Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Aygül Bağırova: Bir qadın kimdir əslində

2023-02-20 17:54:08 68722 baxış
Xəbər şəkil

Küçədə bir qadın öldürülür, meyitin ətrafına toplananlar: yəqin əxlaqsızmış ona görə gecənin bu saatında çöldəymiş, mini geyinib, milli dəyərlərimizə uyğun deyil. Nə işlə məşğul olduğu məlumdu, gecə çöldə qadın xeylağının nə işi vardı, günah öləndə olur, görəsən kimin yuvasını yıxıb, Allah cəzasını verib... kimi debil mühakimələr yürüdürlər. "Əsas məsələ” müzakirə olunur, qadın kənarda qalır. Qadının öldürülməsinin cinayət olduğu həqiqəti kimsənin umrunda deyil. Qadın niyə o saatda küçədəydi - empati qurmaq zəhmətinə heç kim girmək istəmir, çünki mühakimə etmək ən asan yoldu. Onların haqqını qorumaq üçün küçələrə çıxıb etiraz nümayişi edənlər haqqında isə "aydınlarımız”, "oxumuşlarımız”, "qanun müdafiəçilərimiz” layiqsiz ifadələr işlədirlər.
  Son illərdə sürətlə qadınların ərləri tərəfindən öldürülməsi xəbəri məni çox üzür. Normal təfəkkürdə insanların qalmadığı qorxusu bürüyür məni hərdən. Siz evinizdə, qonşuda, qohumlar arasında, iş yerində - hamısını göz önünə gətirib bir fikir ortaya qoyun görək bu insanlardan neçəsi ailədə qadına insan kimi münasibət göstərir, ailənin ortaq sorumluluqlarını anlayır. Qadını uşaq dünyaya gətirən, yemək bişirən, paltar yuyan, həyat yoldaşının istəklərini yerinə yetirən maşın kimi görən cəmiyyətin üzvləriyik. Biri azacıq etiraz edəndə dindən sitat gətirirlər: "Kişi Allahın yerdə kölgəsidir!”. Bəs qadını Allah yaradanda sizə əmanət etmədimi? Cənnəti ananın ayağının altında olduğunu demədimi Yaradan? Təkcə o qadına zülm edən kişinin anasınınmı ayağının altındaymış Cənnət?
  Evinə girərkən üzünü turşutmadan mehibanlıqla salam verən, "Necəsən, canım?” - soruşanlar neçə nəfərdir? Əlində bircə güllə gəlib: Keçərkən bu gülü gördüm, səni xatırladım, deyib könlünü xoş edərək dünyanı ona bağışlayan, "bu gün doğum günündür”, "ilk tanışlıq günümüzdür”, "evləndiyimiz gündür”  və sair deyib, çıxaq çöldə yemək yeyək, bu gün sən hazırlama dincəl deyən, "uşaqlar bütün gün səni yorur, mən onları parka çıxarım, sən işlərini rahat həll et” deyən, dadlı olmasa belə, "əllərinə sağlıq çox dadlı olmuş” deyən, "kömək eləyim birlikdə süfrəni yığışdıraq, çox yoruldun... deyən bir kişiyə rastladınızmı? Təbii ki, bütün gün ağır işlərdə çalışıb evə yorğun gələn həyat yoldaşının bu işləri görməsinə imkan verməz Azərbaycan qadını, amma könlü xoş olar, dəyərli olduğunu anlar. Qadınına "Səni çox sevirəm” deməyi özünə əksiklik bilən, amma kənardakının "qadasını alan” kişi daha normalmı hiss edir özünü?Həyatını birlikdə sürdürə bilməyənlərin boşanmağa qərar verib, mehribanlıqla, mədəni surətdə, uşaqların problemlərini ortaq həll emək razılaşmasıyla ayrılan gördünüzmü? Hər iki tərəfi düşmən etmədən, üçüncü-beşinci dərəcə qohumların, bu bizim məsələmizdi, siz qarışmayın deyib burunlarını soxmasını əngəlləyən varmı? Alimenti hər ay məhkəməyə müraciət edilmədən verənlər? Boşandıqdan sonra qadını ilim-ilim izləyib hara gedir, kimlə görüşüb papağımı yerə soxur, deyə düşünən başsızlar? "Namusunu təmizləmək üçün” boşandığı qadını öldürərək həbsxanaya "dik başla girən”, orada əl üstə tutulacağını düşünən xəstə təfəkkürlülər? Boşandıqdan sonra hər işinə qarışıb həyatını zindan edən, zəng edib təhdid edən, "qısa geyindin, dekolte geydin, çox gəzirsən, işləməyəcəksən” kimi əmrlərlə ailə bağı bitmiş qadına özünü hiss etdirmək, həyatının hər nöqtəsində ortada olan məntiqsiz fikirli kəmağıllılar?..
Qadının işləməsi, açıq geyinməsi, kişiyə etiraz etməsi, həyatını istədiyi kimi yaşamaq istəməsi milli dəyərlərimizə uyğun deyil, amma kişinin ailədən kənarda qadın bəsləməsi, evdəkini dəyərsiz sayması, əl qaldırması, istəklərini yerinə gətirməməsi, söyüş söyməsi, "küçüyünün səsini kəs, mən yatmalıyam, sabah işə gedəcəm” kimi məsuliyyətsiz, məntiqsiz, tərbiyəsiz ifadələri... milli dəyərlərə uyğundur eləmi?
Qadınlarımız bütün bunlara niyə səbr edir? Niyə öldürülmək aşamasına qədər dözür? Çünki savadsızdı çoxu, sənət belə öyrənməmişlər. Qorxur ki, boşansa, "gəlinliklə o evə girdin, kəfənlə çıxacaqsan” deyən "dağ kimi” valideynləri arxasında durmayacaq, qadın müdafiə cəmiyyətləri kağız üzərində fəaliyyət göstərir. Dost-tanış öz gündəlik dolanışıqları hayındadır. Ona görə də ərin döyməsinə, söyməsinə boyun əyib, "bəlkə düzələr, bir az dözüm görək nolur” düşüncəsi ilə ömrünü başa vurur. "Kişi” də bunları bildiyi üçün rahatdır. Onların çox qazananda çox qadın saxlamaq kimi haqları cəmiyyətdə birmənalı şəkildə qəbul olunur, amma boşanmış qadının yenidən sevməsi mental sərsəmliklərə uyğun deyil. Nədir mentalitet? Adət-ənənəmi, gələnəkmi, yoxsa yalnız qadın olaraq yaranmışların ayağına bağlanmış buxovmu? Qanun, dinimiz qadına böyük haqlar verib, mentalitet dahamı güclüdür ki, ona daha çox riayət edir bizim cəmiyyət? Yoxsa o, daha çox işlərinə yarayır aşınmış, çürümüş cəmiyyətin? Qadın öz ayaqları üstə dura biləndə, qazananda isə anlayır ki, onun belə kişiyə ehtiyacı yoxmuş! Qadın sevəndəmi xoşbəxt olur, yoxsa karyera qurandamı? Əlbəttə, hər ikisində, ancaq sevdiyi insan onu xəyal qırıqlığına uğradanda karyerası mütləq köməyinə gəlir.
   Qızlarınıza təhsil verin, sənət öyrədin valideynlər! Erkən yaşdan ərə verib, üstünüzdən yük atırmış kimi rahatlamayın! Vicdanınız varsa, rahat olmayacaqsınız! Çünki bu cəmiyyətdə kimsəsiz qız, boşanmış, həyat yoldaşı ölmüş qadın hədəfdi, mişendi, günah keçisidi...

Aygül Bağırova
AJB üzvü

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03