəyini əminliklə bilən dövlətimizin başçısı düşməni həm diplomatik, həm də hərbi sahədə məğlub etdi, emənilərin “Böyük Ermənistan” xülyası puç etdi.Hazırda Azərbaycan bu möhtəşəm zəfərinə görə regionda gedən proseslərin bütün açarlarını öz əlində cəmləşdirir. Prezident İlham Əliyevin əldə etdiyi diplomaik uğurlar, hərbi sahədə qazanılmış qələbə ilə Azərbaycan regionda yeni siyasi reallıqlar yaradıb. Praktiki şəkildə özünü göstərən bu reallıqlar Azərbaycanın daha da inkişafına xidmət edir.
Vətən müharibəsinin gedişində xalqımızın bir daha “Dəmir Yumruq” kimi birləşməsi, öz rəhbərinin ətrafında səfərbər olması mili həmrəyliyimizin nümunəsi oldu. Bu savaş zamanı nəinki ölkə daxilində yaşayan azərbaycanlılar, habelə xaricdəki soydaşlarımız erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apararaq birliyimizin daimi və sarsılmaz olduğunu dünyaya nümayiş etdirdilər. Azərbaycan xalqı Ali Baş Komandanla birgə qələbəyə addım-addım yaxınlaşdı və düşməni darmadağın etdi.Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq”.Bəli, Vətən müharibəsi bir daha xalqımızı yumruq kimi birləşdirdi. Yaşadığı ölkədən, tutduğu vəzifəsindən, sosial statusundan aslı olmayaraq hər kəs vahid milli amallar ətrafında səfərbər oldu.
Zaur Məmmədov,
YAP Şəmkir Rayon Təşkilatının Məsləhətçisi