Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bələdiyyə zəbt edilmiş torpaqları niyə sənədləşdirə bilmir

2023-01-26 12:30:30 15862 baxış
Xəbər şəkil

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şirvan şəhər Hacıqəhramanlı qəsəbəsində 1999-cu ildən Hacıqəhramanlı bələdiyyəsi formalaşdırılmış və bu gün uğurla fəaliyyət göstərir.

Məlumat üçün bildirirəm ki, qəsəbə üç tərəfdən neft mədənləri ilə əhatə olunmuş,digər tərəfdən isə Kür çayı və meşə fondu torpaqları ilə həmsərhəddir və yaşayış məntəqəsinin prespektiv inkişafı üçün sərbəst torpaq sahələri çox azdır.

Hacıqəhramanlı Bələdiyyəsinin ehtiyat fond torpaqları "Bələdiyyələrin əraziləri və torpaqları haqqında "Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsasən vətəndaşların qeyri-qanuni istifadəsində olan zəbt olunmuş torpaqların hesabına yaradılmışdır.

Belə ki, vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin özəlləşdirilməsi layihəsi hazırlanarkən məlum olmuşdur ki, qəsəbədə 91,0 ha torpaq sahəsi ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuşdur və həyətyanı məqsədilə qeyri-qanuni istifadə edilməkdədir. Vətəndaşlar tərəfindən tutulmuş torpaq sahələri bəzi hallarda 0,70 hektardan artıq təşkil edir. "Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq Hacıqəhramanlı qəsəbəsində həyətyanı məqsəd üçün 0,12 ha torpaq sahəsinin satılması norması müəyyənləşdirilmişdir.

Göründüyü kimi, bəzi hallarda vətəndaşlar tərəfindən qeyri-qanuni tutulmuş torpaq sahələri həyətyanı məqsədilə müəyyən olunmuş normalardan 4-5 dəfə artıqdır. Məlumat üçün onu da qeyd edim ki, Hacıqəhramanlı qəsəbəsində vətəndaşların istifadəsində olan normadan artıq həyətyanı torpaq sahələri Bələdiyyə yaranmamışdan əvvəl tutulmuş sahələrdir.

Belə ki, Hacıqəhramanlı yaşayış məntəqəsi uzun illər əvvəl kənd təsərrüfat rayonlarının tabeçiliyində olduğu üçün (Sabirabad və Salyan) əhalinin əsas məşğuliyyəti torpaqla bağlı olmuşdur və həyətyanı sahələr də kənd əhalisi üçün nəzərdə tutulmuş normalarda olmuşdur.

1967-ci ildə Hacıqəhramanlı kəndi Şirvan (Əli Bayramlı) şəhərinin inzibati ərazisinə daxil edilmiş və yaşayış məntəqəsinə 1975-ci ildə şəhər tabeli qəsəbə statusu verilmişdir. Hacıqəhramanlı qəsəbəsinin yerləşdiyi ərazi neftli torpaqlar olduğundan 60-cı illərdən etibarən Neft və qazçıxarma idarəsi tərəfindən istismar olunmağa başlanmışdır. Sonrakı illərdə qəsəbənin genişlənməsi neftə aid torpaqların hesabına olmuşdur. Həmin sahələr Neft və qazçıxarma idarəsinin daimi istifadəsində olduğu üçün sənədləşdirilməmiş və vətəndaşlar tərəfindən özbaşına tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 №li fərmanı ilə təsdiq olunmuş " Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin,həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" əsasnaməyə uyğun olaraq 2004-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Azəryerqurlayihə" institunun mütəxəsisləri tərəfindən Hacıqəhramanlı qəsəbəsində vətəndaşların mülkiyyətinə veriləcək və Bələdiyyənin ehtiyat fonduna keçiriləcək həyətyanı torpaq sahələrinin layihəsi hazırlanmışdır. Layihə hazırlanarkən Şirvan (Əli Bayramlı) şəhər İcra Hakimiyyəti Başçısının 29 dekabr 2004-cü il tarixli 72 saylı sərəncamı ilə təsdiq edilmiş, qəsəbə üzrə icra nümayəndəliyi tərəfindən tərtib olunmuş qəsəbə sakinlərinin istifadəsində olan qanuni həyətyanı torpaq sahələrinin siyahısı nəzərə alınmışdır. Həmin siyahıya əsasən Hacıqəhramanlı qəsəbəsində 465 subyektində 43,34 ha qanuni torpaq sahəsi vardır.Vətəndaşlar tərəfindən qeyri-qanuni tutulmuş torpaq sahələrinin geri alınması mümkün olmadığı hallarda onların adına rəsmiləşdirilməsi mexanizmi olmadığından Hacıqəhramanlı bələdiyyəsi böyük çətinliklərlə qarşılaşmışdır. Qanunvericilikdə torpaq sahələrinin icarəyə verilməsi hərrac vasitəsi ilə olduğu üçün vətəndaşlarla bələdiyyə arasında problemlər yaranır. Qəsəbə sakinləri istifadələrində olan torpaq sahələrinin sənədləşdirilməsi üçün müraciət edirlər. Müraciət olunan sakinlər arasında şəhid ailələri, II Qarabağ müharibəsi iştirakçısı, qazilərimizdə var. Bu günə qədər biz bu torpaqları DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən 50 metr mühafizə zolağını nəzərə alaraq çıxarış alaraq sənədləşdirirdik. Lakin 2022- ci ildə müraciət edən vətəndaşların ərizələri üzrə sənədlər hazırlanmış (İcra hakimiyyətinin rəyi, DƏDKR-nin 13 saylı Şirvan ərazi idarəsinin yer quruluşu planı, ƏMDX-nin Şirvan ərazi şöbəsinin rəyi) mülkiyyətə verilməsi üçün çıxarışın alınması ilə bağlı DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsinə məktubla müraciət edirik. Bizə cavab verirlər ki, bu torpaqları sənədləşdirmək üçün quyuların 150 metr mühafizə zolağı götürülməlidir. Belə olduğu halda bələdiyyə ilə sakinlər arasında problemlər yaranır. 150 metr mühafizə zolağınıın götürülməsini nəzərə alsaq heç bir fərdi yaşayış evlərinin sənədləşdirilməsi mümkün deyil. Qəsəbə ərazisində 36 ədəd 1980-ci ilərdən əvvəl qazılmış quyu vardı. Bu quyuların əksəriyyəti ləğv olunmuş və istifadəsi dayandırılan quyulardır. Son 40 ildə qəsəbə ərazisində yeni quyu qazılmamışdır. Qeyd etmək istəyirəm ki, bu torpaqların 2018- ci ildə qəsəbənin Elektron xəritəsi çəkilmiş Milli Məclis tərəfindən təsdiq olunmuşdur. Həmin xəritə çəkilərkıən 50 metr mühafizə zolağı nəzərə alınmışdır. Hal- hazırda həmin torpaq sahələrinə DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən mükiyyətə ayrılması ilə bağlı çıxarış ala bilmirik.

Son olaraq qeyd edim ki, bu məsələlərin həllinə müvafiq orqanlar tərəfindən dəstək verilməsi bir tərəfdən sakinlərin narahatlığına son qoymuş olacaq, digər tərəfdən bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsinə şərait yaratmış olacaqdır.

Samirə Abışova

Şirvan şəhər Hacıqəhramanlı qəsəbə bələdiyyəsinin sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03