Millət Vəkili Mahir Abbaszadənin xidmətləri danılmazdır
Şəhid ailəsini ziyarət etməyə getmişdik, ziyarət zamanı Qazimiz (Adını unutmuşam) dəyərli Millət Vəkilimiz Mahir Abbaszadənin xidmətlərindən danışdı. Xüsusilə Mahir Abbaszadənin Şəhid ailələrinə, Qarabağ Qazilərinə qarşı olan diqqət və qayğısından danışdı...
Sonra qeyd elədiki, aztəminatlı laçınlı ailə var idi. İmkanı yox idi ki, övladına məktəbə getməsi üçün, məktəbli çantası alsın. Qazimiz deyir ki, çox götür-qoy elədimi ki, Mahir müəllimə deyim? Deməyim? Qazimiz deyir ki, axırda Mahir müəllimə mesaj yazıb, ailənin vəziyyəti ilə bağlı məlumat verdim.
Mesaj yazdığımın səhəri günü mənə zəng gəldi, aztəminatlı ailənin ünvanın soruşdular. Qazimz deyir ki, aztəminatlı ailənin evinə gedib, gözlədim. Balaca balamız da yanımda idi. Bir maşın dolu məktəb ləvazimatını Mahir müəllim göndərmişdi. Məktəb ləvazimatları dolu maşın gəldi. Balaca balamız mənə sual verdi ki, bunlar hamısı mənimdi? Dedim hə... Balacanın gözlərində ki, sevinci izah etmək mümkün deyil!
Dəyərli Millət Vəkilimiz Mahir Abbaszadənin xidmətləri danılmazdır. Mahir Abbaszadə göstərdiyi xidmətlərlə bağlı mətbuatda adının hallanmasına qarşı olub hər zaman. Bu yazını yazmağı özümə borc bildim. Qazimizin danışdıqlarını xatırladığım qədər sizlərlə bölüşdüm....Mahir Abbaszadə hər zaman bacardığın, əlindən gələni etməyi bacaran şəxsdir! Sadə, səmimi əsil laçınlı balasıdır.
Yusif Şamiloğlu.