“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.
İyun ayının 17-də saat 10:00-da “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.Bu barədə məlumat imtahanda iştirak hüququ yaranmış şəxslərin mobil əlaqə nömrələrinə göndərilib. İmtahan Salyan rayon 4 nömrəli tam orta məktəbdə keçirilib
Müsabiqədə iştirak üçün 103 nəfər namizəd qeydiyatdan keçib, test imtahanı mərhələsində isə 92 nəfər namizəd iştirak hüququ qazanıb.
Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunub.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkar etmək, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.