Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

2023-11-28 10:46:17 95 baxış
Xəbər şəkil

Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət sayəsində Azərbaycanın dünyada dostlarının sayı artmaqdadır. Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri də bu baxımdan, ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.Prezident İlham Əliyev İraq Respublikasının Prezidentinin səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız İraqla Azərbaycan arasında əlaqələr, Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxlaması, 2020-ci ildə Azərbaycanın işğala son qoyması, cari ildə ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini təmin etməsi, hal-hazırda Azərbaycanın sülhün bərqərar olması istiqamətində atdığı addımlar barədə məlumat verdi. Azərbaycan və İraq bütün beynəlxalq təşkilatlarda hər zaman həmrəylik nümayiş etdirir, bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasının tərəfdarı olduğunu bəyan etmiş və bütün ölkələri beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə çağırış etmişdir. Təəssüf ki, bir sıra böyük dövlətlər digər regionlarda sülhün yaranmasına mane olur, regionlarda yeni müharibə ocaqlarının yaranmasına çalışırlar. Bu dövlətlər öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün bəzi dövlətlərdən oyuncaq kimi istifadə edirlər. Tarix boyu müstəmləkə siyasəti yürüdən Fransa Cənubi Qafqazda öz çirkin siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edib və bu niyyətini bu gün də davam etdirir. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistana Fransa hər zaman dəstək verib. Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb. Ermənistan dövləti isə Qərbdəki havadarlarının dəstəyi və köməyi ilə işğalı davam etdirirdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq hərbi yolla torpaqlarını işğaldan azad etdi və Qarabağda öz suverenliyini tam bərpa etdi. Artıq ölkəmizin bütün ərazisində Azərbaycan bayrağı dalğalanır. Lakin Ermənistan hakimiyyəti bu gün də Fransanın təsirindən çıxıb sülh müqaviləsi bağlamağa cürət etmir. Ölkə başçımız çıxışında bir daha sülh danışıqlarının heç bir dövlətin vasitəçiliyi olmadan Azərbaycan Ermənistan arasında aparılmasının müsbət nəticələnə biləcəyini vurğuladı. Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Təsadüfi deyil ki, səfər çərçivəsində aparılan müzakirələrdə tərəflər  bir çox fəaliyyət sahələrində, o cümlədən infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizmin, təhsilin və digər sahələrin təşviqi ilə bağlı xoş niyyətlərini ifadə ediblər. Bütövlükdə, iki ölkə arasında imzalanmış sənədlər əlaqələri daha yüksək səviyyəyə çatdıracaq. Bütün bunlar Azərbaycan-İraq əlaqələrinin dinamik inkişafına təkan verən amillərdir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon Təşkilatının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04